“Türkiyədə yüz ilin ən güclü zəlzələsi”. Suriyada da dağıntılar var. Minlərlə insan tələfatı. Video və reportaj
Türkiyədə güclü zəlzələ
Fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən silsilə güclü zəlzələlər nəticəsində azı 2500 nəfər ölüb, 6000-dən çox insan yaralanıb. Fevralın 6-da səhər tezdən insanların yatdığı vaxt baş verən 7,8 bal gücündə ilk təkanın episentri Türkiyənin Qaziantep şəhərinin yaxınlığında olub. Yerli vaxtla saat 13:30 radələrində 7,5 bal gücündə növbəti təkan baş verib və rəsmilər bunun “afterşok olmadığını” bildiriblər.
Yüzlərlə bina dağılıb. Göründüyü kimi, indi minlərlə insan dağıntılar altındadır. Yüzlərlə qurbanın şaxtadan və qardan qorunmaq üçün sığınacağı yoxdur. Milyardlarla dollar dəyərində infrastruktur dağıdılıb.
Səudiyyə Ərəbistanı Kral Abdullah Universitetinin professoru Martin Mey BBC-yə deyib: “Bu, Türkiyədə yüz illərin ən güclü zəlzələsidir”.
Zəlzələni Türkiyə, Suriya, Livan, Kipr, İsrail, Gürcüstan və Ermənistanda da milyonlarla insan hiss edib.
Dəhşətli video: yaşayış binası bir göz qırpımında uçur
Xilasedicilər dağıntılar altından insanları çıxararkən zəlzələ nəticəsində daha bir bina dağılıb.
Aşağıdakı bu videoda Türkiyədə NBC News TV müxbiri canlı reportaj hazırlayarkən baş verən ikinci zəlzələ zamanı qaçmağa çalışır.
Artıq türkiyəli xilasedicilərə kömək etmək üçün Azərbaycan və Gürcüstandan mütəxəssis və texnika dəstələri gəlib. Avropa Komissiyasının rəsmi nümayəndəsi Balas Uivari bildirib ki, “Artıq Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Macarıstan, Malta, Hollandiya, Polşa, Rumıniyadan 10 axtarış-xilasetmə qrupu xilasedicilərə dəstək üçün yerlərdə səfərbər edilib. İtaliya, İspaniya və Slovakiya da öz xilasetmə qruplarını təklif ediblər”.
Türkiyə zəlzələdən sonra yardım üçün NATO və müttəfiqlərinə rəsmi müraciət göndərib.
Adıyaman, Gölbaşı və Harmanlı şəhərlərində dağıntılar altında qalan insanlar kömək gözləyir. Bölgəyə güclü qar yağıb.
Türkiyənin Urfa şəhərində beton dağıntılar altından çıxarılan kiçik qız uşağı.
Türkiyədə 2200 illik Qazintap qalası zəlzələ nəticəsində dağılıb.