Tbilisidə yeni sosial soyuducu açılıb – bu ictimai soyuducudan yeməyi istənilən acan adam tamamilə pulsuz götürə bilər. “Sosial soyuducunu da hər bir istəyən kəs doldura bilər və təcrübə göstərir ki, bu adamların sayı heç də az deyil.
İlk sosial soyuducu artıq bir aydır ki, uğurla Qori şəhərində işləyir. “Droa təşkilatının bu ideyanın təşəbbüskarları kimi çıxış edən könüllülərinin sözlərinə görə, böyük olmayan Qori şəhərində soyuducu gündə bir neçə dəfə doldurulur və bir o qədər də boşaldılır.
Bu soyuducuya ərzaq qoymaq istəyənlərin sayı heç də bu köməyin çatacağı insanlardan az deyil: soyuducuya bütün şəhərdən biganə olmayan insanlar yaxınlaşır.
Layihə öz populyarlığına görə əsasən sosial şəbəkələrə borcludur – onlarda Qoridən olan soyuducu haqqında xəbər yayılan kimi, demək olar ki, hər bir şəhər bu və ya digər formada böyük həvəslə özündə təcili olaraq belə bir soyuducu quraşdırmaq istəyini bildirdi. Həm Qori, həm də Batumidə layihəni “Orbeliani Sakartvelo şirkəti maliyyələşdirdi.
Könüllülərin topladığı bütün vəsait soyuducuların alınması və quraşdırılmasına xərcləndi: elektrik enerjisinə görə hesabı banklardan biri ödəyir, ərzağı isə şəhərlilər alır və bu, layihənin əsas ideyasıdır.