Gürcüstan prezidenti Gürcüstan mövzusu üzrə çalışan xarici ekspertləri də səriştəsiz adlandırıb " />

“Bizim nə ordumuz, nə silahımız var. Olmayacaq da”. Gürcüstan prezidentinin növbəti qalmaqallı bəyanatı

Gürcüstan prezidenti Gürcüstan mövzusu üzrə çalışan xarici ekspertləri də səriştəsiz adlandırıb

სალომე ზურაბიშვილი

“Gürcüstan və Qafqazın öyrənilməsi üzrə Koordinasiya Mərkəzi” – Gürcüstan prezidenti Salome Zurabişvilinin təşəbbüsü ilə Tbilisidə Orbeliani sarayında dünən təntənəli şəkildə açılan mərkəz belə adlanır.

Amma bu tədbir qalmaqalla yekunlaşıb və prezident iqamətgahı qarşısında etiraz aksiyasına səbəb olub. Daha doğrusu, prezident Salome Zurabişvilinin açılış mərasimində səsləndirdiyi nitq etiraz doğurub.

Prezident tədbirə alimləri, tədqiqatçıları dəvət edib və bildirib ki, Gürcüstan nə ordusu, nə silahı, nə iqtisadi potensialı olmayan bir ölkədir və dünyanı ancaq bilikləri və qədim mədəniyyəti ilə təəccübləndirəcək.

Yeni mərkəzin hədəfləri haqda danışarkən, Zurabişvili deyib ki, bu gün Gürcüstan haqda yazan əcnnəbilər “qeyri-legitim” və “səriştəsizdir”, bu təcrübə dəyişdirilməlidir.

Gürcüstanda siyasi böhran – çıxış yolu nədədir? Ekspertlərin rəyi

Salome Zurabişvili kimdir?

Zurabişvilinin sözlərinə görə, mərkəzin əsas məqsədi “beynəlxalq aləmə Gürcüstan və Qafqaz haqda obyektiv informasiya təqdim etmək” və bu istiqamətdə elmi işi aktivləşdirməkdir.

Prezidentin sözlərinə görə, hazırda Gürcüstan haqda səriştəsiz əcnəbilər yazır, onların isə ya “legitimlikləri yoxdur”, ya da Gürcüstanı sevmirlər. 

“Gürcüstan haqda yazan əcnəbilər bu gün ya Gürcüstana mənfi münasibət göstərir, ya da onların bilgiləri… və səriştələri çatmır, bunlar yalnız ölkədə yaşayanda yaranır, dili bilirsən və bizim alimlərimizlə birlikdə alim olurlar”.

Onun sözləlrinə görə, söhbət hər şeydən əvvəl kartvelologiya (Gürcüstan tarixi və mədəniyyəti haqda elm) haqqında gedir, amma tək bu haqda yox: Gürcüstan prezidentinin sözlərinə görə, politoloqlar və ekspertlər də Gürcüstan haqda qeyri-obyektiv məlumat yayır.

“Eyni şey politologiyaya da aiddir. Mən çox yaxşı bilirəm ki, Gürcüstan haqda xaricdə nə yazırlar və hər kəs Gürcüstan haqda nəsə yazmağı özünə haqq bilir, halbuki heç kim onlara bununla bağlı legitimlik verməyib”, – Salome Zurabişvili deyib.

Prezidentin sözlərinə görə, Gürcüstan “kompleksli milliyyətə” çevrilib və bəzən unudurlar ki, “Gürcüstan həmişə Qafqazın elm və mədəniyyət ocağı və mərkəzi olub”.

“Bizim nə ordumuz, nə silahımız var, heç olmayacaq da. Regionu fəth etmək üçün bizim böyük iqtisadi potensialımız da yoxdur, amma bizim bilik, elm, mədəniyyət adlanan çox güclü silahımız var”, – o deyib.

