Qafqazda koronavirus epidemiyası: region üzrə faktlar və rəqəmlər. Mart 17-18, 2020
Mart 18, 2020
23.00
Ermənistanda 8 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə, 110 nəfərdə yoluxma təsdiqlənib, onlardan biri sağalıb və xəstəxanadan evə buraxılıb.
444 nəfər karantində, 799 nəfər isə özünütəcrid rejimindədir.
________________________________________________
19.00
Ermənistanda 18 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə, 102 nəfərdə yoluxma təsdiqlənib, onlardan biri sağalıb və xəstəxanadan evə buraxılıb.
444 nəfər karantində, 799 nəfər isə özünütəcrid rejimindədir.
________________________________________________
14.30
Gürcüstanda dörd yeni koronavirusa yoluxma halı qeydə alınıb. Dördü də artıq xəstəxanaya yerləşdirilmiş koronavirus xəstələri ilə əlaqədar yoluxan insanlardır. Gürcüstanda hazırda ümumilikdə 38 xəstə var. Bir nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
1130 nəfər karantində, 81 nəfər isə stasionarda saxlanılır.
________________________________________________
13.00
Azərbaycanda daha altı nəfərdə koronavirus aşkarlanıb. Bununla yanaşı əvvəl yoluxan daha dörd nəfər sağalıb.
Beləliklə, hazırda yoluxanların ümumi sayı 34, sağalanların ümumi sayı isə 10 nəfərə çatıb.
23 nəfərin müalicəsi davam edir. Bir nəfər ölüb.
________________________________________________
12.30
Ermənistanda 6 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə, 84 nəfərdə yoluxma təsdiqlənib, onlardan biri sağalıb və xəstəxanadan evə buraxılıb. 444 nəfər karantində, 799 nəfər isə özünütəcrid rejimindədir.
________________________________________________
10.00
Gürcüstan parlamenti təcili şəkildə karantin qaydalarının pozulması ilə bağlı yeni sərt tədbirləri təsdiqləyib.
Qaydaları pozan şəxs 3 min lari [1000 dollara yaxın], hüquqi şəxs isə 15 min ları [8000 dollara yaxın] həcmində cərimə olunacaq.
Əgər bu əməl təkrarlanarsa, təqsirli şəxs altı aydan bir ilə qədər azadlıqdan məhrumetmə ilə bağlı cinayət məsuliyyətinə cəlb ediləcək.
Gürcüstanın Daxili İşlər Nazirliyinin informasiyasına görə, ümumilikdə 17 nəfər özünütəcrid qaydalarını pozduğu üçün məcburi şəkildə karantin zonasına aparılıb.
Martın 18-ə olan məlumata görə, Gürcüstanda 1008 nəfər karantində, 64 nəfər isə stasionarda saxlanılır.
Mart 17, 2020
Azərbaycanda bir sutka ərzində üç yeni koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə yoluxanların sayı 28 nəfərə çatıb. Altı nəfər sağalıb, bir nəfər ölüb.
Karantin rejiminin pozulmasına görə cəza tətbiq olunub. Cəza 1200 dollara qədər cərimədən başlayıb, ağırlaşdırıcı hallarda üç ilə qədər cinayət məsuliyyətinə qədər yüksələ bilər.
İtaliyadan evə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarını gətirəcək xüsusi çarter reysinin Bakıya gəlməsi gözlənilir. Qayıdanlar əsasən tələbələrdir.
Martın 19-dan regionlardan Bakı, Sumqayıt və Abşerona gediş-gəliş qadağan olunacaq.
________________________________________________
Ermənistanda bir sutka ərzində 26 yeni koronavirusa yoluxma halı qeydə alınıb, ümumilikdə onların sayı 78 nəfərə çatıb. Bir pasiyent sağalıb və xəstəxanadan evə buraxılıb.
Sakinlərinin Ermənistana girişi qadağan edilən 16 ölkənin siyahısı açıqlanıb: Çin, İran, Cənubi Koreya, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniya, İsveçrə, Danimarka, Avstriya, Belçika, Norveç, İsveç, Niderland, Böyük Britaniya.
