Saakaşvili Ukrayna haqda film tizeri yayıb
Ukrayna siyasətçisi, Gürcüstanın eks-prezidenti Facebook səhifəsində təsəvvürlərindəki Ukrayna haqda gələcək filminin 13 dəqiqəlik xam materialını yayıb.
Film bir neçə hissədən ibarətdir – yeni dövlət, iqtisadiyyat, coğrafiya, texnologiya və ukraynalı insanlar haqda.
“Hələlik bu, çox çiy, xam materialdır, amma bitirəndə, düşünürəm ki, çox məlumatlandırıcı olacaq”, – o yazıb.
Ukrayna mediası yazır ki, çəkilişlər həm də Qara dəniz sahillərində Zatoka və Sergeyevka yaxınlığında aparılıb. Saakaşvili bu rayonda biznesmenlər üçün yaradılması mümkün olan cənnətdən danışıb – otellər, kazino tikmək, minlərlə iş yeri açmaq.
Videonun Saakaşvilinin sahildə gəzişərək Odessanın Antaliyaya çevrilməsi perspektivləri haqda danışdığı, sonra isə yaş qum üzərinə uzandığı hissəsi xüsusilə populyarlıq qazanıb.
Saakaşvlinin özünü qumun üstünə yıxması videosu Gürcüstan Facebook-unun xitinə çevrilib. Hər şey müzakirə olunub – klipin ideyasından tutmuş, canlandırılmasına qədər.
Gəzişdiyi və quma uzandığı zaman Saakaşvilinin əynindəki şalvarların fərqli rənglərdə olduğu ən diqqətli izləyicilərin gözündən yayınmayıb.
Mem və coublar hazırlamağa başlayıblar.
Ən populyarları LOST serialının motivləri əsasında hazırlananlardır:
Maykl Ceksonun musiqisinin sədaları altında:
Hətta Uitni Xyustonun musiqisi ilə:
Burda isə Koza Nostra onu təqib edir: