Qaseyevin sözlərinə görə, müvafiqrazılaşma artıq imzalanmaq üçün hazırlanır. Razılaşma qüvvəyə minəndən sonra respublikanın silahlı qüvvələrində həqiqi hərbi xidmət və Cənubi Osetiya hərbi biletləri Rusiya tərəfindən tanınacaq.
Bununla belə Qaseyev qeyd edib ki, razılaşma imzalanandan sonra təşkilati-ştat strukturundakı bütün dəyişikliklər respublikanın hərbçiləri tərəfindən həyata keçiriləcək.
“Bununla da Müdafiə Nazirliyi hərbi hissələri saxlamış olacaq. Bu, bizim qəti mövqeyimizdir”, – Cənubi Osetiyanın “Res” informasiya agentliyi Qasayevin bəyanatını dərc edib. Həmçinin onun sözlərinə görə, Cənubi Osetiya rəhbərliyi çalışır ki, Rusiya Ordusunda xidmətə başlayarkən Milli Ordudakı hərbi rütbə və xidmət müddəti tanınsın.
Cənubi Osetiya Ordusu hissələrinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil edilməsi planları haqda hələ 2015-ci ilin martında, Moskva və Sxinval arasında “Tərəfdaşlıq və inteqrasiya haqda” saziş bağlananda danışılmağa başlanmışdı. Bu sazişin ikinci maddısinin ikinci bəndində bildirilir ki, Rusiya Cənubi Osetiyanın müdafiə və təhlükəsizliyini təmin edəcək və bu məqsədlə də “tərəflərin razılaşması əsasında Respublika Silahlı Qüvvələrinin və təhlükəsizlik orqanlarının ayrı-ayrı hissələri Rusiya Federasiyasının Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarının tərkibinə daxil edilir”.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər