1990-cı ilin yanvarını Bakıda Qara və ya Qanlı Yanvar adlandırırlar. Yanvarın 20-nə keçən gecə sovet qoşunları müxalifətin etirazını, daha doğrusu, Azərbaycan Xalq Cəbhəsi hərəkatı tərəfindən təşkil olunan mitinq və nümayişləri yatırmaq üçün Bakıya girdilər. Şəhərdə fövqəladə vəziyyət elan olundu, amma televiziya stansiyasında baş verən partlayışa görə şəhər sakinləri bu haqda heç nə bilmirdilər.
Nəticədə ancaq respublikanın müstəqilliyi uğrunda özünü qurban verməyə hazır olanlar deyil, həm də heç bir siyasi ambisiyası olmayan dinc əhali də güllələndi və tankların altında qaldı. Yüzlərlə silahsız adam yaralanıb, 137 nəfər qətlə yetirilib.
Bu gecə Azərbaycanın Sovet İttifaqının tərkibindən çıxmasını qaçılmaz etdi. Bir çoxları hesab edir ki, Azərbaycanın müstəqilliyi belə baha başa gəldi.
Məhz həmin vaxtdan etibarən qırmızı qərənfil Azərbaycanda yas, “qəbiristanlıq gülü hesab olunur.
20 yanvar Azərbaycanda qeyri-iş günüdür. Bu gün Qara Yanvar şəhidlərinin dəfn edildiyi Şəhidlər Xiyabanı kütləvi zəvvarlıq yerinə çevrilir.