Qarabağda “aprel müharibəsi”ndən üç il keçir. O, nəyi dəyişib? Bakıda və Yerevanda ekspertlər
2-5 apreldə Qafqazda hər il Qarabağ ətrafında 2016-cı il “aprel müharibəsi” hadisələrini xatırlayırlar.
Bu, Qarabağda 1994-cü ildə atəşkəs elan olunandan sonra qoşunların təmas xəttində yaşanan ən geniş miqyaslı və qanlı gərginlik olub. Rəsmi məlumatlara görə, dörd gün ərzində hər iki tərəfdən 200-dən artıq adam həlak olub.
• 1990-cı illərdə Qarabağ münaqişəsinin mərhələləri – nə necə baş verib və həll cəhdləri necə olub
Düz üç il keçib. “Dördgünlük müharibə” nələri dəyişib? Yerevan və Bakıda ekspertlərdən xəbər aldıq.
Azərbaycan
JAMnews-un siyasi şərhçisi Şahin Rzayev:
“2016-cı il “aprel müharibəsinin” ümumilikdə beş əsas nəticəsini sadalayım.
Birinci – qondarma Dağlıq Qarabağ Respublikası ordusu haqqında olan “Cənubi Qafqazda ən güclü ordu” mifi dağıldı. Apreldən sonra bəzi erməni millətçilərinin “tezliklə Bakıda çay içəcəyik” təhdidləri demək olar ki, səslənmir.
İkincisi – Ermənistanda baş verən dəyişikliklər 2018-ci ildə Serj Sarqsyan hökumətinin məğlubiyyətinə gətirib çıxardı.
• Ermənistan— “məxməri inqilab”ın bir ili haqqında
Üçüncüsü – Qarabağ münaqişəsi üzrə danışıqlarda vasitəçi olan ATƏT-in Minsk qrupu “münaqişənin hərbi nəticələri” və “güllə ilə səsvermənin” nəticələrini (Minsk qrupunun keçmiş həmsədlərindən biri olan Vladimir Kazimirovun ifadəsi) daha yada salmır. Vasitəçilər gördülər ki, hərbi nəticələr dəyişdirilə bilər, onlar isə “güllə ilə səsvermənin ikinci turunda”, yəni yeni müharibənin başlanmasında maraqlı deyillər.
Dördüncü – Azərbaycan cəmiyyətində vətənpərvərlik meyllərin yüksəlişi oldu və məğlub olan tərəf üçün səciyyəvi olan bədbinlik hiss olunan dərəcədə azaldı. Bu zaman revanşist çağırışlar gücləndi.
Və beşinci. Hərbi nəticələr Azərbaycan tərəfinin danışıqlarda mövqelərini möhkəmləndirdi. Neçə kvadrat kilometrin azad edilməsi vacib deyil — Azərbaycanda yazıldığı kimi 20, yoxsa Ermənistanda yazıldığı kimi 8. 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun nəzarəti altına mühüm strateji yüksəkliklər keçdi. Ermənistan isə 1992-ci ildən sonra ilk dəfə qaçqınları — Qarabağın şimalında dağıdılan Talış kəndindən yüzlərlə insan qəbul etməyə məcbur oldu.
Politoloq İlqar Vəlizadə:
“Uzun, 20 ildən çox müddət ərzində Ermənistan tərəfi Qarabağ münaqişəsi zonasında status-kvodan danışıb, hansını ki, pozmaq olmaz, çünki Qarabağ əhalisinin təhlükəsizliyini təmin edir.
Əsas konstata 1994-cü ildə atəşkəs elan olunandan sonra çəkilən ayrılma xətti olub, burada güclü müdafiə istehkamları qurulub. Ermənistan tərəfinin fikrincə, məhz bu cür çəkilən xətt [Qarabağ və Azərbaycanın 7 ətraf rayonu Ermənistan tərəfinin nəzarəti altındadır – JAMnews] Qarabağı Azərbaycan tərəfindən hücumdan qoruyur və ona effektiv müdafiəsini qurmağa kömək edir.
