Gürcüstanda bir ildən çoxdur ki, ABŞ səfiri yoxdur " />

Donald Tramp ABŞ-ın Gürcüstandakı yeni səfiri vəzifəsinə namizədi müəyyən edib

Gürcüstanda bir ildən çoxdur ki, ABŞ səfiri yoxdur

Deyəsən, bir illik fasilədən sonra Gürcüstanda, nəhayət, ABŞ səfiri olacaq. Tbilisidə ABŞ-ın diplomatik missiyasının rəhbəri vəzifəsinə namizəd qismində prezident Donald Tramp təcrübəli diplomat Kelli Deqnanı təqdim edib.

O, Tramp administrasiyası tərəfindən təyin edilmiş ABŞ-ın Gürcüstandakı ilk səfiri olacaq.

Kaliforniyadan olan diplomat Kelli Deqnan müşavir səfir statusuna malikdir. Hazırda o, Avropada və Afrikada ABŞ Hərbi-Dəniz Qüvvələrinin komandanının siyasi müşaviri vəzifəsində çalışır.

• Niyə Gürcüstanda hələ də ABŞ səfiri yoxdur? Təhlükəli siyasi alver haqda

Hadisəni Gürcüstanın xarici işlər naziri David Zalkaliani şərh edib.

«Biz bu təyinatı alqışlayırıq. Məndə olan məlumatlara görə, Kelli Deqnanın təyinatından əvvəl müəyyən prosedurlar, senatda komitə dinləmələri olacaq və bundan sonra, təbii ki, biz onunla fəal əməkdaşlıq edəcəyik», — nazir bildirib.

ABŞ-ın Gürcüstandakı səfirləri:

 

Yan Kelli – (sentyabr 2015 – aprel 2018)

 

Riçard Norland (sentyabr 2012 – iyul 2015)

 

Con Bass (oktyabr 2009 – iyul 2012)

 

Con Teft (avqust 2005 – sentyabr 2009)

 

Riçard Maylz (may 2002 – avqust 2005)

 

Kennet Yalovits (iyul 1998 – iyun 2001)

 

Uilyam Kortni (sentyabr 1995 – avqust 1997)

 

Kent Braun (sentyabr 1992 – avqust 1995)

 

 

25 illik diplomatik karyerası ərzində Kelli Denqan ABŞ-ın İtaliyadakı və Kosovadakı dilomatik nümayəndəliyinin rəhbərinin müavini vəzifəsində çalışıb. ABŞ-ın NATO-dakı nümayəndəliyində siyasi müşavi işləyib; həmçinin ABŞ-ın Türkiyədəki səfirliyinin siyasi müşavirinin müavini olub; ABŞ-ın Əfqanıstandakı hərbi briqadasının mülki təmsilçisi vəziəsini daşıyıb.

Kelli Denqan eyni zamanda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi olub.

Gürcüstanda Fövqəladə və Səlahiyyətli səfir vəzifəsinə namizəd fəlsəfə doktorudur. Jurnalistika üzrə bakalavr dərəcəsinə malikdir. O, italyan, fransız, türk və urdu dillərində danışa bilir.

ABŞ-ın Gürcüstanda Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsi bir ildən çox boş qalıb. Son səfir Yan Kellinin səlahiyyət müddəti bitdikdən sonra ABŞ onun xələfini təyin etməmişdi.

Bu vəziyyət yalnız Gürcüstanda deyil, onun hüdudlarından kənarda da müxtəlif siyasi spekulyasiyalara səbəb olmuşdu.

Ötən ilin dekabr ayında Amerikanın nüfuzlu “Foreign Policy” nəşrində dərc olunmuş məqalədə deyilirdi ki, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Vaşinqtonun Tbilisidəki diplomatik missiyaya rəhbər vəzifəsinə təklif etdiyi namizədləri şəxsən rədd edir.

Müəlliflər anonim mənbələrə istinadən iddia edirdilər ki, gürcü tərəfi Fövqəladə və Səlahiyyətli səfir qismində Bricit Brinksi ona görə qəbul etməyib ki, o, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə həddən çox rəğbət bəsləyir. Məqalədə o da bildirilirdi ki, bu məlumatı müəlliflərə həm Vaşinqtondakı, həm də Tbilisidəki anonim mənbələr təsdiqləyiblər.

 


More on JAMnews