«Saakaşvilinin fəthi»
Hromadske-nin materialı, Maxim Kamenev, Anastasiya Stanko
“Mən Ukraynaya qayıtmağa bir yol tapacam, amma hər şeyi qanun çərçivəsində həll etmək istəyirəm. Maydan təşkil etmək fikrim yoxdur”, – Saakaşvili səhər Polşanın Jeşuv şəhərində Hromadske-nin jurnalistinə danışıb. Siyasətçi bu şəhərdə Varşavadan gəlib, nahardan sonra Polşa-Ukrayna sərhədini keçməyə hazırlaşmazdan əvvəl gecələyib.
2015-ci ildə prezident Pyotr Poroşenko Saakaşviliyə vətəndaşlıq verir və onu Odessa vilayət administrasiyasının sədri vəzifəsinə təyin edir. Amma artıq yarım il sonra siyasətçilərin münasibətləri korlanır. Saakaşvili prezidenti tənqid etməyə başlayır, sonra da özü dövlət işindən imtina edərək, siyasətə keçir – “Yeni qüvvələr hərəkatı” siyasi partiyasını yaradır və vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edir.
Poroşenko bir neçə dəfə Saakaşvili ilə münasibətləri düzəltməyə çalışıb, hətta ona ailəsinin yaşadığı Niderlandda Ukraynanın səfiri vəzifəsini təklif edib. Sonucda prezidentin arqumentləri bitir və bu ilin 26 iyul tarixində o, Saakaşvilinin Ukrayna vətəndaşlığına xitam verən sərəncam imzalayır. Buna əsas kimi Dövlət Miqrasiya Xidmətinin məktubu göstərilir, məktubda deyilir ki, Gürcüstanın keçmiş prezidenti vətəndaşlıq alarkən doğru məlumat verməyib, Gürcüstanda ona qarşı cinayət işinin açıldığını qeyd etməyib.
Həmin vaxt ABŞ-da olan Saakaşvili Poroşenkonun bu addımı ilə razılaşmır və “dəllal prezidentlə” mübarizə aparmaq üçün Ukraynaya mütləq qayıdacağına söz verir. Avqustun 4-də o, Varşavaya uçur və xəbər edir ki, sentyabrın 10-da özündə saxladığı Ukrayna pasportu ilə Ukrayna sərhədini keçəcək. Poroşenko Saakaşvilinin bəyanatlarını şərh etmir, əvəzində Ukrayna məmurları bildirir ki, pasportu etibarsız olduğuna görə onu Ukraynaya buraxmayacaqlar.
Buna görə də Saakaşvilinin qayıtmaq məsələsi onun və Poroşenko üçün prinsip məsələsinə çevrilir – birinci prezidentin icazəsi olmadan da sərhədi keçə biləcəyini, ikinci isə bunun mümkünsüz olduğunu sübut etmək istəyirdi. Hər ikisi sırf qanun çərçivəsində hərəkət etdiyini vurğulayırdı. Reallıqda isə hər iki siyasətçi qarşıdurmalarında ziddiyyətli metodlardan istifadə etdi, münaqişələrinin qurbanları isə dünən Ukrayna ilə Polşa sərhədini keçməyə çalışan sıravi vətəndaşlar, həm də sərhəd xidmətinin və milli polisin sıravi əməkdaşları oldu.
Gürcü qambiti
“Fəaliyyət planı və ehtiyat variantları varmı?” sualına Saakaşvili “yox” deyə cavab verdi. Halbuki onun planı varıydı, siyasətçi bunu ciddi-cəhdlə improvizasiya kimi qələmə verməyə çalışsa da.
Saakaşvili əvvəlcədən xəbər verdi ki, Ukrayna sərhədini Krakovets qəsəbəsində, Lvov vilayətində keçməyə çalışacaq. Məhz ora yollanacağının təsdiqi kimi Krakovetsə hələ şənbə günündən onun tərəfdarları gəlməyə başladı. Onların özəyini “Qarşılıqlı yardım” partiyasından olan xalq deputatı Semyon Semençenkonun başçılığı altında “Donbass” və “Aydar” könüllü batalyonlarının keçmiş döyüşçüləri, həm də David Sakvarelidzenin başçılığı altında “Yeni qüvvələr hərəkatı”nın fəalları təşkil edirdi. Onlar keçid məntəqəsi yaxınlığında tez-tələsik düşərgə də saldılar.