Prezident gənclərin gələcək peşə olaraq “özü haqda biliklərin yayılmasını” yox, hüquqşünaslığı seçir. 

“Biz dilimizi, mədəniyyətimizi, fərdiliyimizi, regionumuz, ölkəmiz, yalnız gürcü dili yox, dillərimiz haqda (bilikləri) (Gürcüstandan kənara) çıxarmalıyıq. Biz həm də abxaz dilinin müdafiəçisiyik, hansının ki, başqa müdafiəçisi yoxdur.Bu, bizim borcumuz və bizim gələcəyimizdir”, – Zurabişvili deyib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, bu cür mərkəzin yaradılması ricası ilə hakimiyyətəelmi şuranın nümayəndələri müraciət edib.

სალომე ზურაბიშვილი

Salome Zurabishvili, Tbilisi, Georgia, December 1, 2018. REUTERS/David Mdzinarishvili

“Zurabişvili və əsgərlər”

Prezidenti Zurabişvilinin bəyanatları kəskin tənqid doğurub.

“Ölkənin düşməni saraydadır”, – “Dəyiş” gənclər hərəkatının nümayəndələri bu şüarla prezident sarayının qarşısında etiraz aksiyası keçiriblər.

Onlar Zurabişvilinin ordu ilə bağlı dediklərinə etiraz ediblər.

“Ölkənin baş komandanı, beynəlxalq münasibətlərdə ölkəni təqdim edən insan, konstitusiyanın qarantı ölkədə Rusiya təbliğatının xeyrinə olan dövlət əleyhinə bəyanatlar səsləndirə bilməz”, – hərəkat nümayəndəsi Anna Kartlelişvili bildirib.

Etirazçılar əllərində “Salome vs əsgərlər” və “Salome arzuların baş komandanı” (2018-ci ilin noyabrında “Gürcü arzusu” iqtidar partiyası onun prezidentliyə namizədliyini dəstəkləmişdi) şüarları yazılmış plakatlar qaldırıblar.

Praktiki olaraq bütün müxalifət prezidentin bəyanatının “dövlət əleyhinə” olduğu fikrindədir.

“Lelo” müxalif ictimaihərəkatın nümayəndələri Qəhrəmanlar Meydanında həlak olan gürcü hərbçilərin xatirə mümorialı önünə gəliblər və oradan prezidentə və hərbçilərə müraciət ediblər:

“Sizin, gürcü əsgərlərin təəssüf ki, baş komandanı layiqli biri deyil, amma bu müvəqqətidir. Sizin xidmət etdiyiniz Vətən daimidir və biz sizə xidmətinizə görə minnətdarıq”, – hərəkat nümayəndəsi Anna Natsvlişvili deyib.

Onun sözlərinə görə, prezidentin bəyanatı dövlət əleyhinədir və “ölkənin müdafiə qabiliyyətinə də ziyan vurur”.

Təhlükəsizlik Şurası katibinin keçmiş müavini Vano Maçavariani deyib ki, “Gürcü arzusu” iqtidar partiyası “onların Gürcüstan vətəndaşlarına sırıdığı prezidentin niyə bu cür bəyanatlar səsləndirdiyini” izah etməlidir.

Maçavarianinin fikrincə, Gürcüstan ordusu bu cür baş komandana layiq deyil.

İqtidar partiyasının nümayəndələri prezidentin mövqeyini müdafiə edə bilməyib. Müdafiə naziri İrakli Qaribaşvilinin sözlərinə görə, Salome Zurabişvilinin bəyanatı onun üçün qəbulolunmazdır.

“Müdafiə naziri kimi mən bəyan etmək istəyirəm ki, bizim hərbçilərimiz ölkə vətəndaşlarıdır və onlarla fəxr etmək lazımdır və mən Gürcüstan ordusunu daha da möhkəmləndirmək üçün hər şey edəcəyəm”, – Qaribaşvili bildirib.

 

 


More on JAMnews