Azərbaycanda keçmiş nazir 1 milyard avronu mənimsəməkdə günahlandırılır
Vəzifəsindən azad edilən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb. Onun böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunduğu bildirilir. KİV-də keçmiş nazirə məxsus obyektlərin siyahısı dərc olunub.
- Gürcüstanda qalmaqal – məktəbliləri meriyanın tualetini təmizləməyə məcbur ediblər. İstintaq başlayıb
- Azərbaycanda müəllif hüququ, yaxud hüquqsuzluğu?
- Moskva, yoxsa Brüssel? Ermənistanın baş naziri haqda niyə qərbyönlü siyasətçi təəssüratı yaranıb?
2018-ci ildə vəzifəsindən azad edilən Səlim Müslümovun saxlanılması haqda məlumatı həm ailəsi, həm də hüquq-mühafizə orqanları təsdiqləyib.
Sfera.az nəşri bildirir ki, Müslümov korrupsiyada günahlandırılır. Nazir postunda olduğu zaman onun 2 milyard manatdan [1 milyard avroya yaxın] çox vəsaiti mənimsədiyi deyilir.
Yerli KİV həmçinin Bakı şəhəri ərazisində keçmiş nazir və onun oğlanlarına məxsus müxtəlif elit obyektlərin siyakısını da dərc edib.
Bildirildiyinə görə, “ORİONPALACE” kimi dəbdəbəli sarayın sahibi bilavasitə Səlim Müslümovdur.
Yaşayış binaları və digər obyektlərin inşası ilə məşğul olan “ORİON CONSTRUCTİON” firması da ona məxsusdur.
Keçmiş nazirə məxsus “ORİON CARS” firması isə Azərbaycan paytaxtının müxtəlif hissələrində lüks avtomobillərin satışı üçün salonlar icarə edib.
Daha bir “ORİON CREATİVE SOLUTİONS” firması əvvəl keçmiş nazirin oğlu Turqay Müslümlünün adına qeydiyyatdan keçirilib, sonra isə şirkətin qeydiyyatı digər oğlu Asim Müslünün adına keçib.
Səlim Müslümov Ağsu rayonunda 60 hektar ərazisi olan plantasiyaya sahibdir. Bu plantasiyalarda sarımsaq yetişdirilir. Keçmiş nazirin villası da elə həmin regionda yerləşir.
Qeyd olunur ki, bütün göstərilmiş firmaların hüquqi ünvanı keçmiş nazirin oğlu Turqay Müslümlünün ev ünvanı ilə üst-üstə düşür. T.Müslümlü Edinburqda universitet bitirib və bizneslə məşğul olmağa başlayıb.