Türkiyə hərbçiləri Qarabağda yerləşmək üçün Azərbaycana gəlib
2021-ci ilin birinci həftəsindən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi öz işinə başlayacaq. Mərkəzdə xidmət çəkmək məqsədilə hərbçilər Türkiyədən Azərbaycana yollanıb. Onların sayı 60 nəfər olacaq.
- Ermənistan müxalifəti ölkədə yeni Rusiya bazasının yaradılmasını təklif edir
- Böyük yolun müttəfiqləri. Rusiyanın uzun illik sədaqəti Ermənistana nə qədər baha başa gəldi?
- İlham Əliyev: “Bu Paşinyanın ordusu deyil, Koçaryan və Sarqsyanın yaratdığı ordu idi”
Türkiyənin NTV telekanalının məlumatına əsasən, daha əvvəl Türkiyənin 25 nəfərə yaxın hərbçisi artıq Azərbaycana gəlib. Ehtimal etmək olar ki, Türkiyədən daha 45 nəfər Monitorinq Mərkəzinin gələcək əməkdaşı gələcək.
Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində regiondakı son vəziyyət haqda Rusiyanın sülhməramlı patrulundan alınan və dronlar vasitəsilə əldə edilən informasiya eyni zamanda tədqiq olunacaq.
Atəşkəs rejiminin pozulması ilə bağlı hər hansı hadisə baş verəcəyi təqdirdə həm Moskva və Ankara ilə, həm də Bakı və Yerevanla birbaşa əlaqə yaradılacaq, atəşkəs şərtlərinə əməl olunması üzrə tədbirlər görüləcək.
Monitorinq keçirməkdən başqa, Türkiyə hərbçiləri Azərbaycanın silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım göstərilməsi və minalardan təmizləmə tədbirlərində də iştirak edəcək.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatda nəzərdə tutulub. 2020-ci il sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsi bu sənədin imzalanması ilə başa çatıb.