Toxunulmazlıq Putinin nəyinə lazımdır? Rusiyada keçmiş prezidentlər üçün immunitet haqda qanun qəbul etmək istəyirlər
Rusiyada gözlənilmədən ölkənin keçmiş prezidentlərinə toxunulmazlıq verən qanun layihələri hazırlanıb. Bu təşəbbüs hazırkı dövlət başçısı Vladimir Putinə hələ uzun illər dövləti idarə etməyə heç nə mane olmur. Eyni zamanda mediada heç bir əsas gətirilməsə də Putinin ağır xəstə olduğu haqda şayiələr yayılıb.
Ötən həftə Rusiya parlamentində Rusiya Federasiyasının keçmiş prezidentinin statusu və hüquqlarına dair iki qanuna dəyiçikliklər üzrə qanun layihələri təqdim olunub.
Bir halda bu, ölkə prezidentinin vəzifədən gedəndən sonra toxunulmazlığını təmin edən qanundur. İndi keçmiş Rusiya prezidenti nə vaxtsa – nə seçilməzdən əvvəl, nə kürsüdə olduğu zaman, nə də vəzifədən gedəndən sonra törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb oluna bilməz.
İkinci halda qanuna edilən dəyişikliklər Vladimir Putinə parlamentin yuxarı palatasında – Federasiya Şurasında ömürlük yer tutmaq imkanı verir. Və bu vəzifə də ona cinayət məsuliyyətindən toxunulmazlıq verir.
- Yük yerində, samosvalda, meşədə kötük üstündə səsvermə. Putin əbədi hakimiyyətə doğru irəliləyir. Foto/video
- Rusiya: təcrid paradı
“Putinin xəstəlikləri” – şayiələr haradan çıxıb?
Vladimir Putini keçmişdə törətdiyi və gələcəkdə törədə biləcəyi hər şeydən həmişəlik azad edən yeni qanun Rusiya prezidentinin ağır tibbi diaqnozu ilə bağlı heç nə ilə təsdiqlənməyən şayiələr üzündən xüsusi diqqət çəkir.
Beynəlxalq və Rusiya mediasında Vladimir Putinin Parkinson xəstəliyindən əziyyət çəkdyi haqda xəbər fəal müzakirə olunur. Bununla əlaqədar olaraq onun yaxınları – qızları Mariya və Yekaterina, o cümlədən də hazırkı ehtimal olunan həyat yoldaşı Alina Kabayeva guya onun Rusiya prezidenti vəzifəsindən tezliklə getməsinə israr edirlər.
Bu informasiyanın yeganə mənbəyi Britaniyanın “The Sun” tabloididir. Bu nəşr etibarlı reputasiyaya sahib deyil. Amma məlumdur ki, ondan çox vaxt müxtəlif siyasi qüvvələr müxtəlif ölkələrdə hadisələrin inkişafı ilə bağlı bu və ya digər ssenariyə ictimai reaksiyanı yoxlamaq üçün istifadə edir.
“The Sun” qəzetində dərc olunan material bütünlükdə rusiyalı politoloq Valeri Solovyovun bəyanlarına əsaslanıb. O da həddən artıq şübhəli reputasiyaya sahibdir – onun heç bir ekstravaqant proqnozu dorulmur. Məsələn, Solovyev 2012-ci ildə və daha sonra 2020-ci ilin martında Putinin gedişini proqnozlaşdırıb.
Beləliklə, bu informasiyanı saxta kimi iqnor etmək olardı, əgər qanuna edilən gözlənilməz dəyişikliklər olmasaydı.
Zəmanət Putinin nəyinə lazımdır?
Belə ikiqat sığorta nəyə lazımdır? Və Vladimir Putin hansı ittihamlardan qorxa bilər?
Vladimir Putin Rusiya siyasi ənənələrini çox yaxşı bilir: ölkənin hər yeni rəhbərliyi özündən əvvəlkinin bütün əməllərini gözdən salmaqla öz nüfuzunu möhkəmləndirir. Və bu zaman istənilən metodlara əl atmaqdan çəkinmir.
Rusiyanın hazırkı preizdenti Boris Yeltsin və onun irsinə qarşı eyni cür davranıb.
Əgər və nə zaman Rusiyada hakimiyyət dəyişikliyi baş tutarsa, xələfi Putinə qarşı hansı iddiaları irəli sürə bilər?
Siyahı kifayət qədər uzundur:
- Hakimiyyətin qəsb edilməsi – mərkəzi hakimiyyətin xeyrinə qubernatorların və merlərin səlahiyyətlərindən ardıcıl məhrum edilməsi.
- Mülkiyyətin mənimsənilməsi. Ən məşhur nümunə — “Yukos” nəhəng neş şirkətinin eksproprkasiyası və sahibi Mixail Xodorkovskinin 10 il azadlıqdan məhrum edilməsi.
- Siyasi qətllərdə əlinin olması. Söhbət siyasətçi Boris Nemtsov, jurnalist Anna Politkovskaya, hüquq müdafiəçisi Natalya Esteirova kimi Putinin məşhur tənqidçilərindən gedir.
- Digər ölkələrə münasibətdə təcavüz və özgə ərazilərinin ilhaqı. Bu, ilk növbədə Krım və Donbasdır.
- Sistem korrupsiyası və qanunsuz varlanma. Putinin hakimiyyəti dövründə onun ən azı 10 dostu dollar milyardçısı olub.
Aparıcı müstəqil rusiyalı politoloq Kiril Roqovun rəyi:
— Vladimir Putin həqiqətən də gümrah görünmür, onun qocaldığı çox bəlli olur (bu da bioloji olaraq normaldır), onun çıxışları zamanı pozalarının müəyyən qeyri-təbiiliyiçoxdan müzakirə edilir.
Putinin toxunulmazlığı haqda qanun layihəsi, görünür ki, “keçmişlə” saxta cinayət işlərinin köməyilə hesablaşmağın qarşısını almağa yönəlib, Putinin öz hakimiyyəti demək olar ki, bütünlüklə buna əsaslanır.
Amma vacib olan odur ki, bu qanun layihəsi həqiqətən də çox konkret, siyasi emosional və hüquqi mənasız görünür. Buna görə də Putinin “xəstəlik” xəbəri ilə səsləşir və deyilənə görə, bu, onu tezliklə vəzifədən getməyə məcbur edəcək. Bu iki xəbər birlikdə məcmu təsiri bağışlayır və tezliklə onun vəzifədən gedəcəyi haqda ciddi düşünməyə vadar edir.
Yeni qanunla təmin olunan tam ömürlük toxunulmazlıq son 20 ildə Rusiyada prezident kürsüsündə olmuş iki nəfərə 0 Vladimir Putin və Dmitri Medvedyevə şamil edilir.
Nəzəri cəhətdən onlara qarşı irəli sürülə biləcək ittihamlar siyahısında 2008-ci ildə Gürcüstana qarşı başladılmış müharibə də var. Vladimir Putin o zaman baş nazir vəzifəsində idi və öz öhdəsinə düşən məsuliyyət payını daşıyır.