Roma Papası Ermənistanda
25.06.2016 19:00
Yerevanda Respublika Meydanında ekumenik mərasim və sülh üçün dua
25.06.2016 17:00
Roma Papası Gümrüdəki
25.06.2016 09:00
Roma Papası erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılan
Tsisernakaberd memorial kompleksinə baş çəkib
24.06.2016 20:00
Bu gün Roma papası Fransisk prezident iqamətgahındakı çıxışı zamanı ermənilərin Osmanlı Türkiyəsində 1915-ci ildə törədilən kütləvi qırğınını xarakterizə edərkən, nitqində yazılmış “faciə əvəzinə “soyqırımı sözünü işlədib.
Ermənistan mediası xəbər verir ki, New York Times da bu haqda informasiyanı dərc edərək qeyd edib ki, pontifik bununla da ehtiyatlı diplomatik çıxışdan imtina edib.
Bu gün iyunun 24-də Roma Papası Fransiskin Ermənistana səfəri başlayır. Səfərin devizi “İlk xristian ölkəsinə ziyarətdir. Roma katolik kilsəsinin başçısı Ermənistanda iyunun 26-na qədər olacaq. Səfəri 600-ə yaxın jurnalist, o cümlədən də bizim iki müxbirimiz işıqlandıracaq.
Səfərdən öncə pontifik erməni xalqına müraciət edib:
“Əziz bacı və qardaşlarım! Tanrının köməyi ilə İlk xristian ölkəsinə səfər etmək üçün sizin yanınıza gəlirəm. Mən zəvvar kimi bu yubiley ilində [Ermənistan xristianlığı 301-ci ildə – 1715 il əvvəl qəbul edib] xalqınızın qədim müdrikliyinə baş vurmaq və dininizin sizin qaya kimi möhkəm məşhur, oyulmuş xaçkarlarınıza bənzər mənbəyi qarşısında baş əymək üçün sizin yanınıza gəlirəm.
Mən Ermənistanın sehrli zirvələrinə sizin qardaşınız kimi, sizin üzlərinizi görmək, sizinlə birlikdə ibadət etmək və dostluq ənamını bölüşmək üçün gələcəm.
Tarixiniz və xalqınızın başına gələn hadisələr məndə heyranlıq və kədər hisləri oyadır. Heyranlıq ona görə ki, İsanın xaçında və istedadlı düşüncənizdə siz bəşər tarixinə
məlum olan ən dəhşətli iztirablardan sonra yenidən ayağa qalxmaq üçün güc tapa bildiz. Atalarınızın yaşadığı həmin faciəyə görə də kədər hissini keçirirəm.
İncilin bəndəsi və sülh carçısı kimi sizin aranızda olmaq, sülh yolunda göstərilən hər bir cəhdə dəstək olmaq və sizinlə birlikdə ümid yaradan barışıq yolu ilə getmək istəyirəm.
Səfərin təfərrüatları barədə də məlumat verəcəyik.
2015-ci ildə Roma Papası Fransisk 1915-ci ildə, Osmanlı imperiyasında ermənilərin kütləvi qırğınını “soyqırım” adlandırdı. Aprelin 12-də Müqəddəs Pyotr məbədində Roma Papası soyqırım qurbanlarının xatirəsinə messa keçirdi. Bundan əlavə, pontifik X əsr erməni filosofu, ilahiyyatçı və şairi, “Kədərli dini nəğmələr kitabının müəllifi Qriqori Narekatsini övliyalar sırasına daxil etdi və ona Kilsə müəllimi adını verdi.
Məqalədəki fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 24.06.2016