Metyu Brayza: “Türkiyə qoşunlarının Azərbaycanda olması fantastikadır”
“Türkiyə qoşunlarının Azərbaycanda olması fantastikadır. Cənubi Qafqazda ordusunun yerləşdirilməsini Türkiyə hələ Osmanlı İmperiyası dövründən – 200 ildir ki, arzulayırdı”, – bunu “Təhlil TV”yə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“İndiyə kimi bu mümkün deyildi. Putin isə buna razılıq verdi. İndi balans olacaq. Nəhəng geosiyasi balans.
Vaşinqtonda və Parisdə Türkiyəni Azərbaycana ordu yeritməsi ilə bağlı ittiham edirlər. Bildirirlər ki, Türkiyə aqressivdir və Azərbaycanın aqressivliyinə şərait yaradıb. Mən bununla razı deyiləm. Lakin hazırda Vaşinqtonda belə fikirlər mövcuddur, halbuki ədalətli deyillər. Amma eyb etməz.
Mən deyirəm ki, Azərbaycan müharibədə qələbə qazanmaq istəyirdi və Türkiyənin təzyiqinə reaksiya vermirdi. Azərbaycan Türkiyəni inandıra bildi ki, indi regionda diplomatik və hərbi rol oynasın. Bu vaxta kimi Cənubi Qafqazda Türkiyə heç vaxt bu rola malik olmamışdı”, – Brayza bildirib.