2020-ci il oktyabrın 13-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Futbol ulduzu Mesut Özil Azərbaycanı dəstəklədi
Londonun “Arsenal” lubunun və Almaniya milli komandasının yarımmüdafiəçisi, türk Mesut Özil Azərbaycanı dəstəklədiyini bildirib.
“Azərbaycanın kədəri kədərimiz, Azərbaycanın sevinci sevincimizdir. M.K.Atatürk. Bir millət – iki dövlət”, – futbolçu özünün “Twitter” hesabında yazıb.
‘Azerbaycan’ın derdi bizim derdimiz, sevinci bizim sevincimizdir’ M.Kemal Atatürk
Tek millet, İki devlet 🇹🇷🇦🇿 pic.twitter.com/dUDm9lfoik
— Mesut Özil (@MesutOzil1088) October 13, 2020
-
“Bakı öhdəliklərini yerinə yetirmir” – Ermənistan XİN rəhbəri
Oktyabrın 13-də Zohrab Mnatsakanyan Moskvaya rəsmi səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Endryu Şoffer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. Fransalı həmsədr Stefan Viskonti görüşdə distant rejimdə iştirak edib.
Görüş zamanı Ermənistanın XİN rəhbəri bildirib ki, Bakı Qarabağ münaqişə zonasında atəşin dayandırılması ilə bağlı öhdəliyini yerinə yetirmir. Mnatsakanyan vurğulayıb ki, oktyabrın 10-dan atəşin dayandırılması ilə bağlı nazirlər səviyyəsində edilən birgə bəyanata baxmayaraq, Azərbaycan “məqsədyönlü şəkildə mülki əhalini və infrastrukturları hədəfə alır”. O, yenə də Qarabağ münaqişəsi zonasında atəşkəsin əldə edilməsinin mühüm vasitəsi kimi yoxlama mexanizmlərinin tətbiqinin vacibliyini israrla qeyd edib.
-
“Azərbaycan humanitar atəşkəs rejimini kobud şəkildə pozmağa davam edir”, - Qarabağ prezidenti mətbuat katibi
Azərbaycan səhər erkəndən cəbhə xəttinin bütün parametri üzrə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb – Dağlıq Qarabağ prezidentinin mətbuat katibi Vahram Poqosyan Facebook səhifəsində yazıb.
“Artilleriya silahlarından yaşayış məntəqələrinə zərbələr endirilir. Azərbaycan tərəfdən fəal hərbi əməliyyatlarda minlərlə muzdlu terrorçu iştirak edir. Müdafiə ordusu ağır döyüşlər aparır, düşmənin hücumunun qarşısını almağa çağışır”.
-
Ermənistanın Müdafiə Nazirliyi: gecə gərginlik davam edib, səhərdən Azərbaycan yenidən fəal döyüş əməliyyatlarına başlayıb
Səhər Azərbaycan SQ cənub, şimal, şimal-şərq və şərq istiqamətlərində yenidən hərbi əməliyyatlara başlayıb, əməliyyatlar aktiv raket-artilleriya atəşi ilə müşayiət olunur. Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, cəbhənin şimal-şərq hissəsində xüsusi fəallıq davam edir.
Onun sözlərinə görə, bütün istiqamətlərdə Azərbaycan SQ-in atəşinin qarşısını almaq və planlarını pozmaq üçün Ermənistan tərəfindən müvafiq tədbirlər görülür.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Tərtər və Ağcabədi rayonları istiqamətində atəşkəs açdığını təkzib edir.
“Bu tamam yalan informasiya ilə Azərbaycan tərəfi dinc sakinlərə qarşı təcavüzkar əməlləri üçün zəmin yaradır… Ermənistan tərəfi humanitar atəşkəsə əməl edir və atəşkəsi pozan Azərbaycanın hücum əməliyyatlarının qarşısını alır”, – Şuşan Stepanyan Facebook-da yazıb.
