2020-ci il oktyabrın 15-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Atəşkəsin nəzarətdə saxlanması mexanizminin razılaşdırılması ilə bağlı iş aparılmır – Mariya Zaxarova
Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin razılaşdırılması ilə bağlı iş aparılmır. Bu haqda cümə axşamı brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Bizim əsas mesajımız ondan ibarətdir ki, hərbçilər xətti üzrə təxirəsalınmadan atəşkəsə nəzarət mexanizminin razılaşdırılması vacibdir. Hələlik bizə məlum olduğuna görə, belə iş aparılmır. Biz tezliklə belə mexanizmin işə salınmasına ümid edirik”, – o deyib.
-
Azərbaycan ordusu daha altı kəndi nəzarəti altına götürüb – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyevin bildirdiyinə görə, Azərbaycan ordusu döyüşlərin nəticəsində daha altı kəndi nəzarəti altına götürüb.
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” – o, özünün “Twitter” səhifəsində yazıb.
Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 15, 2020
-
Qarabağda hərəkət azadlığına məhdudiyyət qoyulur
Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan insanların və nəqliyyat vasitələrinin hərəkət azadlığına bəzi məhdudiyyətlərin qoyulması barədə fərman imzalayıb.
“Yaşı səfərbərlik çağırışına uyğun olan vətəndaşların Qarabağ ərazisindən çıxması məhdudlaşdırılıb, icazə yalnız xüsusi hallarda, komendantdan alınan buraxılış vərəqəsi təqdim edildikdə verilir”, – sənəddə deyilir.
Komendant Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktoru Karen Sarqsyan təyin olunub.
-
Tərtər şəhərində dəfn zamanı 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb
Ermənistan silahlı qüvvələri tərəfindən açılmış atəş nəticəsində Tərtər şəhərindəki qəbiristanlıqda dəfn zamanı 3 nəfər mülki şəxs qətlə yetirilib, daha 3 nəfər ağır yaralanıb.
“Humanitar atəşkəs arxasında gizlənərək, Ermənistan mülki əhaliyə qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki əhalisinin təhlükəsizliyini müdafiə etmək kimi suveren hüququnu özündə saxlayır”, – Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
Now: In Tartar city as a result of Armenia's deliberate attack to graveyard 3 civilians killed and 3 seriously wounded.
Armenia hiding itself behind humanitarian truce pursues policy of terror against civilians. Azerbaijan reserves it's sovereign right to protect its civilians
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 15, 2020
-
XİN başçısı Azərbaycanı atəşkəs rejimini gözləmədikdə günahlandırır
Zoqrab Mnasakanyan xatırladır ki, Moskvada qəbul olunmuş atəşin dayandırılması barədə birgə qərarın üstündən artıq beş gün keçib:
“Lakin Azərbaycan onun gerçəkləşməsini torpedləməyə davam edir. Onlar Türkiyənin və döyüşçü-terrorçuların dəstəyi və birbaşa cəlb edilməsi ilə Dağlıq Qarabağa qarşı geniş miqyaslı müharibəni davam etdirirlər”, – Ermənistanın xarici işlər naziri Tvitter-dəki mikrobloqunda yazıb.
-
Ermənistanın Müdafiə Nazirliyi: gecə gərginlik davam edib, Azərbaycan səhər saatlarından atəşi bərpa edib
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibinin verdiyi xəbərə görə, hazırda düşmən cəbhənin şimal və cənub-şərq istiqamətlərini aktiv artilleriya atəşinə tutub.
-
Qarşı tərəf yaşayış məntəqələrini atəşə tutur – Azərbaycan Müdafiə Nazirliyi
“Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutmağa başlayıb”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” hesabında bu hücum nəticəsində bir nəfərin yaralandığını bildirib.
Armed forces of Armenia in blatant violation of humanitarian truce continue to shell Tartar, Agjabadi, Agdam and other regions of Azerbaijan. One civilian is wounded.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 15, 2020
-
Ötən gecə cəbhədə vəziyyət gərgin olaraq qalıb – Azərbaycan Müdafiə Nazirliyi
“Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Oktyabrın 15-ü səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin 19-cu günü.
• Ermənistanın Vardenis kəndində Azərbaycanın pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 14 yaşlı yeniyetmə qəlpə yarası alıb. Ailə tarlada işləməyə gedirmiş, pilotsuz uçuş aparatı maşını vurub.
