
Vladimir Putin – 2012-ci ilin mayından Rusiya Federasiyasının prezidentidir. Buna qədər 1999-cu ilin dekabrından 2008-ci ilin mayına qədər prezident olub. Prezidentlik müddətləri arasında Rusiyanın hökumət başçısı olub.
7 oktyabr 1952-ci ildə Leninqradda (SSRİ) anadan olub.
1977-ci ildən SSRİ-nin dövlət təhlükəsizliyi sistemində və əks-kəşfiyyatında çalışıb. 1985-ci ildən 1990-cı ilə qədər ADR-də sovet xarici kəşfiyyatı rezidenturasında olub. Putin Drezdendə əsas fəaliyyətini SSRİ-ADR Dostluq Evinin direktoru adı altında yürüdüb.
DTX-dan 1991-ci ildə polkovnik rütbəsində tərxis olunub.