-
Ötən gecə cəbhədə ümumi vəziyyət gərgin olaraq qalıb – Azərbaycan Müdafiə Nazirliyi
“Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağcabədi və Ağdam rayonlarının ərazilərini atəşə tutur.
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Ermənistanın Müdafiə Nazirliyi: gecə gərginlik davam edib, səhərdən Azərbaycan yenidən fəal döyüş əməliyyatlarına başlayıb
Səhər Azərbaycan SQ cənub, şimal, şimal-şərq və şərq istiqamətlərində yenidən hərbi əməliyyatlara başlayıb, əməliyyatlar aktiv raket-artilleriya atəşi ilə müşayiət olunur. Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, cəbhənin şimal-şərq hissəsində xüsusi fəallıq davam edir.
Onun sözlərinə görə, bütün istiqamətlərdə Azərbaycan SQ-in atəşinin qarşısını almaq və planlarını pozmaq üçün Ermənistan tərəfindən müvafiq tədbirlər görülür.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Tərtər və Ağcabədi rayonları istiqamətində atəşkəs açdığını təkzib edir.
“Bu tamam yalan informasiya ilə Azərbaycan tərəfi dinc sakinlərə qarşı təcavüzkar əməlləri üçün zəmin yaradır… Ermənistan tərəfi humanitar atəşkəsə əməl edir və atəşkəsi pozan Azərbaycanın hücum əməliyyatlarının qarşısını alır”, – Şuşan Stepanyan Facebook-da yazıb.
-
“France 24” müxbiri Azərbaycanda fəaliyyətinə maneə törədildiyindən şikayətlənib
Fransanın “France 24” telekanalının jurnalisti – Azərbaycanın gəlişinə icazə verdiyi cəmi bir neçə beynəlxalq mətbuat nümayəndəsindən biri izləyicilərə bildirib ki, münaqişəni istədikləri kimi işıqlandıra bilmirlər.
Jurnalist izləyicilərə danışıb ki, Azərbaycan hakimiyyətindən olan “dayə” – nəyi və necə çəkməli olduqlarını onlara diqtə edən adam daima onlarla olur. Buna görə də, baş verənlərlə bağlı həqiqi təsəvvür əldə etmələri mümkün deyil.
-
Oktyabrın 13-ü səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin başlamasının 17-ci günü.
• Oktyabrın 10-a keçən gecə imzalanan atəşkəsə baxmayaraq, hər iki tərəfdən yaşayış məntəqələrinin kütləvi atəşə tutulması davam edib.
• Ermənistan tərəfindən bildirilib ki, sentyabrın 27-də döyüşlər başlayandan 532 hərbçi və 31 dinc sakin həlak olub. Yaralılar haqda dəqiq məlumat yoxdur.
• Azərbaycan tərəfdən ancaq dinc sakinlər arasındakı qurbanlar haqda məlumat verilir – sentyabrın 27-də döyüşlər başlayandan 42 nəfər həlak olub, 206 nəfər yaralanıb.
• Ekspertlər artıq üçüncü həftədir davam edən döyüşlərin intensivliyini nəzərə alaraq hər iki tərəfdə dinc sakinlər və hərbçilər arasında itkilərin daha çox olduğunu ehtimal edirlər.
• Qarabağda Hadrut şəhərinin kimin nəzarəti altında olduğuna dair tərəflərin ziddiyyətli məlumatları davam edir. Ermənistan tərəfi bütün gün ərzində şəhərin kütləvi bombardmana tutulduğu haqda məlumat verib.
• Ermənistanın xarici işlər naziri Moskvada Rusiya XİN rəhbəri ilə görüşüb. Zohrab Mnatsakanyan görüşün yekunları ilə bağlı bildirib ki, “Ermənistan bugün baş verənlərin mövcudluq məsələsi olan Dağlıq Qarabağın təhlükəsizliyinin həmişə qarantı olub və qarantıdır”.
• Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində Ermənistanı “iyrənc piarda” ittiham edib və danışıqların nə zaman başlayacağını dəqiq bilmədiyini deyib.
-
2020-ci il oktyabrın 12-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video