Sevgili cütlük Bakı bulvarında dənizə atılaraq intihar edib. Qız batıb, oğlanı xilas etmək mümkün olub. İlkin məlumata görə, cütlük doğmaları evlənmələrinə icazə vermədiyi üçün intihar qərarı alıb.
22 yaşlı Nəzakət Rzayeva və 25 yaşlı Balahüseyn Məmmədov Azərbaycanınmərkəzi hissəsində – Sabirabad rayonunun Qardaşlı kəndində yaşayırmış. Onlar məhz özlərini dənizə atmaq üçün Bakıya gəliblər – “1news” saytı yazıb.
Qız suya birinci tullanıb, oğlan onu xilas etməyə çalışıb, amma bacarmayıb. Onun özünü isə xilasedicilər dənizdən çıxarıb.
Azərbaycan cəmiyyəti əsasən mühafizəkar və patriarxaldır. Bir çox ailələrdə valideynlərin razılığı olmadan ailə qurmaq çətindir. Buna görə də bu zəmində intihar halları az baş vermir.