DB-nin ekspertləri xəbərdarlıq edirlər: əgər hökumət nəzərə çarpacaq uğurlara nail ola bilməsə, ölkədən yenidən siyasi və ictimai gərginlik yarana bilər" />

Dünya Bankı Ermənistan iqtisadiyyatının artım tempinin azalmasını proqnozlaşdırır

DB-nin ekspertləri xəbərdarlıq edirlər: əgər hökumət nəzərə çarpacaq uğurlara nail ola bilməsə, ölkədən yenidən siyasi və ictimai gərginlik yarana bilər

Ermənistan iqtisadiyyatının 2019-cu ildə artımı, Dünya Bankının proqnozuna əsasən, 4,3% təşkil edəcək, eyni zamanda, ölkə hökuməti daha yüksək göstəricilərə ümid edir

Nəyə görə erməni fəhlələr üçün Rusiyaya getmək artıq sərfəli deyil?

Türkiyə lirəsinin enişi Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarına necə təsir edir?

Dünya Bankının proqnozu

Dünya Bankı Ermənistan iqtisadiyyatının vəziyyəti haqqında məruzəsində qeyd edir ki, ÜDM-in artımı azalacaq, lakin dayanıqlı tempini qoruyub saxlayacaq. İqtisadiyyata regiondakı proseslər və dünya iqtisadiyyatının artımının yavaşıması mənfi təsir edə bilər. Ələlxüsus, mal və xidmətlərin ixracatının həcmləri azalacaq.

Dünya Bankının ekspertləri artım templərinin azalmasının aşağıdakı səbəblərini göstərirlər:

“Ermənistanın tərəfdaşı olan ölkələrdə siyasi dairələrdə və beynəlxalq ticarət sahəsində gərginliyin artması iqtisadi tənəzzülün yaranmasına, yaxud dərinləşməsinə gətirib çıxara bilər. Ölkə daxilində iqtisadi islahatlar şəxsi maraqlarla və gözlənilən yülsəl xərclərlə qarşılaşa bilər”.

Məruzədə həmçinin deyilir ki, məqsədyönlü islahatlar olmadan iş yerlərinin və əməkhaqlarının nəzərə çarpacaq artımını, sosial problemlərin həllini və investisiya mühitinin yaxşılaşmasını gözləmək mümkün olmayacaq. Əgər Ermənistan hökuməti kifayət qədər uğurlara nail ola bilməsə, ölkədə yenidən siyasi və sosial gərginlik yarana bilər.

Dünya Bankının ekspertləri qeyd edirlər: baxmayaraq ki, iqtisadi göstəricilər yaxşılaşıb, ölkədə yoxsulluq səviyyəsində yaşayan insanlar hələ çoxdur. Bununla birlikdə, işsizlik səviyyəsi aşağı düşüb və 2018-ci ildə 15,7 faizə çatıb. Bu, son 10 ildə ən yaxşı göstəricidir.

Ermənistan hökumətinin planları

Ermənistan hökuməti 2019-cu ildə ÜDM artımını 4,9% səviyyəsində planlaşdırır. Bundan savayı, hökumətin beşilllik proqramında ÜDM-ni illik ən azı 5 faiz artımı nəzərdə tutulur.

Yaxın illərdə həmçinin yoxsulluğun və işsizliyin nəzərə çarpacaq dərəcədə ixtisarı, ixracat templərinin yüksəlməsi qarşıya məqsəd kimi qoyulub. Bu zaman əsas vurğu korrupsiya ilə effektiv mübarizəyə və kölgə iqtisadiyyatının ixtisarına edilir.

Bununla bərabər, baş nazir əmindir ki, Ermənistan iqtisadiyyatı bundan sonra xammal hasilatına əsaslanmamalıdır:

“Hökumətin fəaliyyəti Ermənistan Respublikasında rəqabət qabiliyyətli və bütün sahələri əhatə edən, yüksək texnoloji və yüksək ekoloji standartlara malik sənaye mallarının ixracatına yönəlmiş iqtisadiyyatın yaradılmasına istiqamətlənəcək”.

Eyni zamanda, Nikol Paşinyan Ermənistan sakinlərini hökumətə “iqtisadi inqilab”ın gerçəkləşməsində kömək etməyə çağırır:

“Bu gün biz əlimizdən gələni edirik ki, kreditlər üzrə faiz dərəcələrini azaldaq, kreditlər vətəndaşlar üçün daha əlçatan olsun. Həmçinin biz özləri üçün hər hansı iqtisadi fəaliyyət təşkil etməyə çalışan insanları dəstəkləyirik və dəstəkləməliyik. Eyni zamanda, biz insanların ixtisaslarını dəyişmələri üçün imkanlar yaradacağıq. Bu gün İT sahəsində Ermənistanda 3-4 min vakant yer var və biz insanlara kömək etməliyik ki, bacarığı olanlar hazırlıq keçərək, bu vakant yerləri doldursunlar, çünki həmin sahədə əməkhaqları çox yüksəkdir”.


More on JAMnews