Sadon 19-cu əsrdə Şimali Osetiyanın dağlarında mədən ətrafında yaranmış bit kənddir. Əvvəli bu cür başlamışdı, sonra isə kənd möhkəmlənib, öz həyatını yaşamağa başlayıb. Amma sadəcə 2002-ci ilə qədər. Həmin vaxt sel suları kəndi basıb, insanlar həyatını itirib, kəndin böyük hissəsi məhv olub. Bundan sonra hamı Sadonu tərk edib. Və kənd baxımsız bağçalar və evlərin dağıntıları ilə baş-başa qalıb.
Amma bir neçə sakin köçmək istəməyib və hələ də Sadonda yaşayır. Özləri haqda deyirlər ki, Şimali Osetiyanın qalan hissəsi üçün onlar da, bu kənd də bir növ kabusa çevrilib