Son 17 ildə onlar iki dəfə çoxalıb" />

Dünyada miqrantların sayı artır

Son 17 ildə onlar iki dəfə çoxalıb

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (İSMD) beynəlxalq miqrasiya tendensiyaları haqda hesabat dərc edib.

Departamentin məlumatına görə, bu gün dünyada 258 milyona yaxın miqrant var, bu da bütün Dünya əhalisinin təxminən 3.4 faizini təşkil edir. Bir il əvvəl 2016-cı ilin sentyabrında BMT Baş Assambleyası qaçqınlar və miqrantlar haqda qətnamə qəbul edib və bu qətnamədə BMT üzvləri olan ölkələr üzərlərinə ədalətli miqrasiya siyasəti yürütmək, ksenofobiya və miqrantlara qarşı dözümsüzlüyə qarşı mübarizə aparmaq haqda öhdəlik götürüblər.

İSMD-nın hesabatında bildirilir ki, bu gün miqrantların əsas hissəsi (64 faiz) gəlir səviyyəsi yüksək olan ölkələrdə yaşayır. Bütün miqrantların üçdə bir hissəsi iş qabiliyyətlidir – 20 yaşdan 64 yaşa qədər.

Miqrantların ən çoxu ABŞ-da yaşayır – 50 milyon nəfərə yaxın insan. Daha sonra Səudiyyə Ərəbistanı, Almaniya və Rusiya gəlir. Bu ölkələrdən hər birində 12 milyon nəfərə yaxın miqrant yaşayır.

Ən çox insan Hindistan və Meksikadan emiqrasiya edir. 2017-ci ilə aid göstəricilərə əsasən, bu ölkələrdən müvafiq olaraq 17 və 13 milyon insan köç edib. Rusiya və Ukrayna ən çox insanın tərk etdiyi ölkələrin onluğuna daxildir. 258 milyon miqrantın 10 faizə yaxını (təxminən 26 milyonu) qaçqınlardır.

 

 


More on JAMnews