Saziş hələlik Ermənistan Milli Məclisində ratifikasiya olunmayıb " />

Ermənistan-Rusiya birləşmiş qruplaşması haqda saziş Dövlət Dumasında ratifikasiya edilməsi üçün RF prezidentinə göndərilib

Saziş hələlik Ermənistan Milli Məclisində ratifikasiya olunmayıb

Rusiya Federasiyası hökuməti Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşması haqda Sazişi təsdiqləyib və Dövlət Dumasının ratifikasiyasına təqdim olunması üçün RF prezidentinə göndərilib.

Ermənistan və Rusiya arasında birləşmiş qruplaşmanın yaradılması haqda Saziş hələ 2016-cı ilin noyabrında imzalanmışdı.

Saziş Ermənistan Milli Məclisində hələ ratifikasiya olunmayıb.

Qruplaşmanın məqsədi tərəflərin qeyd etdiyi kimi “Ermənistan və Rusiyaya qarşı hazırlanan təcavüzü təsbit etmək, tərəflərin silahlı qüvvələri və digər qoşunlarla bu təcavüzün qarşısını almaq”.

Əgər tərəflər sənədi ratifikasiya etsə, birləşmiş qruplaşmanın tərkibinə Ermənistanda yerləşdirilmiş 102 saylı hərbi baza və həmçinin Ermənistan Müdafiə Nazirliyinin beşinci ordu korpusunun bir hissəsi də daxil olacaq.

Birləşmiş qruplaşmanın komandanı Ermənistan və Rusiya ali komandanlarının birgə qərarı ilə təyin ediləcək.

Saziş beş il qüvvədə olacaq, müddət bitəndə isə avtomatik olaraq daha beş il uzadılacaq, əgər tərəflərdən biri digərinə Sazişin dayandırılması haqda məlumat verməsə.

Ermənistan-Rusiya birləşmiş qruplaşmasının yaradılması haqda Sazişdə vurğulanır ki, “razılaşma hər hansı üçüncü dövlətə qarşı yönəlməyib”. Bu haqda bu yaxınlarda Ermənistanın müdafiə naziri Vigen Sarqsyan da Gürcüstan KİV-nə müsahibəsində bildirib. Məsələn, o qeyd edib ki, Ermənistan birgə qruplaşmanı Gürcüstana qarşı istifadə etmək niyyətində deyil.

Ermənistan-Rusiya hərbi qruplaşması daha əvvəl də mövcud olub – 2000-ci ildə “Birgə təhlükəsizliyin təmin olunması maraqları üçün qoşunların (qüvvələrin) tətbiq olunmasının birgə planlaşdırılması məsələləri üzrə” Ermənistan-Rusiya arasında bağlanmış müqaviləyə əsasən.


More on JAMnews