Bu ölkələrdən evə qayıdan Ermənistan vətəndaşları 14 günlük karantin keçməli olacaqlar.
Məhdudiyyətlər yükdaşımalara şamil edilmir.
Ermənistan: “qapalı” Eçmiadzin şəhərindəki vəziyyət, ərzaq və fövqəladə hal şəraitində medianın işi haqda
________________________________________________
Gürcüstanda ümumilikdə 34 koronavirusa yoluxma halı təsdiqlənib. 1008 nəfər karantin altında, 64 nəfər isə stasionardadır.
Yeni məhdudiyyətlər tətbiq olunub. Marşrut taksilərin hərəkəti qadağan edilib, üzgüçülük hovuzları, idman zalları və spa-mərkəzlər bağlanıb. Əvvəlki qadağalardan:
• Martın 18-dən əcnəbi vətəndaşlar üçün Gürcüstana giriş iki həftəlik bağlanıb.
• Bütün dağ kurortları bağlanıb.
• Restoranlara, kafelərə, barlara qapalı məkanlarda fəaliyyəti məhdudlaşdırmaq və mümkün qədər sifarişlərin evlərə çatdırılması rejiminə keçmək tövsiyə olunub.
• Qafqazda koronavirus: faktlar və rəqəmlər, 15-16 mart, 2020
Koronavirus epidemiyası ilə əlaqədar olaraq Qafqazın müxtəlif yerlərində qəbul edilən təhlükəsizlik tədbirləri
Azərbaycan
Azərbaycanda təhsil müəssisələri, uşaq bağçaları, əyləncə mərkəzləri bağlıdır. Restoran və kafelər üçün məhdudiyyətlər tətbiq olunub – onlar işlərini 21.00-dan gec olmayaraq bitirməlidirlər.
Bütün qonşu ölkələrlə quru sərhədləri bağlanıb. Bir çox aviareyslər dayandırılıb.
Məhdudiyyətlər yükdaşımalara şamil edilmir. Nəzarət-keçid məntəqələrində bütün ölkəyə gələnlərin temperaturu yoxlanılır.
Ermənistan
Koronavirus epidemiyası ilə bağlı Ermənistanda fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət 2020-ci il aprelin 14-ə qədər qüvvədə olacaq.
Əsas yoluxma ocağı Eçmiadzin (Yerevandan 20 kilometrlik məsafədə) şəhəri olub. Şəhər praktiki olaraq təcrid edilib, girişlər və çıxışlar ciddi nəzarətdə saxlanılır.
Ermənistan bütün quru sərhədlərini bağlayıb. Məhdudiyyətlər yükdaşımalara şamil edilmir.
Hava əlaqəsi hələlik açıqdır, hərçənd aviaşirkətlər Ermənistana uçuşları məhdudlaşdırıb və ya tamam dayandırıblar. Nəzarət məntəqələrində bütün gələnlərin temperaturu yoxlanılır.
Ermənistan vətəndaşları istənilən sərhəddən, o cümlədən də quru yolla evlərinə qayıda bilərlər.
Gürcüstan
Gürcüstanda bütün təhsil müəssisələri bağlıdır. Sərhəddə fövqəladə rejim elan edilib. Ölkəyə yalnız Gürcüstan vətəndaşları buraxılır, sərhəddə onların temperaturunu yoxlayırlar və onlar 14 gün özünütəcrid rejimində keçirməyə məcburdurlar. Bu tələbin yerinə yetirilməsinə polis nəzarət edir, qaydanı pozanlar karantinə yerləşdiriləcək.
Başqa heç kimi ölkəyə buraxmırlar. Məhdudiyyətlər yükdaşımalara, o cümlədən də poçtla göndərilən bağlamalara şamil edilmir.
Sosial şəbəkələrdə çoxları fövqəladə halın tətbiqini və bütün ticarət və əyləncə mərkəzlərinin bağlanmasını tələb edirlər.