Aprel döyüşləri zamanı Azərbaycan qoşunları bu xətti bir çox yerdə qıra biləndən və Ermənistan tərəfinin müdafiəsi dağılandan sonra, Azərbaycana heç olmasa yeddi işğal olunmuş rayonun qaytarılması məsələsi yenidən aktual oldu.
Prinsipial məqam – çox qızğın döyüşlərin getməsinə baxmayaraq, o cümlədən də dinc əhali arasında kütləvi qırğının qarşısını almaq mümkün oldu. Bu gün hamı başa düşür ki, dinc əhalinin kütləvi qırğını münaqişənin hər iki tərəfinin qaçmağa çalışdığı böyük müharibənin başlamasına səbəb ola bilər.
2016-cı ildə yaşanan gərginlikdən sonra başlayan danışıqlar prosesi müəyyən ümidlər verirdi. Onda müxtəlif səbəblər üzündən bu ümidlər doğrulmadı. İndi isə biz 2016-cı ilin yazında başlayan danışıqların bərpasını müşahidə edirik, amma artıq başqa şərtlərlə.
• Ermənistan və Azərbaycan liderlərinin birinci rəsmi görüşü niyə bu qədər vacibdir
Bu üç il ərzində baş verən dəyişiklikləri də nəzərə alsaq, danışıqların yeni gündəliyinə ehtiyac var. Və Vyanadakı son görüş zamanı tərəflərin humanitar məsələləri həll etməyə razlaşması çox əhəmiyyətlidir. Onlar münaqişə zonası sakinləri də daxil olmaqla cəmiyyətin maraqlarını əsas götürüblər ki, bu da çox vacibdir.
İndi bunun necə baş verəcəyini ancaq təxmin etmək olar. Düşünürəm ki, tezliklə “hamının hamıya” prinsipi ilə girovların dəyişdirilməsindən danışmaq mümkün olacaq. Bu, baş versə, hər iki tərəfin martda elan etdiyi “xalqları sülhə hazırlamaq” niyyətindən də danışmaq olar. Bu, tərəflərin vəziyyəti dəyişməyə hazır olduğunu göstərən xoşməramlı jest olacaq”.
Ermənistan
Leonid Nersisyan, hərbi şərhçi:
“2016-cı ilin aprel ayında o cümlədən də siyasi səbəblər üzündən lokal müharibə baş verdi. Səbəblərin biri Türkiyə ilə Rusiyanın münasibətlərində həmin vaxt yaşanan dərin böhran idi.
• Türkiyə Rusiyanın təyyarəsini vurdu — Rusiya Türkiyədə turist mövsümünə güclü ziyan verdi
Bundan başqa, həmin vaxt Bakıda hesab edirdilər ki, güc onların tərəfindədir – orduya 2008-2014-cü illər ərzində qoyulan sərmayələrin hesabına, onda bir neçə milyard dollarlıq silah alınıb.
Bu iki amil Ermənistan tərəfinin bu cür zərbəyə nə dərəcədə hazır olduğunu yoxlamaq cəhdinə gətirib çıxardı.
Amma bu dörd gün ərzində Azərbaycan tərəfi heç bir uğur qazanmadı. Uğurlu ancaq birinci gün oldu, bu zaman nisbətən gözlənilmədən hücumu həyata keçirmək mümkün oldu. Qalan günlərdə isə Ermənistan tərəfi tədricən itirdiyi mövqeləri qaytarırdı.
2016-cı ilin aprel ayı həm də Ermənistan prezidenti Serj Sarqsyanın mövqelərinə ən güclü zərbələrdən biri oldu. O cümlədən, həmin vaxt ordudan oğurluqlar üzə çıxdı.
Ümumilikdə, 2016-cı ilin aprel ayından sonra münaqişə kontekstində yeni reallıq yarandı.
Ermənistan əmin oldu ki, danışıqlar prosesi və güzəştlərlə bağlı söhbətlər sülhü təmin etmir. Bu da Ermənistanın danışıqlarla bağlı mövqeyinə güclü və neqativ təsir etdi.
Məntiqlidir ki, həmin hadisələrdən sonra Ermənistan tərəfi artıq heç bir güzəştdən danışmır – nə ərazi, nə də hər hansı başqa güzəştdən. Azərbaycan münaqişədə məğlub tərəfdir – qoy o, bu münaqişənin niamlanması yollarını axtarsın”.
