Ukraynanın şərqində yenidən hərbi əməliyyatlar canlanıb
Paylaşmaq
Paylaşmaq
Bazar günü Ukraynanın şərqində Avdeyevka rayonunda Ukrayna hökumət qoşunları ilə tanınmamış Donetsk Xalq Respublikasının rusiyapərəst silahlı dəstələri arasında hərbi əməliyyatlar yenidən canlanıb. Nətcədə hər iki tərəfdə həlak olanlar var və hər iki tərəf dinc əhali arasında yaralıların olduğunu bildirir.
Terror Əleyhinə Əməliyyatların (TƏƏ) mətbuat mərkəzindən bildirilib ki, bu gün səhər Avdeyevka rayonunda tank və artilleriyadan açılan atəşlər nəticəsində Ukraynanın iki döyüşçüsü həlak olub, beşi yaralanıb.
Ukraynadakı mənbələrə əsasən yanvarın 29-da səhər saatlarında silahlılar Avdeyevkanın sənaye zonasına – Donetsk aeroportuna bitişik ərazilərə hücum edib. Ukrayna Silahlı Qüvvələri hücumun qarşısını alıb. Bazar günü ümumilikdə dörd Ukrayna hərbçisi həlak olub on iki nəfər yaralanıb. Avdeyevkanın atəşə tutulması nəticəsində dinc əhalidən də iki nəfər yaralanıb, qəsəbənin elektrik təchizatı kəsilib.
Ukrayna müdafiə naziri Stepan Poltorak bildirib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib və vacib strateji postu ələ keçirib. Ukraynanın Baş Kəşfiyyat İdarəsi 15 nəfər yaraqlının, o cümlədən piyada batalyonunun Qrek kod adlı komandirinin öldürüldüyü haqda məlumat yayıb.
Öz növbəsində tanınmamış DXR nümayəndələri Ukrayna qoşunlarını hərbi əməliyyatları qızışdırmaqda ittiham edib və batalyon komandirinin plümünü təsdiqləyib. DXR hakimiyyəti Ukrayna qoşunlarını həmçinin Donetski atəşə tutmaqda və nəticədə bir nəfər dinc sakinin yaralanmasına günahlandırır.
BMT-nin məlumatına görə, Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində 2014-cü ilin yazından 2016-cı ilin sentyabrına qədər 9,5 min nəfərə yaxın insan həlak olub. Hazırda Minsk razılaşmalarına əsasən münaqişə zonasında atəşkəs hökm sürür ki, bu da qarşıdurma xəttində tərəflərin sahib ağır silahlarla silahlanmasını məhdudlaşdırır. Rusiya hələ də münaqişədə iştirakını danır.