Səbəb Azərbaycanda insan haqlarının pozulmasıdır. Amma turnirlə bağlı digər problemlər də var " />

Amnesty International futbol üzrə Avropa Liqası finalının Bakıda keçirilməsinə etiraz edib

Səbəb Azərbaycanda insan haqlarının pozulmasıdır. Amma turnirlə bağlı digər problemlər də var

Mayın 29-da Bakıda baş tutacaq futbol üzrə Avropa Liqasının final oyunu ətrafında bir neçə qalmaqal birdən qopub.

Onlardan ən istisi Amnesty International təşkilatının belə böyük idman hadisəsinin Azərbaycan kimi insan haqlarının ciddi pozulduğu bir ölkədə keçirilməsinin yolverilməz olduğu haqda bəyanatıdır.

İnternetdə qızğın müzakirələrə səbəb olan digər məsələ finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının oynaması, “Arsenal”ın bir oyunçusunun – Henri Mxitaryanın oyuna qatılmaması ilə bağlıdır. Səbəb onun erməni mənşəli olmasındadır.

Və nəhayət, bilet satışı ilə bağlı problem yaranıb – biletlər çox pis alınıb, çünki britaniyalı azarkeşlər bildirirlər ki, Bakıya səfər etmək uzun və baha başa gəlir.

Hər şey haqda daha ətraflı.

• Bakıdakı futbol finalı ətrafında qalmaqal

• Azərbaycanda siyasi məhbusların gözlənilməz əfvi: bu nə deməkdir və nəyi dəyişir?

Amnesty International-ın etirazı

“Azərbaycana imkan vermək olmaz ki, insan haqları sahəsindəki dəhşətli reputasiyasını idmanla yusun”, – Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı mayın 23-də bəyan edib.

Bu sözlər UEFA-ya ünvanlanıb. Amnesty International idman qurumunu Avropa Liqasının final oyununu Bakıda keçirmək qərarına görə tənqid edib.

“Azarkeşlər, oyunçular və personal… parlaq oyun fasadı arxasında gizlənən bu ölkədə insan haqları ilə bağlı həqiqi vəziyyətlə tanış olmalıdır”, – Amnesty International-ın Vritaniya ofisinin direktoru Keyt Allen bildirib.

Onun sözlərinə görə, “hökumətlər çox vaxt böyük idman yarışlarından öz repressiv siyasətlərindən diqqəti yayındırmaq üçün istifadə edirlər”.

Azərbaycanda bu bəyanat Amnesty International-ın ünvanına tənqidlər dalğasına səbəb olub.

Deputatlar, məmurlar və hökumətyönlü media hüquq müdafiə təşkilatını Azərbaycana qarşı böhtanda və qeyri-obyektivlikdə günahlandırıblar.

Məsələn, iqtidarda olan “Yeni Azərbaycan” partiyasından olan deputat Cavid Osmanov Amnesty International-ı “korrupsiyaya bulaşmış struktur, müəyyən çevrələrin müstəqil siyasət yürüdən ölkələrə qarşı qərəzli hücumlarda istifadə üçün nəzərdə tutduğu institutu” adlandırıb.

Həmin partiyanın rayon şöbəsinin sədri Hikmət Şikarov hesab edir ki, “bütün bu kampaniyaların arxasında erməni lobbisi, diasporu və Azərbaycanı sevməyə, uğurlarına paxıllıq edən qüvvələr dayanır”.

Digər hüquq müdafiə təşkilatları kimi Amnesty International da mütəmadi olaraq Azərbaycanı insan haqlarını pozduğuna görə tənqid edir.

• Azərbaycanda jurnalist olmaq nə deməkdir?

UEFA-nın Avropa Liqasının final oyunu Bakıda mayın 29-da baş tutacaq. Finalda İngiltərənin “Çelsi” və “Arsenal” klubları üz-üzə gələcək.

Amnesty International digər hüquq müdafiə təşkilatları kimi Azərbaycanı insan haqlarının pozulmasına görə tənqid edib. Həmçinin Amnesty International dəfələrlə ölkə hökumətindən siyasi məhbusların azad olunmasını tələb edib.

“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının bu yaxınlarda dərc olunan Söz Azadlığı İndeksində Azərbaycan 179 ölkə arasında 166-cı yeri tutub.

Henri Mxitaryanın Bakıya gələ bilməməsində kim günahkardır?

Digər səs-küylü qalmaqal “Arsenal” komandasının oyunçusu Henri Mxitaryanın Bakıya gələ bilməməsi ilə bağlıdır.

O milliyətcə ermənidir və Azərbaycanla Ermənistan arasında münaqişə olduğu üçün futbolçu öz təhlükəsizliyinə əmin deyil (Azərbaycan tərəfinin təhlükəsizlik zəmanətinə baxmayaraq).

Mxitaryanın Bakıya final oyununa gələməmək qərarı media və sosial şəbəkələrdə qızğın və əsasən mənfi reaksiya doğurub.

“Arsenal”ın bir çox azarkeşləri bunda Azərbaycanı günahlandırıb. Məsələn, sosial şəbəkələrdə yazırdılar ki, ölkə elə bir imic formalaşdırıb ki, erməni futbolçu ora getməyə qorxur.

Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası öz növbəsində xatırladıb ki, erməni idmançılar artıq dəfələrlə Bakıya gəlib, başlarına da heç bir iş gəlməyib, deməli, “zəmanətin ciddiyətini şübhə altına qoymaq üçün heç bir səbəb yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanda bu məsələyə siyasi çalar verilib və bu “bir daha Ermənistanın öz xalqını sülhə hazırlamayacağını əyani şəkildə nümayiş etdirdi”.

Satılmayan biletlər

Və nəhayət, “Çelsi” və “Arsenal” final oyununa biletlərin yarıdan çoxunu Azərbaycana qaytarmaq niyyətindədir, çünki onları azarkeşlərə sata bilməyiblər: Bakıya uçuş uzun və bahalıdır, viza almaq çətindir, oyun isə yerli saatla 23:00-da başlayır. Bu haqda Sports.ru yazıb.


More on JAMnews