Saakaşvili Ukraynada hakimiyyəti dəyişmək niyyətindədir
Bu bir neçə dəqiqəlik video Mixail Saakaşvilinin Ukraynanın Odessa vilayətinin başçısı kimi il yarımlıq fəaliyyəti haqdadır. Noyabrın 8-də o öz postunu tərk etdi və qalmaqallı mətbuat konfransı zamanı bildirdi ki, bundan sonra da Ukraynada korrupsiya üzərində qələbə çalmaq üçün mübarizə aparacaq.
“Ukraynada hakimiyyəti əsaslı şəkildə dəyişməyə başlayırıq, – bu şüarla Mixail Saakaşvili və tərəfdarları yeni “Ruxa novıx sil partiyasının yaradılması prosesinə başlayıb.
Noyabrın 27-də Kiyevdə yeni hərəkatın açıq Şurasının keçiriləcəyi bildirilmdi. Ukraynanın bütün sakinləri iştiraka dəvətliydi – bir həftə ərzində fəallar Kiyevin küçələrində “Ruxa novıx sil haqqında məlumatın əks olunduğu və görüşdə iştiraka dəvət edən qırmızı vərəqələr paylamışdı.
Qurulmaqda olan partiyanın Ukrayna hakimiyyətinə yeni adamları necə gətirəcəyinin detalları barədə Saakaşvili “Facebook səhifəsinin canlı efirində danışdı.
“Çox adam öz hazır partiyalarının adını dəyişməyi təklif edirdi, onlar ürəkdən kömək etməyə çalışırdılar. Amma biz bu yolu tutmaq istəmirik. Düşünürəm ki, biz hər halda həm siyasi gücün qeydiyyata alınmasına, həm də onun sonrakı inkişafına nail ola biləcəyik, – “Ruxa novıx sil partiyasının liderlərindən biri olan David Sakvarelidze “İnterfaks-Ukrayna agentliyinə müsahibəsində bildirib.
Noyabrın əvvəlində Sakvarelidze Ukraynanın baş prokuror müavini vəzifəsindən getdi. Mixail Saakaşvili bu istefanı aşağıdakı kimi şərh etdi: “İndi bütün növ rüşvətxorlar və əclaflar qələbələrini qeyd edəcək.
O vaxta qədər Sakvarelidze Odessa vilayətinin prokuroru olub (daha ətraflı məlumat aşağıda).
“Yaradılan “Ruxa novıx sil partiyasının liderləri artıq mövcud olan partiyalardan birinin adını dəyişmək istəmir, öz siyasi partiyalarını Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək niyyətindədir, – deyən Sakvarelidze həm də vurğulayıb ki, Ukraynadakı bir çox qabaqcıl siyasi qüvvələr yeni partiyanın sıralarına keçməyə və ya onunla tərəfdaşlığa dəvət olunub.
JAMnews-un arayışı:
Ukraynada Saakaşvilinin komandası
· Polis generalı Giorgi Lortkipanidze Mixail Saakaşvilinin Gürcüstanda prezidentliyi dövründə ölkənin Daxili İşlər nazirinin müavini olub. 2015-ci ilin iyun ayında Ukrayna prezidenti Poroşenko Lortkipanidzeyə “Ukrayna üçün dövlət marağı kəsb edən şəxs kimi Ukrayna vətəndaşlığı verib. Elə həmin ilin iyun ayında Lortkipanidze Odessa vilayətinin daxili işlər idarəsinin rəisi olub. Növbəti il yarım ərzində də Odessada bu vəzifədə Saakaşvilinin siyasətini dəstəkləyib.
2016-cı il noyabrın 7-də Lortkipanidze tutduğu vəzifəni tərk etdiyini bəyan etdi və bildirdi ki, polisdə mövcud olan sistem şəraitində artıq işləyə bilmir. Səbəblərdən biri kimi Lortkipanidze Odessada polislərin seçimini aparan attestasiya komissiyasının hələ minə yaxın işçiyə ehtiyac olan bir vaxtda 400 polis işçisinin işdən çıxarılması ilə bağlı qərarını göstərdi.
