Xəstəxanalarda artıq yer yoxdur. Stasionara yerləşdirilməsi mümkün olmayan adam ölüb
Komendantlığın növbəti iclasından sonra Ermənistanın baş naziri elan edib ki, ölkə xəstəxanaları artıq yeni xəstələri qəbul etmək iqtidarında deyil. 200 nəfər yoluxmuş və tibbi yardıma ehtiyacı olan şəxs hazırda növbədə gözləyir. Bununla yanaşı xəstələrin sayının artması davam edir və sağalanların sayını üstələyir.
Nikol Paşinyan sarsıdıcı məlumat da paylaşıb, o bildirib ki, xəstəxanaya yerləşdirilməsi mümkün olmayan bir adam həyatını itirib:
“Gecikmənin səbəbi ikiqatdır. Qohumları xəstə haqda səhiyyə sisteminə dəqiq məlumatı gec veriblər. İnformasiya gec alınıb, reaksiya da gecikib”.
Daha iki nəfər də ölüb,çünkii onların intensiv terapiyaya ehtiyacı olub, amma reanimasi şöbələri tam dolu olduğu üçün onlara yardım göstərmək mümkün olmayıb.
Baş nazirin sözlərinə görə, ölkə böhran vəziyyətinə çatıb:
“Biz də artıq cəhənnəmdən keçirik. Bu problemin həlli ancaq bir cür ola bilər: Ermənistan Respublikasının bütün ərazisində pandemiya əleyhinə ümumxalq hərəkatı başlamalıdır və hər birimiz xəstəxanalarda yer çatışmadığı bir şəraitdə dərk etməliyik ki, biz və ya doğmamış ölə bilər”.
İyunun 6-da səhər saatlarında 547 yeni yoluxma və 7 ölüm halı haqda məlumat verilib. Yoluxanların ümumi sayı 12364 nəfərə çatıb. Ümumilikdə 190 nəfəri xilas etmək mümkün olmayıb. Songün ərzində 207 nəfər sağalıb. Sağalanların ümumi sayı 3720 nəfərdir.
Paşinyanın sözlərinə görə, komendantlıq sərt məhdudiyyətlərin tətbiqi məsələsini müzakirə edib, amma bu plandan yenə də imtina edib.
“Müzakirələrin yekununda biz anladıq ki, bu qərar arzu olunan nəticələrə gətirib çıxarmayacaq və bu, yalnız həmin qərarın iqtisadi nəticələrinin ağır olacağı ilə bağlı deyil, həm də onunla bağlıdır ki, əslində biz son günlərdə bizim monitorinqimizin bunu sübut etdiyinə əminik: belə karantinin keyfiyyəti bizi arzu olunan nəticələrə gətirib çıxara biləcək səviyyədə deyil”.
Ermənistanda fövqəladə vəziyyət martın 16-da tətbiq edilib və iki dəfə müddəti uzadılıb. Son uzadılmadan sonra fövqəladə vəziyyət iyunun 13-də bitməlidir. Amma mayın 5-dən insanların hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb, mayın 18-dən isə praktiki olaraq bütün müəssisələr, ictimai nəqliyyat və hətta uşaq bağçaları işləyir.