Azərbaycan ordusu daha 24 kəndi və Zəngilan şəhərini nəzarət altına alıb – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.
Müraciətin əsas tezisləri:
• “Dağlıq Qarabağ münaqişəsinin yeni nizamlama prinsipləri hazırlanmalıdır” – Tofiq Zülfüqarov
• Qarabağ: niyə atəşi dayandırmaq mümkün olmur? Azərbaycan və Ermənistandan ekspertlərin şərhləri
• Azərbaycan ordusu qələbə məramlı missiyasını davam etdirir.
• Mənim əsas vəzifəm ərazi bütövlüyünü bərpa etməkdir.
• Uzun illər sürən danışıqlar nəticə verməyib. Ermənilər işğal olunmuş əraziləri abadlaşdırırdılar və geri qaytarmaq niyyətində deyildilər.
• Status-kvo artıq yoxdur. Biz onu döyüş meydanında dəyişdik.
• Ermənistan dinc şəhərləri atəşə tutur, amma biz onların şəhərlərini atəşə tutmuruq. Biz onlara döyüş meydanında cavab veririk.
• Azərbaycan xalqı terrorçuların, türklərin, daha bilmirəm kimin onlarla döyüşdüyünü uyduran ermənilərə dərs verir. Onlar etiraf edə bilmirlər ki, onların məğlubedilməzlikləri haqda mifləri bizim əsgərlərimiz tərəfindən məhv edilib.
• Ordumuz tərəfindən dörd C-300 zenit-raket kompleksi məhv edilib. Hamı bilir ki, onlar necə bahadır. [Qeyri-rəsmi məlumata əsasən, C-300 PMU-2 sisteminin beynəlxalq bazarda qiyməti 250 milyon dollara yaxındır – JAMnews].
• İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində azad olunan növbəti yaşayış məntəqələrini elan edib:
Füzuli rayonu: Dörd Çinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybaçanlı kəndləri;
Cəbrayıl rayonu: Saravşa, Həsənqaydı, Füqanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri;
Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (keçmişdə Noraşen), Vank (Çinarlı olaraq dəyişdirilib) kəndləri;
Zəngilan rayonu: Havalı, Zərbəli, Məmmədbəyli, Həkəri, Şərifxan, Muğanlı kəndləri və Zəngilan şəhəri.