Ən qalmaqallı finallardan biri tamaşaçıların sayına görə rekordu yeniləyə bilər " />

Bakıda Avropa Liqasının finalı: şəhər oyuna necə hazırlaşırdı – fotoreportaj

Ən qalmaqallı finallardan biri tamaşaçıların sayına görə rekordu yeniləyə bilər

Bakıda Avropa Liqasının finalı bu yarışın bütün tarixi boyunca tamaşaçıların sayına görə rekordu yeniləməlidir – Bakı stadionu 65 min nəfər tutur. Azərbaycanda bir çoxları şəhərin bu cür vacib və iri idman tədbirinin öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşırdı. Buna baxmayaraq, mayın 29-da nəqliyyatla bağlı problem yaranmadı və bütün qonaqlar rahat yerləşdirildilər.

• Bakıdakı futbol finalı ətrafında qalmaqal

• Bakılı qızlar öz hüquqlarını diqqətə çatdırmaq üçün futbol oynayırlar

2018/19 mövsümünün futbol üzrə UEFA Avropa Liqasının final oyunu Bakıdakı Olimpiya stadionunda keçiriləcək. Bu oyunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları qarşılaşacaqlar.

Oyun Bakı vaxtı ilə axşam saat 11-də başlayacaq. Stadion şəhərdən kənarda yerləşir və bilet sahibləri oraya xüsusi pulsuz avtobuslarla yollana bilərlər. Bu səbəbə görə metro gecə saat 4-ə qədər işləyəcək (adətən, 12-yə qədər işləyir).

Şəhərin mərkəzində nə baş verir

Bakının mərkəzində üç fan-zona – müxtəlif əyləncələrin. Attraksionların və azarkeşlər üçün suvenirlərin olduğu ayrıca ərazilər yaradılıb. Onlardan ikisi əcnəbi fanatlar (“Çelsi” və “Arsenal” üçün ayrı-ayrılıqda), biri isə hər iki komandanın yerli azarkeşləri üçündür. Bununla əlaqədar bəzi küçələr ismən bağlıdır, lakin şəhər sakinləri xüsusi narahatlıq keçirmirlər.

Əsas olan isə odur ki, gəlmələrin çoxluğu üzündən şəhərin bütün mərkəzinin tamamilə bağlanacağı və ora yerlilərin buraxılmayacağı barədə gəzən şayiələr doğrulmadı.

• Avropa Liqasına görə şəhərin mərkəzinin bağlanması ehtimalı haqqında şayiələr bakılıları hiddətləndirdi

• Amnesty International Bakıda Avropa Liqasının finalına etirazını bildirir

Nəticədə, mərkəzdə həm yerlilər, həm də turistlər gəzişirlər. Yalnız polis əməkdaşları küçələrdə həmişəkindən daha çoxdurlar.

Həm də şəhər sakinlərindən birinin dediyi kimi, “Bakı heç vaxt bu qədər şort geyən kişi görməyib”. Azərbaycan cəmiyyətində hesab olunur ki, kişiyə şort geymək “yaraşmır”. Buna görə də, şort geymiş avropalı turistlər kütləsi yerlilərin əksəriyyəti tərəfindən ekzotika kimi qəbul olunur.

Mübahisələr, iradlar və qarşılıqlı ittihamlar

UEFA-nın final oyununu Bakıda keçirmək qərarı bir çox mübahisəılərə səbəb olub.

Belə ki, misal üçün, Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı buna kəskin etirazını bildirib. O bəyan edib ki, bu cür iri idman tədbirlərini insan hüquqlarının ciddi şəkildə pozulduğu ölkələrdə keçirmək olmaz.

Daha bir qalmaqala isə o səbəb olmuşdu ki, finala “Arsenal”ın oyunçusu – etnik erməni Genrix Mxitaryan gəlmədi. O, təhlükəsizliyindən ehtiyat edərək, gəlməkdən imtina etdi.  Azərbaycan tərəfinin təhlükəsizlik təminatı Mxitaryanı qane etməyib.

Hər iki komandanın britaniyalı azarkeşləri də narazı idilər – Bakıya uçmaq oinlara uzaq və bahalı görünürdü. Hətta sata bilmədiklərinə görə komandalar onlar üçün ayrılmış biletləri böyük hissəsini Azərbaycana qaytarmışdılar.

Bakı hava limanında futbolçuları qarşılayırlar. Foto: demokrat.az

Lakin hamıdan çox azərbaycanlı müxalifətçilər narazıdırlar. Yüksək təhlükəsizlik tədbirləri üzündən hakimiyyət 28 May – Respublika Günü ilə əlaqədar mərkəzdə bayram yürüşləinin keçirilməsinə icazə verməyib. Hətta müxalifətin bu bayram səbəbilə toplandığı ənənəvi yerdə – Bakı yaxınlığındakı Novxanı kəndində polis dörd fəalı həbs etdi.


More on JAMnews