Qarabağda təmas xəttində gərginlik. Azərbaycan tərəfi iri çaplı minaatanlardan istifadə edib
Yerevandan informasiya
Ermənistan mediası Dağlıq Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatını yayıb:
“Aprelin 29-da təxminən 15:00-da və 17:25-də Artsax-Azərbaycan rəqib qoşunlarının təmas xəttinin şərq hissəsində (Martuni) erməni mövqeləri istiqamətində 60 mm çaplı minaatanlardan istifadə olunub. Müdafiə Ordusunun hissələri itkilərə məruz qalıb. Erməni hissələrinin açdığı cavab atəşi nəticəsində rəqibin fəallığının qarşısı alınıb”.
Məlumatda deyilir ki, gün ərzində təmas xəttinin digər hissələrində də müxtəlif növ silahıardan istifadə edərək atışkəs rejiminin pozulması baş verib. Amma indi vəziyyət sakitdir.
Azərbaycandan informasiya
Azərbaycan atışma faktını təsdiqləyib, amma hadisələrin inkişafı ilə bağlı tam əks versiya irəli sürüb.
“Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir”, – APA ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Nazirliyin bəyanatında bildirilir ki, aprelin 29-da gündüz Ermənistan tərəfi Azərbaycan mövqelərini atəşə tutub, onlar da 82 millimetrlik minaatanlardan cavab atəşi ilə rəqibi susdurublar.