• Ermənistanın Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan ərazisindən indiyədək Azərbaycan tərəfə heç bir atəş açılmayıb – lakin indi “Ermənistanın silahlı qüvvələrinin Azərbaycanda istənilən hərbi obyektə və ya hərbi keçidinə zərbə endirməyə haqqı var”.
• Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ərazisində “hazır vəziyyətə gətirilmiş raket komplekslərinin neytrallaşdırması” haqda bəyanat verib. Nazirlik eyni zamanda bəyan edib ki, əhaliyə qarşı heç bir hərbi pilotsuz uçuş aparatından istifadə etmir.
• Erməni hərbiçiləri Tərtər və bir neçə kəndə 100-dən çox artilleriya raketi buraxıb, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev öz Tvitter-ində bəyan edib. Yerli sakin həlak olub.
• Azərbaycan ordusu Qarabağa (1990-cı illərində əvvəllərindən, Qarabağ müharibəsindən sonra Qarabağ hakimiyyəti tərəfindən nəzarətdədir) birləşən rayonlarda daha səkkiz yaşayış məntəqəsini nəzarətə götürüb. Azərbaycan prezidenti öz Tvitter-ində xəbər verib. Hakimiyyət xəbər verib ki, “ümumilikdə 44 yaşayış məntəqəsi və ya işğal olunmuş ərazilərin 5,5%-i azad edilib”.
• “Azərbaycanlılar və ermənilər Qarabağda birgə dinc yaşaya bilərlər”. “Danışıqlar yalnız Madrid prinsipləri əsasında mümkündür. Bu prinsiplər işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasını möhkəmləndirir”, “Danışıqlarda təkcə Ermənistan və Azərbaycan iştirak edəcək”, “Türkiyə danışıqlar prposesinə cəlb olunmalıdır” – Azərbaycan prezidenti HaberTürk televiziya kanalına proqram müsahibəsi verib.
• İlham Əliyev: “Azərbaycan xalqı erməni xalqının düşməni deyil”
• “Beynəlxalq qüvvələr və təşkilatlar baş verənlərə reaksiya vermir, hesab edir ki, “sülhün bərqərar olması üçün ərazilər” formulu qəbul ediləcək. Bu, 1938-ci ilin Münhen sözləşməsinə bənzəyir, o zaman da guya sülhü bərqərar etmək üçün Çexoslovakiyanın ərazisi Almaniyaya verilmişdi. Dünya bu dəfə Kiçik Asiyada yeni Hitlerin peyda olmasına imkan verəcəkmi?” – Ermənistanın baş naziri xalqa proqram müraciəti edib.
• Qarabağın prezidenti bəyan edib ki, “Azərbaycanın silahlı qüvvələri atəşkəsi pozub və daha güclü zərbələr endirməyə başlayıb. Düşmən hansısa sahələrdə cəbhə xəttini yara və içəri girə bilib”. O, “hər kəsi fiziki olaraq vətənin müdafiəsinə” çağırıb.
• “Ermənistan sülh danışıqları prosesini pozmamaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımırdı”; “Türkiyə prezidentinə təsir etmək və Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmaq üçün münaqişəyə üçüncü, dördüncü tərəflər cəlb olunmalıdır” – Ermənistan prezidenti Bild alman nəşrinə müsahibə verib.
• Qarabağda sülhməramlılar və müşahidəçilər; 1990-cı illərin əvvəllərində baş vermiş müharibədən sonra Qarabağ hakimiyyətinin nəzarətində olan rayonların Azərbaycana qaytarılması; Qarabağ əhalisi (erməni) üçün təhlükəsizliyə zəmanət – Rusiya XİN-in başçısının rusiyalı jurnalistlərə müsahibəsi zamanı təklif etdiyi Ermənistan-Azərbaycan hərbi qarşıdurmasının nizamlanması sxemi.
• Rusiya və Türkiyə prezidentləri münaqişəni telefon danışığında müzakirə ediblər. Hər ikisi oktyabrın 10-da Moskvada imzalanmış atəşkəsə əməl olunmasının mühümlüyü barədə bəyan edib. Kremlin rəsmi məlumatına görə, Putin hərbi əməliyyatlarda Yaxın Şərqdən olan döyüşçülərin iştirakı ilə bağlı narahatlığını bildirib və Türkiyənin münaqişənin deskalasiyasına konstruktiv yanaşacağına ümid bəslədiyini söyləyib.
-
2020-ci il oktyabrın 14-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video