Alman deputatları eyni zamanda həm Ermənistandan təşəkkür, həm də Türkiyədən ittihamlar aldılar" />

Bundestaq “soyqırım” sözünü işlətdi

Alman deputatları eyni zamanda həm Ermənistandan təşəkkür, həm də Türkiyədən ittihamlar aldılar

 Almaniyada

Almaniya parlamenti iyunun 2-də Birinci Dünya Müharibəsində ermənilərin Osmanlı İmperiyasında kütləvi şəkildə öldürülməsini soyqırımı olması haqqında qətnamə qəbul edib.

Qətnamənin müzakirəsi zamanı edilən çıxışlarda Bundestaq deputatları bildirib ki, Almaniyanın bir əsr əvvəl törədilən cinayətin iştirakçısı olmaq haqqı yoxdur və bu Türkiyəyə qarşı ittiham deyil, 1915-ci il hadisələrinin qurbanlarının xatirəsi qarşısında baş əyməkdir.

Sosial Demokrat partiyasının nümayəndəsi Ditmar Nita o cümlədən bildirib: “O vaxtlar biz Türkiyənin müttəfiqi olduğumuz üçün susduq, indi isə baş verənlərə öz adını verməli və soyqırımı soyqırımı adlandırmalıyıq. Bu dəqiqliyi qurbanlar və onların övladları çoxdan gözləyir.

 Foto “Reutersindir: Almaniyanın erməni icması Bundestaq deputatlarına minnətdarlıqlarını bildirirlər

Sənədin mətnində deyilir: “Parlament gənc türk hakimiyyətinin ermənilərin Osmanlı imperiyasında tam məhvinə səbəb olan addımlarını pisləyir… Gənc türk hakimiyyətinin əmri ilə, 24 aprel 1915-ci ildə Osmanlı Konstantinopolunda planlaşdırılmış qırğınlar və bir milyondan artıq erməninin deportasiyası başladı. Onların taleyi XX əsrdə törədilən kütləvi qırğın, etnik təmizləmə, deportasiya və bəli, soyqırımların (Völkermord) nümunəsidir.

Bundestaq Osmanlı imperiyasının müttəfiqi olan alman reyxinin acınacaqlı rolundan, alman siyasi xadimlərinin və missionerlərin birmənalı məlumatlarına baxmayaraq, bu, insanlığa qarşı cinayətləri dayandırmaq üçün heç nə etmədiyindən təəssüfləndiyini bildirir. Bunestaq Almaniyanın tarixi məsuliyyətini etiraf edir.

Almaniya kansleri Algela Merkel Bundestaq tərəfindən “Erməni və digər xristian azlıqlarının soyqırımının 101 illik xatirəsi qətnaməsi qəbul ediləndən sonra bildirib: “Biz Ermənistanla Türkiyə arasında dialoqun inkişaf etdirilməsinə yardım etmək istərdik. Bu zaman kansler vurğulayıb ki, Almaniya bütün aspektlərdə Türkiyə ilə münasibətləri davam etdirmək fikrindədir, çünki hər iki ölkəni çox şey, o cümlədən də müdafiə məsələləri və Almaniyada yaşayan 3 milyonluq türk icması birləşdirir.

NATO-nin baş katibi Yens Stoltenberq Merkellə keçirdiyi birgə mətbuat konfransı zamanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin tezliklə normalaşmasına ümidvar olduğunu bildirib.

Almaniya XİN başçısı Frank-Valter Ştaynmayer bildirib: “Bu, alman bundestaqının müstəqil qərarıdır. Türkiyə gözlənilən reaksiyanı verdi, ümid edirəm ki, yaxın günlər və həftələrdə biz qarşılıqlı münasibətlərimizi elə bir şəkildə qurmağa nail olacağıq ki, sərt reaksiyadan qaçmaq mümkün olsun. Almaniya qonşu ölkələr olan Ermənistan və Türkiyənin nəinki “bir-biri haqda, həm də bir-biriylə danışması üçün əlindən gələni edəcək.

Dünyada

Qətnamənin qəbulu haqqında informasiyanı dərc edən dünya mətbuatı vurğulayıb ki, Bundestaq deputatları Türkiyə hökumətinin gözlənilən neqativ reaksiyasına baxmayaraq, “lehinə səs veriblər. Reuters agentliyinin məqaləsi elə belə də adlanırdı – “Almaniya erməni soyqırımı haqda qətnamə ilə Türkiyəni hirsləndirdi.

Eyni zamanda xarici nəşrlər onu da qeyd edirdilər ki, qətnamə məhz Almaniya və bütövlükdə Avropa İttifaqının Türkiyənin Avropaya miqrant axınını dayandırmasına ehtiyacı olan vaxt qəbul edib.

Türkiyədə

Türkiyə baş naziri Binəli Yıldırım qətnamə qəbul edilənə qədər bildirirdi ki, səsvermənin nəticəsi müsbət olacağı təqdirdə ölkəsi onu iqnor edəcək, çünki “1915-ci ildə, Birinci dünya Müharibəsi zamanı ermənilərin başına istənilən ölkədə baş verə biləcək hadisələr gəldi. 

