Gümriyə yardım xeyriyyə marafonu gedişatında demək olar ki, milyon yarım dollar toplanıb ki, bunun da 23 mini prezidentdən gəlib" />

Ermənistan prezidenti illik maaşını zəlzələdən zərər çəkmiş şəhərin bərpasına bağışlayıb

Gümriyə yardım xeyriyyə marafonu gedişatında demək olar ki, milyon yarım dollar toplanıb ki, bunun da 23 mini prezidentdən gəlib

Ermənistan prezidenti 23 min dollar təşkil edən illik maaşını Gümrinin – ölkənin ikinci böyük şəhərinin bərpasına bağışlayıb. Şəhər 1988-ci ildə zəlzələ zamanı ziyan çəkib, uzun zaman keçməsinə baxmayaraq, burada hələ də müvəqqəti daxmalarda yaşayan insanlar var.

Gümri: Ermənistanın turizm xəritəsində yeni təklif

Ermənistanda əlillərin çalışdığı kafedən fotoreportaj

Rejissor, həkim və xilasedici – 30 il əvvəl Ermənistanda baş verən zəlzələ onların peşə seçimini müəyyən edib

Prezidentin ianəsi

Armen Sarqsyan bu məbləği “Bizim Gümri” fonduna verib. Bu haqda prezidentin rəsmi Facebook səhifəsində məlumat verilib:

“Gümri bizim evimizdir, gəlin onu bərpa edək, ona həyat verək. Bu, gözəl tarixi və yaxşı insanları olan xüsusi bir şəhərdir”.

Ümumiyyətlə Ermənistan prezidenti tez-tez Gümridə qonaq olur. Daha əvvəl o bildirmişdi ki, öz koloriti ilə məşhur olan şəhərin mədəniyyəti və tarixini qorumaq və təbliğ etmək istiqamətində istənilən səyləri dəstəkləyir. Ermənistanda buranı incəsənət və sənətkarlıq şəhəri adlandırırlar.

Armen Sarqsyan hesab edir ki, Gümrini ilk növbədə ölkə daxilində təbliğ etmək, buraya yerli vətəndaşları cəlb etmək lazıdır.

Eyni zamanda bu yaxınlarda Gümriyə növbəti dəfə gəldiyi zaman prezident şəhərin beynəlxalq səviyyədə mədəni irs obyekti kimi tanınması üçün əlindən gələni edəcəyini vəd edib:

“Biz hamımız bu işə öz töhfəmizi verməliyik: həm biznesmenlər, həm ziyalılar, həm incəsənət adamları. Gümri mədəniyyət, sənətkarlıq və incəsənət şəhəri olmalıdır”.

Bundan başqa prezident sosial problemlərinin həllinin və yerli sakinlərin həyat səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

“Bizim Gümri” fondu haqda

Ümumermənistan “Hayastan” fondunun təşəbbüsü ilə “Mənim Gümrim” layihəsi çərçivəsində payızda Gümridə yeni sosial evlərin inşaatı proqramı başlayır.

Bu proqram sayəsində uzun illərdir müvəqqəti evlərdə yaşamağa məcbur olan insanlar artıq yeni, təmirli və döşənmiş evlərlə təmin olunacaqlar.

Bu məqsədlə Ümumermənistan “Hayastan” fondu iyun ayında ABŞ-da növbəti xeyriyyə telemarafonunu təşkil edib. Fond Ermənistanda müxtəlif problemlərin həlli üçün diasporanın köməyi və iştirakı ilə vaxtaşırı bu cür xeyriyyə aksiyaları keçirir. Bu dəfə 1 437 408 dollar toplamaq mümkün olub. Təşkilatçı bildirir ki, “bu məbləğin böyük hissəsi Fransadan gəlib – 800 000 dollar. Livanda 87 750, ABŞ-da 250 000, Ermənistanda isə 248 000 dollar toplamaq mümkün olub”.

Ümumilikdə Gümridə 80 ailə yeni mənzil sahibi olacaq. Yeni ev sahibləri öz mənzillərinə inşaat başlayandan bir il sonra köçə biləcəklər.

Yeni binanın birinci mərtəbəsində sakinlərin həm istehlakçı, həm də iş yerləri qismində ehtiyaclarını ödəyəcək infrastruktur yaradılacaq.

“Müxtəlif zallar açılacaq: gözəllik salonu, zərgərlik zalı, kulinariya, kompüter, həmçinin rəssamlıq öyrədiləcək zallar. Bütün bunlar sakinlərə eyni yerdə yaşamaq və işləmək imkanı verəcək”, – “Hayastan” fondunun nümayəndəsi izah edib.

Zəlzələ haqda

1988-ci il dekabrın 7-də 11.41-də Ermənistanda Rixter şkalası ilə 9 ballıq dağıdıcı zəlzələ baş verib. 11 şəhər və 342 kənd zərər çəkib.

Spitakda, Vanadzorda (o zaman Kirovakan), Gümridə (Leninakan) və ətraf kəndlərdə güclü yeraltı təkanlara tab gətirməyən binalar yerlə bir olub. 22 min ev və mənzil dağılıb ki, onlardan da 20 mindən çoxu Gümrinin payına düşür.

Qurbanların ümumi sayı 25 min nəfər təşkil edib, onlardan 15-17 min nəfəri Gümri xarabalıqlarının, dörd min nəfəri isə Spitak xarabalıqlarının altında qalıb. Ümumilikdə 514 min nəfər ev-eşiyindən məhrum olub.

Zəlzələdən dərhal sonra SSRİ rəhbərliyi iki il ərzində Gümrinin bərpa ediləcəyinə söz verib. Ev-eşiksiz qalan isanlar yeni mənzillərlə təmin edilənə qədər müvəqqədi yaşayış yerlərinddə yerləşdiriliblər.

Sovet İttifaqı dağılıb və müstəqil Ermənistan şəhəri öz imkanları daxilində bərpa etməyə başlayıb. İnşaat işləri müxtəlif layihələr üzrə Dünya Bankının, Xantsman proqramı, Linsi fondu, Qırmızı Xaç və müxtəlif xeyriyyə təşkilatlarının dəstəyilə həyata keçirilirdi, Ermənistan hakimiyyəti də gücü çatdığı qədər vəsait ayırırdı.

Nəticədə Şirak vilayətində evə ehtiyacı olan 23 121 ailəyə mənzillərin əldə edilməsi haqda sertifikat  təqdim olunub , onlardan 21 184-ü gümrililərdir.

Amma hələ də Gümridə təxminən 2500 ailə müvəqqəti evlərdə yaşayır.


More on JAMnews