Rusiya yoxsa Qərb? – Cənubi Qafqaz arqumentləri
Bakı, Yerevan, Tbilisi, Suxum/i və Sxinval/idən olan ekspertlərə eyni suallar verildi:
1. Avrasiya İttifaqına daxil olmaq regiona nə verəcək?
2. Avropa İttifaqına daxil olmaq sizin ölkəyə nə vəd edir?
Ekspertlərdən xahiş etdik ki, yalnız müsbət tərəfləri qeyd etsinlər.
Cavablar demək olar ki eyni oldu. Onları iki siyahıya yığmaq heç də çətin olmadı. İndi hər birini oxuyub, istədiyini seçmək olar. Təəsüf ki, məhz biri seçilməlidir, çünki hər siyahıdan yaxşı cəhətləri seçib onları birləşdirək alınmayacaq.
Avrasiya İttifaqının xeyrinə olan 10 ən çox yayılmış arqument:
1. 145 milyonluq əhalisi olan Rusiya bazarına çıxış əldə olunacaq. Rusiya və digər Avrasiya İttifaqi ölkələrində məhsullar daha asan satılacaq, çünki bu məhsullar ilə insanlar artıq tanışdır. Və Avropadan fərqli olaraq, burada xüsusi keyfiyyət standartları tətbiq olunmur.
2. Avrasiya İttifaqına keçid qaz və elektrik enerjisinin ucuzlaşmasına səbəb olacaq.
3. Regionun tranzit əhəmiyyəti artacaq. Sərhədlərin açılması ilə köhnə nəqliyyat əlaqələri yenidən bərpa olacaq, dəniz və hava limanları, dəmir yoll xətlərinin daxil olduğu, yeni lahiyələr hazırlanacaq.
4.Region daha təhlükəsiz olacaq. Regionda yeni muharibələrin yaranması təhlükəsi azalacaq. Çünki, Rusiya Cənubi Qafqazın bütün konflikt zonalarına nəzarət edəcək.
5. Tbilisi: Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı öz tərkibinə qatmaq şansını artıracaq.
6. Bununla yanaşı, Abxaziya və Cənubi Osetiyada hesab edirlər ki, bu qurumun üzvü olmaq onların müstəqil dövlət kimi tanınmalaına yol açacaq.
7. Mentalitet baxımından Rusiya post-sovet mentaliteti olan region ölkələrinə istənilən Avropa ölkəsindən daha yaxındır. Məsələn, eynicinslilərin evlilik məsələsinə yanaşmada demək olar ki, bütün region ölkələrinin baxışları üst-üstə düşür.
8. Avrasiya İttifaqına daxil olmaq Rusiya ərazisində yaşayan qafqazlılara qarşı təqiblərə son qoyacaq. Cənubi Qafqaza Rusiyadan pul köçurmələri artacaq.
9. Rusiya və digər Post Sovet ölkələrindən gələn turist sayı çoxalacaq.
10. Yuxarı vəzifələrdə Kremlə sadiq siyasətçilər olacaq. Bu isə öz növbəsində o deməkdir ki, Rusiya daxili çəkişmələrə yol açmayacaq.
Cənubi Qafqazda Avropa İttifaqına inteqrasiyanın lehinə olan əsas arqumentlər:
1. Qafqazda istehsal olunan məhsulların 500 milyonluq əhalisi olan Avropa bazarına çıxışı mümkün olacaq.
2. İstehsal olunan məhsulların keyfiyyəti artırılacaq, çünki məhsulun Avropaya ixracı üçün müəyyən sanitar və digər normalar tətbiq olunacaq.
3. Biznes mühiti yaxşılaçacaq. Monopoliyaya qarşı real tədbirlər görüləcək və korrupsiyaya qarşı mübarizə aparılacaq. Avropa investisiyaları artacaq.
4. Avropa ölkələrinə vizasız səyahət mümkün olacaq.
5. İqtisadi, siyasi və sosial sferalarda real islahatılar aparılacaq. Keyfiyyətli tibbi xidmət və təhsl mümkün olacaq.
6. Demokratik seçkilər və hakimiyyətin demokratik yolla ötürülməsi.
7. Avropa məkanında münaqişə zonalarının yeni həll yolları tapılacaq.
8. Region daha təhlükəsiz olacaq. Avropa İttifaqına üzv olmaq Rusiyadan gələn aqressiyanın qarşısını alacaq.
9. Avropa İttifaqı ölkələrindən turist axını çoxalacaq.
10. İnsan haqları və bütün azlıqların nümayəndələrin haqları Avropada olduğu kimi qorunacaq. Müstəqil və tərəfsiz məhkəmə.