Rusiya Ermənistan atom elektrik stansiyasının təmirinə ayırdığı kreditin ödənişini təxirə salıb
Rusiya Metsamor atom elektrik stansiyasının təmiri üçün ayırdığı kreditin ödənişi üçün möhlət verib.
Ermənistan nə qədər vaxt əldə edib?
Tərəflər razılaşıblar ki, Ermənistan Rusiya kreditini 2021-ci ilə qədər bağlaya bilər. Ermənistanın enerji infrastrukturları və təbii resursları nazirinin səlahiyyətlərini yerinə yetirən Qaregin Baqramyan vəziyyəti izah edib:
“Bizim Maliyyə Nazirliyi Rusiya tərəfinə kreditin bağlanma müddətinin uzadılması və borc öhdəliklərinin 2021-ci ilə qədər ödənməsi xahişi ilə müraciət edib. Çünki təmirin səmərəsini biz tam mənada yalnız 2020-ci ildə hiss edəcəyik. Ermənistan atom elektrik stansiyasının modernləşdirilməsi nəticəsində əldə olunan əlavə səmərə kreditin ödənilməsinə yönləndiriləcək ki, bu da öz növbəsində Rusiya kreditinin ödənilməsinin yekun tariflərə təsirini yumşaldacaq”.
Ermənistan AES-in reaktoru bu ilin iyununda təmirə dayandırılıb. Üçüncü turboaqreqat modernləşdirilib. Tam təmirdən sonra stansiyanın gücü 10 faiz yüksələcək. Bu 2019-cu ildə baş tutacaq.
• Ermənistanın enerji təhlükəsizliyi haqda
• Qorxunc Çernobl Ukrayna üçün ekoloji təmiz enerji mənbəyi olacaq
• Metsomor atom elektrik stansiyası
Ermənistan nə qədər krdit alıb?
Ermənistan atom elektrik stansiyasının istismar müddətini 2026-cı ilə qədər uzatmaq üçün təmir işlərinin reallaşdırılması məqsədilə kredit alıb. Kreditin ümumi həcmi270 milyon dollardır. Bundan başqa 30 milyon dollar da qrant şəklində ayrılıb. Əsaslı təmirin əsas podratçısı Rusiyanın “Rosatom” dövlət korporasiyasına daxil olan “Rusatom servis” şirkətidir.
Rusiyanın mövqeyi
Rusiya tərəfi bəyan edib ki, ermənistanlı tərəfdaşlarının xahişinə anlayışla yanaşdığını bildirib. “Rusatom servis”in baş direktoru Yevgeni Salkov bildirib ki, növbəti il iki dəfə artıq iş görmək lazım olacaq:
“Təmir işləri planlaşdırılanda biz konkret həcmdən (avadanlıq və xidmət) çıxış edirdik, amma həyata keçirilmə prosesində əlavə tələbatlar ortaya çıxdı. Növbəti il biz maşın zalında işi bitirməliyik, dördüncü turboaqreqatorun modernləşdirilməsini başa çatdırmalıyıq, işlərin böyük kompleksi reaktor mərkəzində nəzərdə tutulub”.
AES nə qədər işləyəcək?
Ermənistan hökuməti stansiyanın hazırkı blokunun istismar müddətinin 2026-cı ilə qədər uzadılmasını nəzərdə tutan proqram hazırlayıb. Ermənistan hakimiyyəti mərhələ-mərhələ yeni blokları da istismara buraxmaq niyyətindədir. Ermənistan atom elektrik stansiyası regionda yeganədir.
Ermənistan AES-in tarixi
Stansiyanın birinci enerji bloku 1976-cı, ikincisi isə 1980-ci ildə işə salınıb. Layihəyə əsasən, blokların istismar müddəti 30 il təşkil edir. 1988-ci ildə Ermənistanda baş verən dağıdıcı zəlzələdən sonra təhlükəsizlik məsələsi gündəmə gəlib. 1989-cu ildə SSRİ Nazirlər Şirasının qərarı ilə AES-in hər iki enerji blokunun istismarı dayandırılıb.Bunu ekoloqlar da tələb edirdi. Amma artıq 1995-ci ilin noyabrında enerji böhranının öhdəsindən gəlmək üçün ikinci enerji bloku yenidən işə salınıb.