Yervand Bozoyan, politoloq:
“2016-cı ildə Azərbaycan hərbi təxribat edib, onun da bir neçə məqsədi olub.
Azərbaycanın xarici siyasətində vəziyyət o qədər də müsbət deyildi. ABŞ konqresində ölkədə siyasi məhbus məsələsində güzəştlərə gedilməyəcəyi halda Azərbaycanın yüksəkvəzifəli məmurlarına qarşı ciddi sanksiyalaın tətbiq olunması müzakirə olunurdu.
Onda İlham Əliyev geri çəkildi [150 nəfər, o cümlədən də 12 siyasi məhbus amnistiyaya düşdü – JAMnews].
Azərbaycanda bunu prezindent tərəfindən zəflik kimi qəbul etdilər, onu da hər hansı şəkildə kompensasiya etmək lazım idi. Cəmiyyətin gözündə kiçik də olsa qələbəyə ehtiyac var idi.
Nəticədə onlar 80 hektar ərazini ələ keçirdilər, diplomatik mənada isə ciddi məğlubiyyətə uğradılar. Ermənistan tərəfi hərbi əməliyyatlara Azərbaycan tərəfinin başlaması faktını ön plana çəkə bildi.
Son 20 il ərzində ermənilərlə azərbaycanlılar arasında hətta adi vətəndaş və jurnalistlər səviyyəsində də ünsiyyət yoxdur. Nəticədə insanların şüurunda miflər və stereotiplər dərin kök salıb. O müharibə də çox ciddi zərbə vurdu və hər iki ölkədə cəmiyyətləri geri atdı.
Nələrinsə dəyişməsi üçün məhz məişət səviyyəsində müxtəlif sosial təbəqələrdən olan insanlar arasında müzakirələrə, dialoqa ehtiyac var. Bu olmasa, düşünmürəm ki, güzəştlərlə bağlı siyasi danışıqlar hər hansı nəticələrə gətirib çıxarsın”.
2016-cı ilin aprelində baş tutan hərbi əməliyyatlar zamanı JAMnews bütün tərəflərdə hadisə yerlərindən daimi reportaj apararaq, hərtərəfli və maksimal obyektiv mənzərə göstərməyə çalışıb. JAMnews Ermənistan və Azərbaycandan olan ekspert və siyasətçilərin təhlili, diskussiyaları və proqnozları üçün daimi meydana çevrilib. Aşağıda bu reportajlar və şərhlərin bəzilərinə linklər verilir.
• Qarabağda döyüşlər. Kim birinci başlayıb? Bakı, Yerevan, Stepanakert və Moskvada araşdırırlar
• Azərbaycanın cəbhəyanı kəndindən video reportaj
• Ermənistanda reportaj: bir az da keçsin, tammiqyaslı müharibə başlayacaq
• Qarabağda güclü atışma və kəndə hücum təhdidləri. Yerevanda və Bakıda nə deyirlər
• Füzuli rayonunun kəndində insanlar güllə altında
• Qarabağda müharibə başlasa, Gürcüstan nə edəcək?
• Beynəlxalq vasitəçilər Qarabağdakı münaqişəni dayandırmağa çalışır
• Qarabağda atəşkəsdən bir gün əvvəl 12 yaşlı Vaqinak Qriqoryanı necə dəfn ediblər
• Azərbaycanlı jurnalistin Qarabağ gündəliyi: 2-12 aprel 2016
• Rusiya və Minsk qrupu: Qarabağ münaqişəsində vasitəçilər eyni zamanda hər yerdədilər
• Bakı və Yerevanda eyni vəziyyət: kədər, qəzəb və özünün haqlı olması hissi
• Aprel 2016 — Bakının alınmayan bliskriqi və ya Moskvanın “məxfi əli”? Yerevandan baxış
• Bəs sizin mətbəxtə Qarabağ münaqişəsini necə müzakirə edilər?
• Yeni status-kvo? Bakı və Yerevanda “yeni”, daha sərt davranış modelindən danışırlar
• Azərbaycanın Pir qələbəsi – “aprel müharibəsi”nə Bakıdan baxış