Seksual qalmaqallar dünya epidemiyasına çevrilir" />

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Seksual qalmaqallar dünya epidemiyasına çevrilir

Noyabrın 1-də Böyük Britaniyanın müdafiə naziri istefa verib. Onun dərc olunmuş bəyanatında deyilir: “Son bir neçə gündə parlamentə ünvanlanan bir çox ittihamlar doğru deyil, amma mən etiraf edirəm ki, Böyük Britaniyanın silahlı qüvvələrinə aidiyyəti olan hər kəsin əməl etməli olduğu yüksək davranış standartlarına uyğun olmamışam”.

Felton onu da vurğulayıb ki, “Davranış normaları dəyişir. 10-15 il əvvəl məqbul olanlar, indi qəti yolverilməzdir, buna görə də, mənim istefaya getmək qərarım doğrudur”.

Nazirin məhz hansı epizoda görə istefa verdiyi aydın deyil. Bir neçə gün əvvəl məlum olub ki, 2002-ci ildə jurnalistlərlə ümumi şam yeməyi zamanı Fellon əlini jurnalist Culiya Xartli-Brüyerin dizinə qoyub.

Xartli-Brüyer  BBC-nin efirində bunları deyib: “Əgər Fellonun istefasının səbəbi 15 il əvvəl dizimə toxunmasıdırsa, o zaman bu, tarixin ən absurd istefasıdır. Ümid edirəm ki, onun qərarının həmin insidentlə əlaqəsi yoxdur”. O, qeyd edib ki, özünü taciz qurbanı hesab etmir.

Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, öz kürsüsünü tərk edən Maykl Fellonun göstərdiyi vicdanlı davranış nümunəsini yüksək dəyərləndirir.

Bu, son bir ay ərzində baş verən bu qəbildən artıq dördüncü hadisədir. Daha əvvəl tanınmış kino-prodüser Xarvi Vaynşteyn, aktyorlar Kevin Speysi və Dastin Xoffman seksual tacizdə ittiham edilmişdi. Nəticədə Vaynşteyn öz şirkətindəki yerindən, Speysi isə nüfuzlu “Emmi” mükafatından məhrum olub.


More on JAMnews