Ənənəvi olaraq, artıq 22-ci dəfə keçirilən və “Hayastan” Ümumerməni fondu tərəfindən təşkil olunmuş telemarafon bu dəfə heç vaxt olmadığı qədər az məbləğ toplayıb" />

Bütün dünyanın erməniləri öz ölkələrinin ehtiyacları üçün 10 milyon dollar toplayıblar

Ənənəvi olaraq, artıq 22-ci dəfə keçirilən və “Hayastan” Ümumerməni fondu tərəfindən təşkil olunmuş telemarafon bu dəfə heç vaxt olmadığı qədər az məbləğ toplayıb

telemarafon, “Hayastan” Ümumerməni fondu, Nikol Paşinyan, Kim Kardaşyan, Serj Tankyan, Aleksis Ohanyan, Dağlıq Qarabağ, Artsax, bəxşiş, korrupsiya qalmaqalı

“Hayastan” (Ermənistan) Ümumerməni fondunun 22-ci telemarafonu boyunca 9 856 100 dollar toplanıb. Bu, fondun mövcud olduğu dövr ərzində telemarafonlarda toplanmış ən minimal məbləğdir.

Müqayisə üçün deyək ki, ötən il bağışlanmış vəsaitlərin məbləği 11 109 633 dollar təşkil etmişdi, 2017-ci ildə isə 12 505 456 dollar toplanmışdı.

Bir çoxlarının fikrincə, bağışlanan pulların azalmasına səbəb “Hayastan” fondunun keçmiş rəhbəri ətrafında yaranmış qalmaqaldır. 2018-ci ilin iyulunda Ara Vardanyan səlahiyyətlərini aşmaqda ittiham olunaraq saxlanılmışdı.

Fond, onun proqramları və keçmiş rəhbəri ilə bağlı qalmaqal haqqında hər şey.

Ermənistandakı “məxməri” inqilabın liderinin həyat yoldaşı ilə müsahibə

Ermənistanın başlıca dayağı – diaspor

 Fond haqqında

“Hayastan” Ümumerməni fondu Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan tərəfindən 1992-ci ildə – Sovet İttifaqının dağılması və müstəqilliyin elan edilməsindən sonra təsis olunub. Əsas vəzifəsi Ermənistanın və Dağlıq Qarabağın inkişafı üçün maliyyə vəsaitlərini bağışlamağa və səy göstərməyə hazır olan bütün dünya ermənilərinin birləşdirilməsidir.

Telemarafonların keçirilməsinə 1996-cı ildən Los-Ancelesdə başlanıb. Bütün dünya ermənilərinin fondun hesabına köçürdükləri məbləğlər müxtəlif irimiqyaslı proqramların həyata keçirilməsinə yönəldilir. Bu, yol, məktəb, uşaq bağçaları, xəstəxana, su kəmərləri və qaz kəmərləri tikintisi, cəmiyyətin sosial cəhətdən müdafiə olunmamış təbəqələrinə yardımdır.

Fondun vəsaitləri aşağıdakıların hesabına formalaşır:

• hər il müxtəlif ölkələrdə keçirilən xeyriyyə telemarafonları,

• xeyriyyə naharları, konsertləri və sərgilərində toplanmış vəsaitlər,

• poçt və sms köçürmələri,

• fondun xeyrinə edilmiş vəsiyyətlər və məqsədli yatırımlar.

телемарафон, Всеармянский фонд «Айастан», Никол Пашинян, Ким Кардашьян, Серж Танкян, Алексис Оганян, Нагорный Карабах, Арцах, пожертвования, коррупцонный скандал,

Bu il 22-ci telemarafon “Doğma Ermənistan naminə: icmalara canlı su və günəş” devizi altında keçirilib. Toplanmış pullar su təchizatı üzrə layihənin və Dağlıq Qarabağın, Ermənistanın üç vilayətinin – Şirakın, Lorinin və Tavuşun sakinlərinin günəş enerjisindən istifadəsi proqramının gerçəkləşdirilməsinə yönəldiləcək.

