“Hətta əksinə, o bu münasibətlərə yeni impuls verə bilər”, - erməni ekspert" />

Ermənistan-Gürcüstan münasibətləri Gürcüstanın yeni baş naziri Mamuka Baxtadzenin dövründə pisləşməyəcək

“Hətta əksinə, o bu münasibətlərə yeni impuls verə bilər”, - erməni ekspert

Mamuka Baxtadzenin Gürcüstanın baş naziri seçilməsindən sonra onun erməni həmkarı Nikol Paşinyan ona təbrik məktubu göndərib və Ermənistana səfərə dəvət edib.

“Əminəm ki, sizin baş nazir vəzifəsində olduğunuz müddətdə Ermənistan və  Gürcüstan arasında qarşılıqlı səmərəli əməkdaşlıq xalqlarımızın pifahı naminə davam edəcək və möhkəmlənəcək”, – Ermənistan baş nazirinin məktudunda deyilir.

Bununla da Paşinyan bir daha Ermənistan-Gürcüstan münasibətlərinin mühümlüyünü vurğulamış olub. Ermənistanın xarici siyasəti ilə bağlı praktiki olaraq bütün çıxışlarında o, Gürcüstana xüsusi diqqət yetirir. Paşinyanın Ermənistan-Gürcüstan münasibətlərinə yeni impuls vermək istəyi aşkardır. Təsadüfi deyil ki, baş nazir seçiləndən sonra Paşinyan ilk rəsmi səfərini Gürcüstana edib.

Gürcüstanın keçmiş baş naziri Kvirikaşvili ilə ünsiyyət zamanı Paşinyan deyib ki, onların arasında yaxşı münasibətlər yaranıb və ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi haqda razılaşmalar əldə edilib.

İndi Ermənistanın ekspert çevrələrində Gürcüstanın yeni baş naziri dövründə münasibətlərin necə inkişaf edəcəyi müzakirə olunur.

Gürcüstanın baş nazirinin Mamuka Baxtadze olması faktı iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərməyəcək, – Gürcüstan üzrə ekspert Conni Melikyan belə hesab edir.

“Baş nazir dəyişib, iqtidar partiyası isə dəyişməyib. Bu o deməkdir ki, Ermənistan-Gürcüstan münasibətlərində heç bir mənfi inkişaf olmayacaq. Hətta əksinə, yeni baş nazir bu münasibətlərə yeni impuls verə bilər”.

Ekspert həmçinin əmindir ki, Ermənistanın və Gürcüstanın müxtəlif xarici siyasi inkişaf vektorları da iki ölkə münasibətlərinə mənfi təsir göstərməyəcək.

Eyni zamanda Conni Melikyan hesab edir ki, Gürcüstana Türkiyə və Azərbaycanın təsirinin azalması da müşahidə olunur.

“Son illərdə Gürcüstanın bir tərəfdən Azərbaycanla, digər tərəfdən isə Türkiyə ilə iqtisadi münasibətləri fəal inkişaf edib. Amma praktiki olaraq iri infrastrukrur layihələri artıq sona çatıb. Məsələn, Bakı-Tbilisi-Qars. Və hazırda aydın deyil ki, Azərbaycan şirkətləri və Azərbaycan dövləti başqa hara sərmayə yatıra bilər”.

Gürcüstan Ermənistanın əsas iqtisadi tərəfdaşlarından biridir. Ölkələr arasında mal dövriyyəsi 500 milyon dollara çatır. Gürcüstan Ermənistan üçün başlıca tranzit ölkəsidir. Ermənistan ixracının 70 faizə qədəri bu ölkə vasitəsilə həyata keçirilir.


More on JAMnews