Rusiya pandemiya piki astanasında
Hökumət yeni vergilər tətbiq edir, varlılar tibbi texnika alır, mütəxəssislər karantin tələb edir, sakinlər isə təbiətdə kabab çəkir
Martın 29-a olan statistika
Son sutka ərzində Rusiyada 220 yeni koronavirusa yoluxma halı qeydə alınıb, ümumilikdə xəstələrin sayı 1,535 nəfərə çatıb.
Ölənlər –8 nəfərdir.
Praktiki olaraq bütün dünya ölkələri artıq iki nəftədir ki, karantinə bağlanıb və koronavirus pandemiyası ilə bağlı sosial təcridi təbliğ edirlər. Rusiyada isə ilk məhdudlaşdırıcı tədbirlər yalnız martın 30-dan qüvvəyə minir.
Martın 30-dan etibarən Rusiya bütün sərhədlərini, o cümlədən də Abxaziya və Cənubi Osetiya ilə sərhədlərini bağlayır.
Martın 28-dən aprelin 5-ə qədər məktəblilər və tələbələr distant tədris rejiminə keçirilib.
Həmçinin restoranlar, kafelər, əyləncə məkanları, ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektləri başlanıb – amma yalnız Moskva və Peterburqda.
Moskvada 65 yaşdan yuxarı bütün insanlara israrla evdə qalmaq tövsiyə olunur. Bu tədbirin sərtləşdirilməsi üçün Moskvanın yaşlı sakinlərinin ictimai nəqliyyatda gedərkən istifadə etdikləri sosial kartları martın 28-dən etibarən bloklanıb.
Nəhayət, hədsiz tənqidə səbəb olan tədbir:
İnsanların təcrid olunmasına kömək etmək və koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 30-dan aprelin 5-ə qədər bütün Rusiyada qeyri-iş həftəsi elan olunub.
Amma bununla belə ölkədə karantin elan olunmayıb.
- “Xəndəyə basdırmaq lazımdır, qoy ölsün”. Çeçenistan prezidenti karantin pozucularını terrorçulara bərabər tutub
- Koronavirus İranda: dünyadakı ən böyük epidemiya ocaqlarından biri və hakimiyyətin yalanı
- Ölüm, sökülən oturacaqlar və qocaların məcburi dezinfeksiyası – koronavirus Türkiyədə
“Məcburi karantinsiz qeyri-iş həftəsi elan eləmək cinayətdir”
“Əgər evdə qalmaq tələbi yoxdursa, əlbəttə ki, insanlar bağlarına, kabab çəkməyə gedəcəklər, bir-birlərini yoluxduracaqlar. Ya mən nəyisə anlamıram, ya da bu, Putinin söz açmadığı pensiya fondunun yükünün azaldılması üçün bir tədbirdir. Öləcəklər və pensiya ödəmək lazım olmayacaq”.
Bu, sosial şəbəkələrdə paylaşılan onlarla şərhlərdən biridir. Məhz belə də oldu – minlərlə rusiyalı parklarda kabab çəkib, oyun oynayıb, əylənirlər.
Onlayn yüklənən bir çox videolarda insanlar əla keçirdikləri istirahəət günləri haqda danışırlar. Moskvada Sosnovıy Borda çəkilən video xüsusilə populyar olub.
Rusiya paytaxtı, rəsmi məlumata əsasən, koronavirusa yoluxanların sayına görə liderlik edir – martın 28-də onların sayı 817 nəfər idi.
Bu videolarda istirahət edənlər qələbəlik qruplarla parkda oturub, kabab bişirirlər. Onların arasında çox sayda pensiyaçı və uşaq da var.
Peterburqun “Fontanka” qəzeti “Nə koronavirus? Bizdə kabab və çay kənarında “karantin” var” başlıqlı ironik reportaj dərc edib.
“Fontanka” yazır ki, yalnız Peterburqda son sutka ərzində əlavə 11 nəfərdə koronavirus aşkarlanıb. Martın 28-də isə onlardan biri ölüb, bu, Peterburqda koronavirus səbəbilə baş verən ilk ölüm halı olub.
Prezident Vladimir Putinlə (onun 67 yaşı var) bağlı bildirilib ki, o, Moskvadan 400 kilomert aralıda Valday adasındakı iqamətgahında işinə davam edir.
“Təcili sərt karantinə, epidemiya və iqtisadi böhranla bağlı mübarizə planına ehtiyac var – əgər hələ gec deyilsə”
Həm Rusiyada, həm də xaricdə çalışan 14 rusiyalı iqtisadçı prezidentin ünvanına bu cür müraciətlə çıxış ediblər:
“Karantin tətbiq etmək və ya etməmək – bu, yanlış dilemmadır. Məsələ yalnız onu nə zaman tətbiq etməkdədir – ölkədə xəstələrin sayı yüzlərlə olduğu zaman, yoxsa hesab minlərlə və ya on minlərlə gedəcəyi zaman. əgər karantin qəti və effektiv şəkildə tətbiq olunarsa, vətəndaşlar isə iqtisadi nəticələrdən müdafiə edilərsə, o zaman böhran qısamüddətli, bərpa isə sürətli olacaq.
Əks halda iqtisadi çöküş dərin, can itkiləri isə böyük olacaq”.
Ağciyər ventilyasiyası üçün apparatlar – varlılara?
Əksəriyyətin özünütəcrid əvəzinə təbiətdə kabab bişirdiyi vaxt varlı rusiyalıların ağciyərlərin süni ventilyasiyası apparatlarını şəxsi istifadə üçün aldıqları haqda Rusiya mediasında dərc olunan məqalələr sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Martda, epidemiya artıq qızışmaqda olduğu, epidemiyanın yayıldığı ölkələrlə hava əlaqəsi kəsildiyi zaman Rusiyanın yüksək vəzifəli məmurlarının şəxsi təyyarələrinin İtaliya, Fransa, ABŞ və Dubaya 20-dən çox reys etdiyi haqda xəbərlər də kəskin qəzəb doğurub.
Amma Rusiya cəmiyyətində ən emosional reaksiyanı hakimiyyətin ölkədə koronavirusun yayılması ilə bağlı uzun müddət susması doğurub – hətta Ümumdünya Səhiyyə Təşkilatı baş verənləri pandemiya adlandırandan sonra da hakimiyyət bir müddət susqunluğunu qorudu.