Yolkaları sökmək vaxtıdır
Siz abxaz yolka oyuncaqları azarkeşisizsə yolkanı sökərkən çox ehtiyatlı olmalısız. Bu Yeni il oyuncaqları sizin uşaqlığınızda olduğu kimi sehrli, amma elə o vaxtkı kimi də tez sınandılar – Suxumda onları şüşədən, həm də uzaq keçmişdə olduğu kimi əllə hazırlayırlar.
Yolka oyuncaqlarını hazırlayan Suxum sexi beş il əvvəl açılıb və həmin vaxtdan etibarən yaxşı alver edir. Yeni il qızğın dövrdür, sifarişlər çoxdur. Hər bir oyuncaq mağazaya 150 rubla (2 dollara) verilir və onlara böyük tələbat var. Təkcə bu Yeni il bayramında ancaq 5 adamın işlədiyi sex 3 minə qədər yolka oyuncağı hazırladı.
Bayramlar qurtarandan sonra sex yeknəsəq işinə qayıdır: fotolu yastıqlara, köynəklərə, şamlara və bir çox başqa şeylərə – bu məhsul da suxumluların arasında çox populyardı – sex direktoru Daur Qumba deyir.
Daurla birlikdə 4 nəfər işləyir, onların arasında peşəkar rəssamlar və şüşəçilər və istedadlı Asida da var. Bir vaxtlar o məktəbdə müəllimə işləyirdi və tamamilə təsadüfən sexə gəldi – məktəb üçün oyuncaqlar almaq istəyirdi. Amma bu istehsalın cazibəsi o qədər güclü oldu ki, Asida məktəbdən çıxıb, rəssam oldu.
“Mən özüm öyrənmişəm, hər şeyi iş prosesində öyrənmişəm. Amma iki uşaq anası, həm də müəllim olduğum üçün müəyyən vərdişlərim artıq varıydı – biz uşaqlarla həmişə öz əllərimizlə nəsə hazırlayırdıq. Öz sənətimi çox sevirəm! Yeganə mənfi cəhəti ondadır ki, Yeni il qabağı biz başdan-ayağa parıltı içində oluruq, – Asida danışır.
Oyuncağın hazırlandığı şüşə adi şüşə deyil. Bu xüsusilə təmiz şüşədir, ondan incə bədii və ya zərgərlik məmulatları, həm də tibbi qablar – kolbalar, menzurka, sınaq boruları hazırlayırlar. Gələcək kürəciyin ölçüləri borunun diametrindən asılıdır.
Şüşəçilər yolka şarı üfürəndən sonra onu başqa sexə göndərirlər. Burada o soyuyur və sonra şarı rəngləyirlər.
Əvvəlcə bütün oyuncaqların bax belə “quyruğu olur, hansını ki, ancaq bütün mərhələlərdən keçəndən sonra kəsib atırlar. Kürəciklər 50-dən 150 millimetr diametrə qədər şişirdilir. Şüşə üfürənlər bir növbə ərzində 100-150 şar hazırlayırlar.
Bu prosesdən sonra kürəciklər rəssamlara – artıq haqqında danışdığımız Asida və Dmitriyə göndərilir. Ümumilikdə, bir kürəciyi hazırlamaq üçün 25 saat lazımdır.
Yuvarlaq əşyanın üzərində çəkmək hamar kətanda çəkməkdən fərqlənir, amma burada söhbət xüsusi ietadaddan daha çox, səriştədən gedir. Ən adı kürəciklərə qızılı rənglə adlar yazılır və qarşıdan gələn il göstərilir. Belələrinin qiyməti 150 rubldur (2 dollar).
Üzərində abxaz bayrağı və gerbi çəkilən kürəciklərin hazırlanması daha çox vaxt tələb edir və daha bahalı olur – 700 rubl (təxminən 9 dollar) və daha çox.
Abxaz şaxta babasının şəkli çəkilən kürəciklər ustaların visit kartı sayılır.
“Bir çox tanışlarımız işimizin yaxşı getdiyini görüb, gəlib məsləhət alır və öz sexlərini açırlar. Amma adətən artıq yarım il sonra onlar yenidən gəlib, onların avadanlığını almağımızı təklif edirlər – yəni müəssisələrini bağlayırlar. Axı iş hər kəsin ala biləcəyi dəzgahda deyil. Dəzgahla işləməyi bacarmırsızsa, o ağılsız dəmirdən başqa bir şey deyil. Yəni öyrənmək lazımdır, bu da uzun müddət və pul tələb edir. – Daur danışır.