Bütün bu adamların kim olduğunu izah edirik " />

Bakıda kospley: Trampdan tutmuş Dəli Şlyapaçıya qədər

Bütün bu adamların kim olduğunu izah edirik

Daimi iştirakçılarının sözlərinə görə, AzeKON kospley-festivalı bu il yeni səviyyədə olub. Əgər əvvəllər o, komiks və anime sevərlərin dar çərçivəsi üçün şənlik idisə – indi geniş miqyaslı kostyumlu tədbirdir.

Kospley nədir

+

Hərfi mənası kostyumlu oyundur, film, oyun, kitab, komiks, xülasə istənilən obrazların kostyumlarını geyinmək, həmin kostyumları hazırlamaqdır. Bu hobbi bütün dünyada populyardır. Ən yaxşı kospleyerlər kostyum və qrimin prototopinə ideal oxşarlığa nail olurlar, həvəskarlar internet mağazalarda daha ucuz və sadə kostyumlar sifariş edə və ya ayrı-ayrı elementlərlə kifayətlənə bilərlər. Kospley adətən sosial bir hadisədir, maraqlar üzrə yeni dostların axtarışı vasitəsi, yaradıcı bacarıqlarını göstərmək üçün, qiymətləndirilməsinə nail olmaq üçün daha bir imkandır.

Ötən festivaldan nə dəyişdi? Birincisi, daha statuslu yer – otel Holiday Inn. İkincisi, iştirakçıların sayı getdikcə artır, bu dəfə beş yüzə yaxın adam gəlmişdi. Üçüncüsü, bu dəfə demək olar ki, hamı kostyumda gəlmişdi, “eləcə baxmaq üçün” gələnlər azıydı.

 
Luffi və Çopper “One Piece”dən. Bu, dəniz quldurları haqqında animedir, bu gün də onlar tədbirin əsas qəhrəmanlarıdır, çünki “One Piece”in 20 yaşı tamam olur. Festivalı “Karib dənizinin quldurları” adlandırmaq və ümumiyyətlə dəniz mövzusunu qabartmaq qərarına gəldilər.
“Polad kimyagər”ə (“Fullmetal Alchemist”) baxmamısızsa, bilməyiniz kifayətdir ki, bu oğlan barmaqlarını şaqqıldatmaqla böyük bir məhəlləni yandıra bilər (baxmısızsa, onsuz da onu tanıdız).
Aanq “Avatar”dan və Qara Saqqal “One Piece”dən, hər ikisi bütün tədbir boyu obrazdan çıxmayıb, Aanq tam ciddi bir şəkil alaraq, zalın ortasında oturub meditasiya edirdi.
Solda “Həyatla randevu”dan Kurumi Tokisaki, sağda nisbətən yeni olan “Yuri buz üzərində” animesindən Yuri Pliseski fiqurlu konkisürmə və idmançılar arasında romantik münasibətlər barədə.
Əcinnənin 13 yaşı tamam olanda onu başqa şəhərə göndərirlər ki, bir il orada yaşasın. Bu yaşa qədər əcinnələr artıq öz ixtisasları ilə bağlı qərar verirlər, Kiki isə ancaq süpürgədə uça bilir və başqa heç nə. “Əcinnənin çatdırma xidməti”, Xayao Miyadzakinin filmi. Əbədi klassika.
Bir az da siyasətdən. Deyəsən AzeKON tarixində ilk dəfəydi ki, prezident karikatura personajları kateqoriyasına keçmişdi. Yeri gəlmişkən, hiyləgər Tramp onunla şəkil çəkdirən hər kəsə öz sloqanı ilə flayerlər paylayırdı.
“Alisa”nın son ekranlaşdırılmasından olan Dəli Şlyapaçı. Festivalda bəlkə də ən detallı işlənmiş obrazıydı.
“Kriminal qiraət”dən olan bu cütlüyü isə yəqin ki, hamınız tanıdız. Təbii ki, ümumi alqışlar altında rəqssiz də keçinmədi.
“Taxt-tac oyunları”nı Kxal Droqo təkbaşına təmsil etməli oldu, amma öhdəsindən də gəldi.
Bu da Kapitan Amerikanın vətənpərvər variantıdır – Kapitan Azərbaycan.
“Naruto”dan Madara Uçixa və Rin, “Göy ekzorsist”. Rinlə hər şey aydındır, o, Şeytanın adı oğludur (amma özü mərhəmətlidir, ağlınıza başqa şey gəlməsin). Madara isə birmənalı personaj deyil. O, qüdrətli bir qəbilə yaradıb və o qədər güclü olub ki, həmin o qəbilənin bir neçə nəslindən çox yaşayıb. Madara çox sayda pis iş görüb, daha çox pis işlər də onun adından törədilib, buna görə də aydın deyil ki, hansı pislikləri o törədib, hansıları yox.
Qız “Tokio Goreşəni”ndəki Kanekini kospley edir. Populyar anime mistik məxluqların, adamyeyənlərin ağır həyatından bəhs edir.
Bu sahədən başı çıxan adamlar deyir ki, idmandan tutmuş kulinariyaya qədər demək olar ki, hər şey haqqında anime var. Yaponların həyatında çox mühüm yer tutan din və mifologiya haqqında isə danışmağa dəyməz. Buna görə də allahlar haqqında dəqiq “kitabdakı kimi olan” animelərdən tutmuş, allahların pizza yediyi və idman kostyumları geyindiyi oyun animelərinə qədər var. “Çox şadam, Allah” animesi. Qanlı kral – yaşı 600-dən çox olan məşhur yekay (cin, şeytan).
Kleopatra. Hələ uzun əsrlər boyu kospley olunacaq Kleopatra.
 

More on JAMnews