· David Sakvarelidze 2008-ci ilin noyabr ayında Gürcüstanın baş prokurorunun birinci müavini təyin edilib. 2012-ci ildən o, Gürcüstan parlamentinin “Milli hərəkat partiyasından deputatı olub. 2015-ci ilin fevral ayında Ukrayna vətəndaşlığı alıb, Ukrayna baş prokurorunun müavini vəzifəsinə təyin edilib. 2015-ci ilin sentyabr ayından Odessa vilayətinin prokurorudur. Yeganə Ukrayna baş prokurorunun müavinidir ki, eyni zamanda həm rəis, həm də işçidir – baş prokurorun müavini və region prokuroru.
2016-cı ilin mart ayında baş prokuror Viktor Şokin müavini David Sakvarelidzeni tutduğu bütün vəzifələrdən uzaqlaşdırdı, üstəlik “prokuror etikasının kobud pozuntusu və prokuror vəzifələrinin lazımi şəkildə yerinə yetirməməsinə görə inzibati məsuliyyətə cəlb etdi. Bu əmrdən dərhal sonra Şokin baş prokuror vəzifəsindən istefa verdi.
Odessaya başqa prokuror təyin edildi. Bu hadisələrdən sonra Odessa prokurorluğunun pəncərələri altında təxminən yarım il ərzində “antiprokuror Maydanı yerləşdi. Təzə prokuror istefa verdi, Maydan bitdi, Sakvarelidze Ukraynada yeni siyasi gücün yaradıldığını bəyan etdi.
·İqtisadçı Aleksandr Borovik 2015-ci ilin fevral ayından Ukraynanın iqtisadiyyat nazirinin birinci müavini işləyib. 2015-ci ilin may ayında baş nazir Arseni Yatsenyukla mübahisəsi yaranması səbəbindən vəzifəsini tərk edib və Saakaşvilinin Odessa vilayət administrasiyasının vitse-qubernatoru olub.
2015-ci ilin oktyabr ayında Mixail Saakaşvilinin dəstəyi ilə “Pyotr Poroşenkonun blokundan Odessa meri postuna namizədliyini irəli sürüb. Seçkilərdə uduzandan sonra şəhər şurasının deputatı olub, 2016-cı ilin may ayında isə Borovik dövlət qulluğu haqqında qanun qüvvəyə minəndən sonra istefa verib, bu qanuna əsasən Ukraynanın dövlət məmurlarının ancaq bir, Ukrayna vətəndaşlığı ola bilər.
Alman pasportundan imtina etmək istəməyən Borovik ictimai əsaslarla “Saakaşvilinin müşaviri oldu, amma informasiya məkanından tamamilə itdi.
· Mariya Qaydar. 2015-ci ilin iyul ayında Saakaşvili Odessa vilayətinin sosial məsələlər üzrə vitse-qubernator postuna Rusiya vətəndaşı, rusiyalı islahatçı Yeqor Qaydarın qızı Mariya Qaydarı dəvət etdi. Həmin ilin avqust ayında Ukrayna prezidenti Pyotr Poroşenko Qaydara xarici pasportdan imtina şərti ilə vətəndaşlıq verdi. Bir müddət sonra Mariya mediada bildirdi ki, Rusiya vətəndaşlığından imtina barədə ərizə yazıb. 2015-ci il oktyabr seçkiləri nəticəsində Mariya Qaydar Odessa vilayət şurasının deputatı seçildi, sonradan həm deputat, həm də qubernator müavini vəzifəsində çalışdı.
2016-cı ilin may ayında Ukrayna dövlət məmurlarının ancaq bir, Ukrayna vətəndaşlığı olmasına icazə verən dövlət qulluğu haqqında qanun qüvvəyə minəndən sonra Qaydar vitse-qubernator vəzifəsindən istefa verməsi barədə ərizə yazdı və bildirdi ki, Saakaşvilinin müşaviri kimi işini davam etdirəcək. 2016-cı ilin yayından Qaydar Odessanın informasiya məkanından itdi.
JAMnews Ukraynada Mixail Saakaşvilinin adı ilə bağlı olan siyasi hadisələr haqqında “WHO IS Mr. Saakaşvili Odessada” məqaləsində ətraflı yazıb.
Dərc olunub: 28.11.2016