“Leonid Xaritonoviç, deyin bizə, sizə necə kömək edə bilərik?” – sənədli film və ona səs-küylü reaksiya nə ilə bağlıdır" />

Cənubi Osetiya prezidentinin adi səhəri haqqında hekayə 9 aprel seçkiləri qabağı hakimiyyətin son təşviqat cəhdi kimi

“Leonid Xaritonoviç, deyin bizə, sizə necə kömək edə bilərik?” – sənədli film və ona səs-küylü reaksiya nə ilə bağlıdır

Sabah, aprelin 9-da Cənubi Osetiyada prezident seçkiləri baş tutacaq, Şimali Osetiya (RF subyekti) da bu proseslərə cəlb olunub, burada müxtəlif səbəblərdən bazar günü şimalda olan Cənubi Osetiya sakinləri üçün düz üç seçki məntəqəsi açılıb.

Cənubi Osetiyada prezident seçkiləri və respublikanın adının dəyişdirilməsi ilə bağlı referendum aprelin 9-na təyin edilib.

 

Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd kimi respublikanın indiki başçısı Leonid Tibilovu, parlament spikeri Anatoli Bibilovu və DTK əməkdaşı Alan Qaqloyevi qeydiyyatdan keçirib.

Son günlərdə 2017-ci ilin əvvəllərindən çox aktiv olan seçkiqabağı şüarlar, müraciətlər və aksiyalar olub. Mövcud hakimiyyət, Qafqazın bir çox regionlarında olduğu kimi, seçicilərin dəstəyini almaq üçün əlində olan böyük həcmdə inzibati və başqa resurslardan istifadə edib.

O cümlədən də prezidentliyə namizəd və indiki prezident Leonid Tibilovun reklam filmi həm Cənubi, həm də Şimali Osetiyada böyük səs-küyə səbəb olub, həmin filmi də “Alaniya” Şimali Osetiya Dövlət Televiziyası sonuncu təşviqat günündə, aprelin 7-də, özü də düz prime-time vaxtı göstərib.

Sənədli film nə haqdadır?

Film “Prezident Leonid Tibilovun Sxinvalda adi səhəri” adlanır və təbii ki, prezidentin gündəlik həyatından bəhs edir. Filmin ilk kadrlarında  prezident Sxinvalın adi səkkiz mərtəbəli yaşayış binasından çıxıb, zirehli qara jeep maşınına əyləşir. Prezident korteji yerindən tərpənir.

Sonra da Tibilov danışır ki, onun iş günü səhər erkən başlayır və gecəyarı qurtarır. İşə gedərkən yolda Tibilov küçələri də nəzərdən keçirməyə imkan tapır (onun sözlərinə görə də, küçələr çox dəyişib), küçələrin süpürülüb-süpürülmədiyinə diqqət yetirir və ümumiyyətlə kommunal xidmətlərin işini qiymətləndirir.

Filmin müəllifləri seçicini inandırmağa çalışır ki, prezident insanlar üçün açıqdır və Cənubi Osetiyanın istənilən sakini onunla rahatca qeyri-rəsmi şəraitdə danışa bilər. Filmdə belə bir epizod da var: bahalı xarici maşından düşən prezidentə xoşüzlü, əlində boş zənbil tutmuş qoca bir qadın yaxınlaşır və Leonid Tibilovun qucağına atılır.

Sonra da Cənubi Osetiya prezidentinin administrasiya rəhbəri Alan Texov tamaşaçılara Leonid Xaritonoviçin necə bacarıqlı rəhbər olmasından danışır. Texov sözlərinin arasında uzun fasilələr edərək danışır, aşağıda onun sözlərindən sitatlardır:

  • “Tibilov şəxsən sənədlərdə düzəlişlər edə bilər” 
  • “O, çox səliqəli və punktuasiyaya qarşı tələbkardır”, 
  • “O… məğzi tutur, dəqiq qətnamələr yazır”.. 

“Bir sözlə, prezidentimiz nöqtəni vergüldən ayırır”, – “Facebook”da şərhlərdən birində yazılıb.

Prezidentə yaxın məmurlar filmdə “ağır mirasdan” və “məsuliyyət yükündən” danışırlar. Tibilovun özü deyir ki, o gələnə qədər Cənubi Osetiyada “dağıntılarıydı”.

Bununla da film müəllifləri tamaşaçıları belə bir nəticəyə gətirirlər ki, Cənubi Osetiyada son illərdə yaşanan “tikinti bumu” prezident Tibilovun şəxsi xidmətidir.