Hakimiyyət cavab addımı atdı. Daxili işlər naziri Arsen Avakova tabe olan Dövlət Sərhəd Xidməti və Milli Polis keçid məntəqəsinin mühafizəsini gücləndirdilər – orada əməkdaşların sayını artırdılar, ərazini tikanlı məftillə hasarladılar. Həmin vaxt Krakovetsə 10 avtobus, içində də idman görünüşlü gənclər gəldi, onlar özlərini “Saakaşvilinin siyasi rəqibləri” kimi təqdim edirdilər.
Qrupun rəhbərlərindən biri Hromadske-nin müxbirini tanıyıb, onunla söhbət etdi:
– Biz sırf pula görə gəlmişik. Axı biz “tituşka”yıq.
– Bəs bu gün kim pul verir?
– İndi hakimiyyəti mühafizə edirik, Saakaşvilinin aksiyasına qarşı. Dəqiq tapşırıq verilməyib. Sadəcə bura toplaşmışıq.
Saakaşvilinin Ukraynaya qayıtmağına mane olmağı Radikal Partiyanın və Sosialist Partiyanın liderləri Oleq Lyaşko və İlya Kiva da söz vermişdilər. Hər ikisini Gürcüstanın çoxdankı rəqibi, daxili işlər naziri Arsen Avakovla əlaqələndirirlər.
Əslində isə Saakaşvili Krakovetsə getməyə heç hazırlaşmırdı da. Qayıtmaqla bağlı bəyanat veriləndən bir neçə gün əvvəl onun köməkçiləri Polşanın Peremışl şəhərindən Lvova yola düşən iki “İntersiti” qatarında iki vaqonda yerlər almışdılar, həmin qatarlar da müvafiq olaraq Varşava vaxtı ilə 13.00 və 15.00-da yola düşürdü. Saakaşvilinin Krakovetsdə anons edilən görüşünə akkreditasiya olunan bütün jurnalistlərin adına da biletlər alınmışdı. Bu haqda onlara məlumat verilməsə də bildirilmişdi ki, sərhədi keçməzdən əvvəl Saakaşvili Polşa ərazisində brifinq edəcək və onların pasport məlumatlarını əvvəlcədən toplayaraq, ora Lvovdan avtobusla aparacaqlarını söz vermişdilər.
Ukraynanın sərhədinə Saakaşvili Polşanın Jeşuva şəhərindən yola düşdü, Varşavadan gələndə həmin şəhərdə gecələmişdi. Səhər ona Ukrayna siyasətçilərindən ibarət dəstək qrupu da qoşuldu – “Batkivşina”nın lideri Yuliya Timoşenko, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Valentin Nalivayçenko, xalq deputatları Viktor Çumak, Mustafa Nayem, Yuri Derevyanko, Dmitri Dobrodomov, həm də keçmiş xalq deputatı Yeqor Firsov və Polşadan olan Avropa Parlamenti deputatı Yatsek Sariuş-Volski.
Kafenin eyvanında tələsik təşkil olunan brifinqdə Saakaşvili bildirdi ki, avtobusla sərhədə yollanır və yolda Peremışl şəhərinə də dəyəcək. Bir saat sonra o, siyasi müttəfiqləri ilə birlikdə həmin şəhərin dəmir yolu vağzalının qarşısında müşavirə keçirdi. Bundan sonra da xəbər verdilər ki, öz tərəfdarları və “tituşkalar” arasında qarşıdurmaya səbəb olmamaq üçün Krakovetsə deyil, yarım saat sonra yola düşən qatarla Ukraynaya gedəcəklər.
“Ukraynanın müdafiəsi”
Növbəti addım Ukrayna hakimiyyətininiydi. Saakaşvili ailəsi, tərəfdarları və jurnalistlərlə birlikdə vaqona minəndən sonra qatar rəisi bildirdi ki, qatar Ukraynaya yola düşə bilməz, çünki içində vətəndaşlıqdan məhrum olunan şəxs var. Üç saatdan çox Saakaşvilinin siyasi müttəfiqləri onu maşinistə yola düşmək tapşırığını verməsi üçün dilə tutmağa çalışdı. Qadın isə deyirdi ki, rəhbərliyindən əmr alıb.
