LGBT haqlarının müdafiəçiləri aksiya keçirməkdən çəkiniblər" />

Baykerlər, keşişlər, sağ radikallar. Tbilisidə homofobiya ilə mübarizə əvəzinə “ailə müqəddəsliyi günü” qeyd olunub

LGBT haqlarının müdafiəçiləri aksiya keçirməkdən çəkiniblər

Gürcüstanın LGBT birliyi üzvləri mayın 17-də Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günündə ictimai tədbir keçirməkdən imtina ediblər. Bunun əvəzində Gürcüstan Pravoslav Kilsəsinin keçirdiyi və Ailə Müqəddəsliyi Gününə həsr olunmuş yürüş və konsert baş tutub. Kilsənin təşkil etdiyi yürüşdə ultra-sağ fəallar iştirak edib.

Niyə LGBT haqlarının müdafiəçiləri aksiya keçirməkdən imtina edib?

Son illərdə LGBT birliyinin bu cür aksiyalarının ardınca zorakılıq aktları baş verirdi, “Tbilisi-prayd” təşkilatının nümayəndəsi Mariam Kvaratsxeliya bildirib. 2014-cü ildən isə, patriarxlıq mayın 17-ni Ailə Müqəddəsliyi Günü elan edəndən sonra ictimai tədbirlər keçirmək çox çətin olub.

Onun sözlərinə görə, həmin gün şəhərin bütün mərkəzi prospektləri dolu olur və LGBT təşkilatları təhlükəsizlik riskləri üzündən ictimai tədbirlərdən çəkinmək məcburiyyətindədirlər.

LGBT-ə münasibət: ən ağır vəziyyət Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadadır

Nifrət əhatəsində yaşamaq. LGBT və onların valideynləri Gürcüstanda

“2012-2013-cü il hadisələrindən sonra, LGBT birliyi nümayəndələrinin ictimai nəqliyyatdan istifadəsi mümkün olmayandan sonra vəziyyət bu gün bu insanların məruz qaldığı sistemli zülmdən xəbər verir. Faktiki olaraq bu, yeganə qrupdur ki, küçədə görünə bilməyəcək qədər marginallaşıb, onlar belə bir haqqı tanımırlar”, – Kvaratsxeliya deyib.  

Bununla belə LGBT fəalları bu ilin iyununda – “ləyaqət marşı” adı altənda yürüş keçirməyi planlaşdırırlar. Bu yürüş 18-23 iyuna planlaşdırılmış “Tbilisi-praym”ın bir hissəsi olacaq.

Ailə müqəddəsliyinin müdafiəsi yürüşü

Keşişlər və vətəndaşlar Qızılgül İnqilabı meydanında toplaşıb, Müqəddəs Üçlük Kilsəsinə doğru yürüş ediblər. Piyada yürüşün ardınca motosikiletli baykerlər gedib.

Mitinqə sağ-radikal “Gürcü marşı” təşkilatı da qoşulub.

Ailə müqəddəsliyi günü münasibətilə məbəddə dua oxunub, daha sonra “Erisioni”, “Rustavi”, “Suxişvili” və digər məşhur folklor kollektivlərinin iştirakı ilə konsert kçirilib.

Gürcüstan Pravoslav Kilsəsi Patriarxlığı 2014-cü ildən mayın 17-ni ailə müqəddəsliyi günü elan edib. 2013-cü il mayın 17-də LGBT-ə qarşı olan kütlə keşişlərlə birlikdə Rustaveli küçəsində keçirilən homofobiyaya qarşı aksiyanın iştirakçılarını qovub.

Hökumət nə deyir?

“Gürcüstanda ailə və ailə dəəyərləri həmişə ən vacib rolu oynayıb, belə olub və gələcəkdə də olacaq”, – Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

Bununla belə o qeyd edib ki, Gürcüstanda istənilən vətəndaşın hüququ qanunla qorunur.

Ondan fərqli olaraq Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya hesab edir ki, LGBT birliyi bu il öz konstitusion  hüququndan yararlana bilməyib.

“2019-cu ildə Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə günü LGBT birliyi və hüquq müdafiəçiləri tərəfindən təhlükəsizlik zəmanəti olmadığı üçün açıq şəkildə qeyd olunmur, bu da ifadə azadlığı hüququnun yaxşılaşdırılması nöqteyi-nəzərindən geriyə atılmış addımdır” , – ombudsmenin bəyanatında deyilir.

Xalq müdafiəçisi qeyd edib ki, ölkədə LGBT-nin vəziyyəti son illərdə dəyişməyib və bu insanlar hələ də homofobiya ilə qarşılaşır, zülmdən, diskriminasiyadan əziyyət çəkir və çox vaxt zorakılıq qurbanı olurlar.

“Dövlətin gördüyü tədbirlər LGBT birliyindən olan insanların müdafiəsi üçün yetərli deyil və real tələblərə cavab vermir”, – xalq müdafiəçisi vurğulayıb.

Gürcüstan DİN-i öz növbəsində bəyan edib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə diskriminasiya faktı üzrə üç dəfə daha artıq cinayət işi qaldırılıb.

Beynəlxalq təşkilatlar və xarici diplomatlar

“Qanunvericilik müxtəlif əlamətlərinə görə, o cümlədən də seksual əsasla vətəndaşların diskriminasiyasına imkan verməsə də, LGBTQI+ (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar, kvir, interseks) diskriminasiya, nifrət və fiziki zorakılıqla qarılaşırlar və bu da onların hüquqlarını pozur, ləyaqətlərini alçaldır və onları cəmiyyətdən təcrid edir”, – Gürcüstanın tərəfdaşı olan ölkələrin nümayəndələrinin 17 may Homofobiya və Transfobiya ilə Mübarizə Gününə həsr olunmuş bəyanatında belə deyilir. Bəyanatın tam mətni “Metgazeti” qəzetində dərc olunub.

Bəyanat müəllifləri BMT daimi əlaqələndiricisinin ofisi və Aİ-nin Gürcüstandakı nümayəndəliyi, o cümlədən də Avstriya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Sloveniya, İsveç, Böyük Britaniya və ABŞ dipmissiyalarıdır.

Bəyanatda deyilir ki, Gürcüstanda LGBT fərdlərinin əsas hüquqları qanunla qorunur və müəyyən irəliləyiş əldə edilib, amma bu zəmanətlər “kağız üzərində qalır”.

Bəyanatda həmçinin qeyd olunur ki, LGBT+ demək olar ki, hər addım başı fiziki və psixoloji zorakılıqla qarşılaşır. “Bu, narahatlıq doğurur və Gürcüstanın tolerantlıq ənənəsinə ziddir”, – ölkənin beynəlxalq tərəfdaşları bəyan edir.

Facebook Comments

More on JAMnews