Bu, hökumətin istefasına, növbədənkənar seçkilərə, “breksit”in təxirə salınmasına, hətta Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı təkrar referenduma da gətirib çıxara bilər" />

Britaniya parlamenti Avropa İttifaqından çıxış haqda razılaşmanı rədd edib

Bu, hökumətin istefasına, növbədənkənar seçkilərə, “breksit”in təxirə salınmasına, hətta Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı təkrar referenduma da gətirib çıxara bilər

REUTERS/Henry Nicholls

Britaniyanın icmalar palatası çərşənbə axşamı səs çoxluğu ilə Britaniya hökuməti və Avropa İttifaqı arasında bağlanan Aİ-dən çıxış haqda razılaşmanı rədd edib.

Bu, hökumətin istefasına, növbədənkənar seçkilərə, “breksit”in təxirə salınmasına, hətta Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı təkrar referenduma da gətirib çıxara bilər –  BBC xəbər verir.

Sazişin əleyhinə 432 deputat, lehinə isə 202 deputat səs verib. Hökumətin bu qədər səs fərqi ilə – 230 səs – uduzduğu hələ Britaniya parlamentinin tarixində olmamışdı.

“Bu hökumətin faciəli məğlubiyyətidir”, – müxalif Leyborist Partiyasının lideri Ceremi Korbin bildirib və bəyan edib ki, hökumətə etimadsızlıq rəyi haqda təklifini rəsmən təqdim edəcək.  

Əgər rəy təqdim edilərsə, mühafizəkarlar iki həftə ərzində çoxluğun yeni hökumətini formalaşdırmalı olacaqlar, onlar bunun öhdəsindən gəlməsə, növbədənkənar seçki elan edəcəklər. Mühafizəkarların və leyboristlərin reytinqi hazırda təxminən bərabərdir və 36-41 faiz diapazonunda tərəddüd edir.

Növbədənkənar seçkilərdən başqa, hadisələrin başqa inkişaf variantları da mümkündür.

“Dağıdıcı çıxış”

İki ay yarım müddətində Britaniyanın siyasi elitası heç nəyi həll edə bilməsə, martın 29-da Britaniya Aİ-dən münasibətləri nizamlamadan çıxacaq.

İcmalar palatasında çoxluq “dağıdıcı breksit”ə qarşıdır: müxtəlif partiyalardan olan deputatlar bunun Britaniya iqtisadiyyatı üçün çox ağır zərbə (həm də digər Aİ ölkələrinin iqtisadiyyatına əhəmiyyətli zərbə) olacağı ilə razılaşırlar.

Təkrar referendum

Son aylarda baş verənlər Britaniyanın Aİ üzvlüyü ilə bağlı təkrar referendum tərəfdarlarını daha da həvəsləndirib: onlar ümid edirlər ki, bu referendumda xalq Avropa İttifaqını tərk etmək “fikrindən daşınacaq”.

Amma Mey hökuməti və Avropaya qarşı skeptiklər qəti şəkildə yeni referenduma qarşıdırlar. Onlar bunu onunla izah edirlər ki, yeni referendum vətəndaşları daha da məyus edəcək. Bundan başqa bu, demokratiyanın əsaslarına zərbə olacaq: xalq öz sözünü deyib, onun iradəsini yerinə yetirmək lazımdır, başqa cavab almaq ümidi ilə yenidən eyni sualı verməyə ehtiyac yoxdur.

Razılığa gəlmək üçün yeni cəhdlər

İcmalar palatası Aİ ilə razılaşma layihəsinin rədd ediləcyi təqdirdə hökumətin üzərinə üç iş günü müddətində parlamentə razılaşmanın yeni variantını təqdim etmək öhdəliyi qoyub.

Problem ondadır ki, Aİ nümayəndələri dəfələrlə qəti şəkildə bəyan ediblər ki, razılaşma layihəsini yenidən nəzərdən keçirmək niyyətində deyillər: onların bildirdiyinə görə, bu, onların Britaniyaya təklif edə biləcəkləri ən yaxşı variantdır.

Facebook Comments

More on JAMnews