Qatarda sərnişinlərin narazılıqları artırdı. Bəziləri tələb edirdi ki, Saakaşvili vaqonu tərk etsin və onlara yola düşmək imkanı versin. Keçmiş prezidentin tərəfdarları isə onlara başa salırdılar ki, siyasətçinin bu qatarda getməyə tam hüququ var, onlarsa bütün yollarla Saakaşvilinin qayıtmasına mane olmağa çalışan Ukrayna məmurlarının əməllərinin qurbanına çevriliblər.
Amma Yuliya Timoşenko ilə məsləhətləşəndən sonra Saakaşvili qatardan düşüb, o biri platformaya keçdi. Ukraynaya yola düşən ikinci “İntersiti” qatarı məhz o platformaya gəlmişdi. Onun qapıları isə ümumiyyətlə açılmadı. Buna görə də siyasətçi hər iki qatarın sərnişinlərindən narahatçılığa görə üzr istəyərək bildirdi ki, özünün ilkin planına qayıdır – avtobusla Krakovetsə yola düşür.
Amma bu, yalançı gediş idi. Yolda avtobus marşrutunu dəyişərək, Medika-Şeqini buraxılış məntəqəsinə yollandı. O, Peremışla Yaqodin-Krakovetsdən 30 kilometr daha yaxın yerləşir.
Hakimiyyət tez-tələsik hazırlıqlar gördü. Ukrayna tərəfindən yolu zirehli yük maşını ilə bağladılar və Milli qvardiyanın döyüşçülərindən iki mühasirə xətti çəkdilər. Amma Krakovetsdən fərqli olaraq, Şeqində nə tikanlı məftil, nə də gücləndirilmiş mühafizə yoxuydu.
Saakaşvili problemsiz Polşa sərhədini keçib, tranzit zonasına qədər gəlib çıxdı. Ukrayna sərhədçiləri onu buraxmadı, amma siyasətçi də Polşaya qayıtmaqdan imtina etdi. Polşadan Ukraynaya maşınların hərəkəti dayandırıldı. Polşa sərhədçiləri narazı sürücülərə izah edirdilər ki, Ukrayna tərəfə onları buraxa bilməzlər, axı orada hərəkat dayandırılıb və onlar gözləməli olacaqlar.
Həmin vaxt keçid məntəqəsinə Saakaşvilinin Krakovetsdəki düşərgədən çıxan tərəfdarları qrupu da yaxınlaşdı. 200-ə yaxın adam sərhədçilərin qarşısında düzüldülər və gözlənilmədən hücuma keçdilər – onlar milli qvardiyaçıların sərhədini sonuncular tərəfindən xüsusi müqavimət görmədən yardılar və Saakaşvilini sözün əsl mənasında əllərində dövlət sərhədindən keçirdilər. Həmin vaxt Saakaşvilinin sərhədin Polşa tərəfində qalan tərəfdarları telefonlarında “Saakaşvilinin fəthi” videosuna baxır və təəssüratlarını bölüşürdülər: “Baxın, bu da “Meksika” ləqəbli “Donbass” batalyonunun döyüşçüsü – Saakaşvilini Ukrayna ərazisinə keçirən adam”, – onlardan biri qibtə ilə şərh edirdi.
Bir saat sonra siyasətçi Lvovda tez-tələsik təşkil olunan mitinqdə çıxış etdi, sonra da Lvov meri Andrey Sadovı ilə birlikdə qəhvə içirdi. Səhəri günü Saakaşvili Ukrayna turuna çıxdığını bildirdi. Düzdür, təyyarədən istifadə edə bilməyəcək – siyasətçinin sözlərinə görə, kimsə onun sərhədi keçdiyi zaman avtobusda qoyduğu pasportunu oğurlayıb.

Arsen Avakov bu “fəthi” dövlətçiliyin baza institutlarına hücum adlandırdı və bütün iştirakçılara Şeqiniyə qayıdıb, sərhədi qanuni şəkildə keçməyi məsləhət gördü. Pyotr Poroşenko da dünənki hadisələri şərh etdi: “Ümid edirəm ki, bu cənab Ukraynaya gəlməyə çalışdığı kimi vaxtı çatanda eyni cür, eyni səylə Gürcüstana keçməyə can atacaq”.