 Fond ətrafında qalmaqal

Fondun keçmiş direktoru Ara Vardanyan hüquq-mühafizə orqanları tərəfindən 2019-cu ilin yayında saxlanılıb. O, müxtəlif məqsədlərə görə fond üçün ayrılmış bank kartından istifadə etdiyini etiraf edib. Söhbət 25 milyon dram (55 min dollar) həcmində kredit xəttindən gedir.

İttihama əsasən, Vardanyan bu məbləği müxtəlif onlayn-kazinolarda mərclərə xərcləyib.

Vardanyanın saxlanması barədə məlumat iyulun 3-də yayımlanmışdı. Artıq ayın 5-də məlum oldu ki, “Hayastan” Ümumerməni fondunun direktoru məhkəmənin qərarı ilə 1 milyon dram (iki min dollardan bir az çox) girov müqabilində azad edilib.

Yeri gəlmişkən, Vardanyanın fondun kartından pulları xərcləməsini etiraf etməsinə baxmayaraq, onun vəkili müdafiə etdiyi şəxsin hərəkətlərinin qanunu pozmadığını bildirib, belə ki, o, pulları “müəyyən edilmiş vaxtda” qaytarıb.

«Vardanyan fondun vəsaitlərini mənimsəməyib və xərcləməyib. Fondun adına qeydiyyata alınmış kredit xətli bank kartından ödənişlər, o cümlədən Vardanyanın şəxsi ehtiyacları üçün ödənişlər edilib. Lakin bütün pullar bir neçə gün ərzində onun şəxsi vəsaitləri hesabına fondun bank hesabına qaytarılıb», – Vardanyanın vəkili Yervand Varosyan özünün “Facebook” səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, nə bank, nə də fond Vardanyanın hərəkətlərinin nəticəsində zərər görməyiblər, bütün dünyanın ermənilərinin topladıqları vəsaitlər isə məqsədəmüvafiq şəkildə istifadə olunub, fond direktorunun şəxsi ehtiyacları üçün xərclənməyib.

 Baş nazirin qalmaqala reaksiyası

Korrupsiya ifşası ətrafında qalmaqala Ermənistanın baş naziri Nikol Paşinyan da reaksiya verib.

Özünün “Facebook” səhifəsində hökumət başçısı yazıb ki, “Hayastan” Ümumerməni fondu ilə bağlı hadisələr diasporanın Ermənistana etimadını ancaq yüksəldəcək.

«Biz sübut etmişik və edəcəyik ki, hər hansı sui-istifadə halının təzahürünə dözməyəcəyik», – baş nazir yazıb.

 Baş nazirdən gözlənilməz çağırış

Bu il baş nazir Paşinyan illik ənənəvi telemarafonun gedişində üç məşhur diaspor ermənisinə gözlənilmədən çağırış edib. Bunlar realiti-şou ulduzu Kim Kardaşyan, məşhur rok musiqiçisi Serj Tankyan və “Reddit” saytının qurucusu Aleksis Ohanyandır.

Çağırışın məğzi bundan ibarət idi ki, onların hər üçü Ermənistan hökumətinin başçısının nümunəsindən qaynaqlanaraq, hər ay öz bank hesablarından fonda 10 min dram (23 dollar) köçürməlidirlər. Bunun üçün saytda xüsusi funksiya mövcuddur, başqa sözlə, cəmi bir dəfə köçürmə etmək lazımdır və qeyd olunmalıdır ki, bu köçürmələr hər ay təkrarlansın. Bununla birlikdə, baş nazir seçdiyi insanlara bu zənciri davam etdirməyi və hər birinin daha üç nəfəri seçməsini təklif edib.

Nikol Paşinyanın çağırışına artıq Serj Tankyan və Aleksis Ohanyan cavab veriblər və onunla razılaşıblar.

Bundan savayı, Tankyan artıq çağırışı özünün üç dostuna ötürməyə imkan tapıb. Onlar Hollivud prodüseri Erik İsraelyan, yumorist Vage Berberyan və aktrisa Anjela Sarafyandır.

Tankyan bu təşəbbüsü bəyənib və dostlarını xeyriyyəçilərin dairəsini genişləndirməyə çağırıb:

«Qoşulun və bu cür də hərəkət edin».


More on JAMnews