Şəhərlər və kəndlər atəş altında – Qarabağ, döyüşlər, 2020-ci il 4 noyabr səhər icmalı
Son sutka ərzində Ermənistan və Azərbaycan tərəfləri dinc sakinlətin olduğu və ya ola biləcəyi yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı bir-birini ittiham edib. Həmçinin Yerevan Ermənistana yardım edilməsi ilə bağlı Rusiya ilə məsləhətləşmələrin başlandığını bəyan edib.
Sentyabrın 27-dən Azərbaycan və Ermənistan orduları Qarabağ münaqişəsi zonasında zirehli texnika, artilleriya və dronlar tətbiq etməklə döyüşlər aparır. Hər iki tərəf bir-birini dinc yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırır. Hər iki tərəfdən hərbçilər və dinc əhali arasında minlərlə insan həlak olub. Bu müddət ərzində üç dəfə – 10, 18 və 26 oktyabrda atəşkəs elan olunub, lakin hər dəfə dərhal pozulub. Tərəflər bir-birini atəşkəsə riayət etməməkdə ittiham edir.
• Fosforlu bombalar və meşə yanğınları – Qarabağ, döyüşlər, 2020-ci il 3 noyabr səhər icmalı
• Rusiya və İran Qarabağda hərbi əməliyyatların dayandırılması haqda, 2020-ci il 3 noyabr axşam icmalı
2020-ci il 4 noyabr səhərə olan son hadisələrin icmalı
Bakıdan informasiya
• Gecə boyu müxtəlif istiqamətlərdə hərbi əməliyyatlar davam edib.
• 4 noyabır səhər saat 8-dən Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndləri, o cümlədən də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini atəşə tutub – Azərbaycanın Müdafiə Nazirliyi.
• Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan XİN-in “Qarabağ rəhbərliyinin cavab atəşi hüququ” ilə bağlı bəyanatına cavab verib: “Bununla da Ermənistan tərəfi Azərbaycanın yaşayış məntəqələrinə zərbə endirmək üçün zəmin yaradır”.
• “Bakı müharibəni dayandırmağa hazırdır. Amma bunun üçün o [Ermənistanın baş naziri], işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını elan etməlidir. Amma o bu haqda danışmır”, – Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə mesahibəsi.
Yerevandan informasiya
• Gecə cəbhdə gərginlik davam edib. Gecəyarısından sonra Azərbaycanın diversiya qrupu uğursuzca Şuşa şəhərinə daxil olmağa cəhd göstərib, həmçinin Şuşa “Smerç” raketləri ilə atəşə tutulub, zərərçəkən yoxdur – Qarabağ Müdafiə Nazirliyi.
• İki dinc sakin noyabrın 3-də axşam Stepanakertin raket atəşinə tutulması nəticəsində yaralanıb.
• Ermənistan XİN elan edib ki, “ekzistensial təhlükə şəraitində Qarabağ hakimiyyəti və müdafiə ordusu öz əhalisini müdafiə etmək və düşmənə əks-zərbə endirmək hüququna sahibdir”.
• Ermənistan XİN Azərbaycanı “Qarabağın mülki əhalisini, xüsusən də ön cəbhədən aralı yerləşən qadın və uşaqları məqsdəyönlü şəkildə atəşə tutmaqda ittiham edib”.
• Ermənistanın baş nazirinin müşaviri Vaqarşak Harutyunyan bildirib ki, Ermənistana yardım göstərilməsi ilə bağlı Ermənistan-Rusiya məsləhətləşmələri başlayıb. “Rusiya ordusu Yerasxe və Laçın dəhlizinin yaxınlığında yerləşir”, – o deyib.