Bununla belə Türkiyə iqnor etmək əvəzinə, qətnamənin qəzəblə rədd etdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan qeyd edib ki, baş nazir Binəli Yıldırımla məsləhətlərdən sonra onlar səfirlərini Berlindən geri çağırmaq qərarına gəliblər: “Bundestaq tərəfindən qəbul olunan qərar türk-alman münasibətlərinə ciddi təsir göstərəcək. Səfir qayıdandan sonra biz növbəti addımlarımızı müzakirə edəcəyik. 

Qətnamə artıq qəbul olunandan sonra Türkiyənin baş naziri Almaniya parlamentinin “səhv qərarına görə məsuliyyəti “irqçi erməni lobbisinin üzərinə atdı.  

Xarici işlər naziri Mövlut Çavuşoğlu isə «Twitter» də Almaniyanın ünvanına ittihamedici yazı yazıb: “Öz tarixinin qara səhifələrini ört-basdır etmək üçün parlamentin məsuliyyətsiz və əsassız qərarı ilə digər ölkələrin tarixinə qara yaxmaq olmaz. 

Ermənistanda

Ermənistan prezidenti Serj Sarqsyan AFR prezidenti Yoaxim Qauka, kansler Angela Merkel və Bundestaq sədri Norbert Lammertə minnətdarlıq teleqramları göndərib: “Bu addım demokratiya, insani dəyərlərin prioritetliyini simvolizə edir və Almaniyanın bu dəyərlərin qorunub saxlanmasında davamlı rolunu vurğulayır. Bu, bütün dünyaya mesajdir ki, hətta yüz il əvvəl insanlığa qarşı törədilən cinayətlər nəinki unudulmur, hətta dəqiq adının qoyulması ilə pislənir.

Ermənistan XİN rəhbəri Edvard Nalbandyan da qətnamənin qəbulunu alqışladı: “Almaniya prezidenti Yoaxim Qaukun erməni soyqırımının 100 illiyi ilə bağlı bəyanatı Bundestaq tərəfindən qəbul edilən bu qətnamə ilə birlikdə Almaniyanın nəinki erməni soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və pislənməsi prosesinə, həm də bütövlükdə bəşəriyyətə qarşı soyqırımlar və cinayətlərin qarşısının alınması uğrunda mübarizəyə böyük bir töhfədir.

Yerevanda Almaniya səfirliyi qarşısında əllərində bayraq, gül və minnətdarlıqla dolu vərəqələr olan gənclər toplaşdı, bu minnətdarlıq sözlərini onlar həm də erməni və alman dilində səsləndirdilər.

 Foto:News.am

Sosial şəbəkələrdə

“Facebookun erməni istifadəçilər bütün gün ərzində günün detalları ilə bölüşür, Bundestaq deputatlarına təşəkkür edir, siyasi xadimlərin çıxışlarını müzakirə edirdilər.

Birinci trend: türk siyasətçiləri bir əsr əvvəl olduğu kimi, barbar olaraq qalırlar

Türkiyə baş naziri Yıldırımın 1915-ci il hadisələrini “adi hadisə adlandırması ən böyük səs-küyə səbəb oldu.

“Onun üçün soyqırımı adi haldır. Bununla da o hər şeyi dedi. Bax buna görə də Türkiyə soyqırımı faktını inkar edir – onların ölkəsində baş verənləri sıradan bir hadisə hesab edirlər. Bu, onlar üçün çox adidir. Bu, tamamilə barbar bir yanaşmadır.

İkinci trend: dünyada nəsə dəyişir

“Türkiyədə qətnamənin qəbul edilməyəcəyinə ümid edirdilər. Amma bu, siyasi bir qərar idi, o Almaniyada səsvermədən xeyli əvvəl qəbul olunub, baxmayaraq ki, bunun Türkiyə ilə münasibətlərin kəskinləşməsi ilə nəticələnəcəyini hamı bilirdi. Berlin tərəfindən erməni soyqırımının tanınması onun digər ölkələr tərəfindən də qəbul olunmasına yol açacaq.

Üçüncü trend: həyatda təsadüfi heç nə olmur

“Bundestaq erməni soyqırımını iyunun 2-də – Berlin məhkəməsinin erməni qisasçısı, Talaat paşanı öldürən Soqomon Teyleryana bəraət verdiyi gün tanıyıb. Bu, işarədir. Bu gün Teyleryanın bəraət almasının 95 illiyin qeyd etmək mümkün oldu.

JAMnews-un dosyesi: 



  • 1915-ci ildə Osmanlı İmperiyasında yüz minlərlə erməni həlak olub. Bir çoxları öldürülüb, başqaları səhra bölgələrinə deport ediləndən sonra aclıq və susuzluqdan ölüblər.
  • Ermənistan bildirir ki, ümumilikdə o vaxt 1,5 milyona yaxın erməni ölüb və ya öldürülüb və baş verənləri soyqırım adlandırır.
  • Türkiyə ermənilər arasında qurbanların çox olmadığını, eyni zamanda ermənilərlə yanaşı çoxlu sayda türklərin və kürdlərin həlak olduğunu bildirir və onları müharibə qurbanları adlandırır.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 03.06.2016


More on JAMnews