LGBT-prayd, antiişğal aksiyaları, ultramillətçilərin çıxışları və Rustavi-2 teleşirkəti qarşısında mitinq" />

Bir gün ərzində dörd etiraz mitinqi. Tbilisi necə etiraz etdi – fotoreportaj

LGBT-prayd, antiişğal aksiyaları, ultramillətçilərin çıxışları və Rustavi-2 teleşirkəti qarşısında mitinq

Dünən Tbilisidə dörd etiraz aksiyası keçirildi. Bunların ikisi Tbilisinin mərkəzindəki Rustaveli prospektində bir-birinə paralel olaraq keçirilirdi. Bu iki mitinq polis əməkdaşlarından və avtobuslardan ibarət sədlə bir-birindən ayrılmışdı.

Onlardan biri işğala qarşı idi. Aksiya iştirakçıları artıq iyirmi gündür ki, küçədədirlər. İlk olaraq onlar küçələrə rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamentinə gəlməsi ilə bağlı çıxmışdılar, iyunun 21-də polis zorla etiraz aksiyasını dağıtdıqdan sonra isə etirazçılar yeganə tələblə çıxış edirlər – daxili işlər naziri Georgi Qaxariya istefa verməlidir. Aksiyanın təşkilatçıları partiyasız gənclərdir. Müxalif siyasətçilər də mitinqdə iştirak edirlər, kalin gündəlik gənclərin özləri tərəfindən müəyyənləşdirilir.

 

 

İşğal mitinqinə qarşı “əks aksiya” dünən Rustaveli prospektində başlayıb.

Bu aksiyanın iştirakçıları ona görə toplaşıblar ki, LGBT fəalları iyulun 8-də Daxili İşlər Nazirliyinin binasının qarşısında “Ləyaqət marşı”nın keçirilməsini anos=ns etmişdilər. Əks aksiyanın iştirakçıları LGBT-praydın qarşısını almağa hazırlaşırdılar. Onların əsas tələbi beş il əvvəl qəbul edilmiş və insanların istənilən səbəbə görə diskriminasiyasını və izlənməsini qadağan edən qanunun ləğv olunmasıdır. [2014-cü ildə Avropa İttifaqının tövsiyəsi ilə parlamentin qəbul etdiyi qanun cinsi, etnik, dini və cinsi orientasiya əlamətlərinə görə diskriminasiya halında inzibati və cinayət məsuliyyətini nəzərdə tutur – JAMnews].

Aksiya iştirakçıları DİN binası qarşısında toplaşmışdılar, lamkin praydın keçirilməyəcəyi məlum olduqdan sonra onlar parlamentin qarşısına keçdilər.

Əks aksiyanın lideri iş adamı Levan Vasadzedir. O, dünənki mitinqə əlində taxta xaçla gəlmişdi. Vasadze varidatını Rusiyada qazanıb və qərbə qarşı olan rusiyayönümlü ritorikası ilə seçilir. LGBT nümayəndələrinin izlənməsi üçün “xalq dəstələri”nin yaradılması Vasadzenin təşəbbüslərindən biri idi.

Bu mitinqdə həmçinin “Gürcü marşı” ultramillətçi təşkilatının üzvləri də iştirak ediblər. “Gürcü marşı”nın təşəbbüslərindən biri ölkənin miqrantlardan və digər millətlərin nümayəndələrindən (iranlılar, ərəblər, türklər) “təmizlənməsi”dir. Ötən il onlar bu tələblərlə aksiyalar təşkil etmişdilər. “Marş” əcnəbi miqrantları nəzarətdə saxlamaq və “əcnəbilərin özbaşınalığına son qoymaq” üçün “Xalq patrulu” formalaşdırmağa hazırlaşırdı.

Dünənki əks aksiyada ruhanilər iştirak ediblər. Mitinqdə onlar dualar edib və kilsə mahnıları oxuyublar. Dualarında onlar tanrıdan Gürcüstanı “Sodom və Qomorra günahından” hifz etməyi xahiş ediblər.

Levan Vasadze, Foto: on.ge

КƏks aksiya. Foto: David Pipia / JAMnews

Əks aksiya. Foto: David Pipia / JAMnews

Əks aksiya. Foto: David Pipia / JAMnews

Əks aksiya. Foto: David Pipia / JAMnews

Dünən ultramillətçilərin mitinqində LGBT fəalları LGBT-nin göy qurşağı rənglərindən ibarət bayrağı asılmış dron buraxıblar.

Hər iki aksiyanın iştirakçıları gecəni küçədə keçiriblər. Səhər əks aksiya dağlıb, işğal əleyhinə aksiyanın iştirakçıları isə yenidən parlament qarşısındakı yerlərini tutublar.

Üçübcü mitinq Rustavi-2 telekanalının binası pnündə keçirilib. Bu mitinqin iştirakçıları özəl kanalın rəhbərliyinin dəyişdirilməsini, jurnalist Georgi Qabuniyanın işdən çıxarılmasını və onun barəsində istintaqın başlanmasını tələb ediblər.

Georgi Qabuniya bazar günü axşam özünün “Post Skriptum” müəllif proqramının efirində Rusiya prezidenti Vladimir Putinin ünvanına senzuradan kəınar ifadələr işlədib.

Teleşirkətin rəhbərliyi jurnalistin senzuradan kənar nitqinə görə üzr istəyib, o, iki ay müddətinə işdən uzaqlaşdırılıb.

Rustavi-2 önündə aksiya iki saata yaxın davam edib, bundan sonra iştirakçılar Levan Vasadzenin Rustaveli prospekmtindəki əks aksiyasına qoşulublar.

Rustavi-2 teleşirkətinin binası qarşısında aksiya. Foto: Salome Çikviladze, on.ge

 Rustavi-2 teleşirkətinin binası qarşısında aksiya. Foto: Salome Çikviladze, on.ge

Dördüncü aksiya ən kiçik həcmli və qısa olub. Ultramillətçilər DİN binası qarşısındakı ərazini tərk etdikdən sonra Tbilisi praydının təşkilatçıları simvolik “Ləyaqət marşı” keçirmək qərarına gəliblər.

Gürcüstanda ilk LGBT-prayd Daxili İşlər Nazirliyinin binasının qarşısında keçirilib və təxminən bir saat sürüb, burada onlarla insan iştirak edib.

Təhlükəsizlik məqsədilə aksiya təşkilatçıları “marş” haqqında məlumat paylaşmayıblar, buna görə də, arzu edənlərin çoxu burada iştirak edə bilməyib. Gətta jurnalistlər də doğru-dürüst məlumatlandırılmayıb.

“Ləyaqət marşı baş tutdu, çünki biz ictimai yerləri güzəştə getməyə hazırlaşmırıq. Bu yerlər bizimdir. Hərçənd planlaşdırdığımız qədər insan olmadı, bu hər halda vacib idi. İldən-ilə sayımız artacaq”, – “Azadlıq” radiosuna müsahibəsində Tbilisi praydının təşkilatçısı Giorgi Tabaqari deyib.

Tbilisidə “Ləyaqət marşı”. Foto: Salome Çaduneli, on.ge


More on JAMnews