Bu tezisi təsdiq etmək üçün də tamaşaçılara “SarmatSpetsStroy” şirkətinin fəhlələrinin Sxinvalın prospektlərində boru kəmərlərini çəkdiyi kadrları təqdim edirlər. Amma qeyd etməyə dəyər ki, həmin bu “SarmatSpetsStroy” Armen Beqlaryanın şirkətidir, 2013-cü ildə də Cənubi Osetiya hökuməti ona həyata keçirdiyi tikinti işlərinə görə 23 milyon rubl ödəmədi.

Bu məsələ ətrafında böyük qalmaqal Cənubi Osetiyada çoxlarına məlumdur. Beqlaryan problemlə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət edir, cavabında isə Cənubi Osetiyanın baş prokuroru rusiyalı inşaatçını “respublika və prezident Tibilova” qara yaxmaqda ittiham edir”. “SarmatSpetsStroy”un pulunu hələ də verməyiblər.

Teleekranda kadrlar dəyişir.

Bax, baş nazirin müavini və eyni zamanda Vladikavkazda seçkiqabağı qərargahın rəhbəri olan Dmitri Kozayev iqtisadiyyatda sıçrayış vəd edir və biznes layihələri haqqında danışır.

2011-ci ildə seçilən, bununla belə prezident ola bilməyən, Kozayevdən əvvəl baş nazirin müavini olmuş  Alla Cioyeva “naşükür” və “beş illik Tibilov hakimiyyəti dövründəki nailiyyətləri görə bilməyən” vətəndaşları böyük təkəbbürlə məzəmmət edir.

“Bizim xalq belədir, prezidentdən şəxsi xeyir güdür! Prezident isə ali siyasi vəzifədir”. Amerika prezidenti Kennedinin sözlərini bir qədər dəyişən Çioyeva ekranlardan deyir:

“Xalqın özü prezidentə müraciət edib deməlidir: “Leonid Xaritonoviç, deyin bizə, sizə necə kömək edə bilərik?”

Sənədli film 2008-ci ilin xronikası, yanan Sxinvalın kadrları ilə davam edir. 2008-ci il avqust müharibəsinin bilavasitə iştirakçılarından biri, prezidentə yaxın olan məmur Bala Bestautı Tibilovun vətənpərvərliyindən danışır. Tibilov Sxinvalın müdafiəsində iştirak etməyib, buna görə də Bestautının şərhlərini Cənubi Osetiya Müdafiə Nazirliyinin  poliqonlarından kadrlar müşayiət edir, bu kadrlarda keçmiş DTK-nın əməkdaşı olan Tibilov odlu silahdan istifadə bacarığını nümayiş etdirir.

Kadrda tez-tez bu günlərdə Cənubi Osetiya ordusu hissələrinin Rusiya silahlı qüvvələrinin tərkibinə keçirilməsi barədə müqavilə imzalamış Cənubi Osetiyanın müdafiə naziri İbrahim Qasseyevin siması görünür.

Sosial şəbəkələrin filmə reaksiyası

Sosial şəbəkələrin əsas reaksiyası ondan xəbər verir ki, Leonib Tibilovun növbəti prezidentliyə namizəd kimi üstün cəhətlərini vurğulayan əsas aksentlər və nikbin notlar daha çox daimi Şimali Osetiyada yaşayan seçicilər üçün nəzərdə tutulub. Bu, Cənubi Osetiya pasportu olan, amma daimi Şimali Osetiyada yaşayan və buna görə də

daxili siyasi problemlər və Sxinvalın sosial problemlərindən o qədər də xəbəri olmayan insanlardır.

“Yəni doğrudanmı orada (Şimali Osetiyada) bu yalanlara uyacaqlar? O, [Tibilov] 2012-ci ildə iki ay camaatı qəbul etdi, sonra da xalqla arasında keçilməz divar çəkdi. Bundan sonra da adi vətəndaşları heç vaxt qəbul etmədi”.

“Bəs inquşlara silah şəklində hədiyyələr barədə heç nə deməyiblər?”

Bu sual Osetiyada çoxlarını maraqlandırır. İş orasındadır ki, müxalifət bu yaxınlarda bir neçə siyasi xadimin prezident tərəfindən silahla mükafatlandırılması barədə sərəncamlarını dərc edib, onların arasında məşhur kriminal “avtoritetlər” və özlərinin osetinlərə qarşı birmənalı olmayan münasibətləriylə tanınan inquş siyasətçiləri və iş adamları Ruslan Auşev və Mixail Qutseriyev var.      

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

Cənubi Osetiyanın məşhur inqilabçısı Alla Cioyeva


More on JAMnews