Vladimir Putin babaymış
Rusiya prezidenti ilk dəfə nəvələrinin olduğunu etiraf edib. Bu etirafı o, Rusiya prezidenti haqqında film çəkən amerikalı rejissor Oliver Stouna müsahibəsi zamanı edib.
Putin deyib ki, nəvələrini çox sevir, amma təəssüf ki, onlarla keçirməyə ayıra biləcəyi boş vaxtı azdır.
Bu açıqlamanı qalmaqallı hesab etmək olar, çünki həmin vaxta qədər Rusiya prezidentinin şəxsi həyatı ilə bağlı olan hər şey böyük sirr kimi saxlanılırdı.
Dəqiq məlum olan odur ki, Vladimir Putinin iki qızı var – Mariya və Yekaterina.
Qərb və Rusiya mətbuatında yayılan çoxsaylı (amma rəsmən təsdiqlənməmiş) məlumatlara görə, böyük qız Mariya Hollandiyada öz əri, holland sahibkarı ilə birlikdə yaşayır. Vaxtıykən o, “Qazprom” nəhəng Rusiya dövlət şirkətinin Direktorlar Şurasının tərkibinə daxil olub.
Kiçik qız Yekaterina nəhəng Rusiya dövlət şirkətlərindən çoxmilyonlu müqavilələr alan “İnnopraktika” şirkətinə rəhbərlik edir. Putinin uşaqlıq dostunun oğlu sahibkar Kirill Şamalovla evlidir. 2013-cü ildən, yəni prezidentin qızı ilə evləndiyi dövrdən sonra Kirill Şamalov dövlət tərəfindən idarə olunan “Sibur” şirkətinin 17 faizinə sahib oldu ki, bu da 2.85 milyard dollar təşkil edir.
Xatırladaq ki, qızlarının anası Lyudmila Putina ilə Rusiya prezidenti 2013-cü ildə boşanıb. Bundan bir neçə il əvvəl Vladimir Putin “Moskovski korrespondent” qəzetində onun gimnast Alika Kabayeva ilə sevgi münasibətlərindən bəhs edən məqalənin dərci faktını tənqid etsə də, faktın özünü təkzib etməmişdi.
Rejissor Oliver Stoun, onun “Putinlə müsahibə” filminin nümayişi Showtime verilişində 12 iyun 2017-ci ildə baş tutacaq. CreditKomandir, via Showtime