Çoxları “İrıston” mehmanxanasını Sxinvalın rəmzi hesab edir" />

Cənubi Osetiyada paytaxtın ən köhnə binasının sökülməsi ilə razı deyillər

Çoxları “İrıston” mehmanxanasını Sxinvalın rəmzi hesab edir

Cənubi Osetiyada Sxinvalın ən köhnə binası olan “İrıston” mehmanxanası ətrafında mübahisələr gedir.

Mehmanxana 1937-ci ildə inşa edilib, memarlıq abidəsi hesab olunur və ənubi Osetiyanın xüsusi memarlıq reyestrinə daxil edilib. İndi isə bu binanın sökülməsi haqda qərar qəbul edilib.

Hakimiyyət bu binanın yerində yeni mehmanxana tikməyi, amma “İrıston”un xarici görünüşünün dizaynını olduğu kimi saxlamağı planlaşdırır. Layihə investisiya proqramının büdcəsindən (Rusiyanın ayırdığı vəsait) maliyyələşdirilir. Amma əlavə investor da var – Şimali Osetiyadan olan iş adamı Vadim Berdiyev.

Layihə müəllifləri bildirirlər ki, bina keyfiyyətsiz materiallardan inşa edilib və istənilən halda tezliklə qəzalı vəziyyətə düşəcək.

Cəmiyyətdə isə mehmanxananın sökülməsi qərarına qarşı etirazlar səslənir.

“Sxinvallılar, biz bu şəhərin ev sahibləriyik, yoxsa ümumi evimizdə həyata keçirilən inşaat işləri ilə razı olub-olmadıqları heç kimi maraqlandırmayan kirayənişinləri?”; “alqa öz doğma abidələrinin klonları lazım deyil”, – insanlar sosial şəbəkələrdə yazır.

Çoxları deyir ki, “İrıston” şəhərin rəmzinə çevrilib və bu bina restavrasiya edilə bilərdi. Bundan başqa, qərarın tender elan edilmədən qəbul olunması da əlavə qəzəbə səbəb olub.

“Binanın divarlarının qalınlığı bir metrə yaxındır. Onu Sxinvalda istehsal edilən kərpicdən tikiblər, bu kərpiclər indiki binaların tikildiyi materiallardan daha keyfiyyətlidir. Binanın vəziyyətini qətiyyən böhranlı və ya təhlükəli adlandırmaq olmazdı”, – bərpaçı-inşaatçı Forik Cioyev yerli “Alaniya-inform” media portalına müsahibəsində vəziyyəti belə şərh edib.

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews