“Bu, böyük faciədir, insanlar ölür” – Putin Dağlıq Qarabağda hərbi əməliyyatlar haqda
Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalına müsahibəsində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında cəbhə xəttində gərginliyin eskalasiyası iə bağlı fikrini bölüşüb.
• Yeni Qarabağ müharibəsinin ilk “evsizləri” – futbolçular
• Azərbaycanda cəbhə xəttində həyat. Fotoreportaj
• Şərh: Gürcüstandan Rusiya “dəhlizi” – Qarabağda münaqişənin gərginləşməsi nə ilə nəticələnə bilər?
JAMnews Putinin müsahibəsinin tam mətnini təqdim edir:
“Bu faciədir. Biz çox məyus oluruq. Çünki həm Azərbaycan, həm Ermənistan, həm də Qarabağ bizə yad olmayan insanların yaşadığı ərazilərdir. Bizdə, Rusiyada iki milyona yaxın azərbaycanlının və bizim hesablamalarımıza görə iki milyondan çox erməninin yaşadığını demək kifayətdir. Çox sayda Rusiya vətəndaşını hər iki ölkə ilə sıx dostluq, hətta qohumluq münasibətləri bağlayır.
Əlbəttə, bu böyük faciədir, insanlar ölür, hər iki tərəfdən böyük itkilər var.
Biz ümid edirik ki, ən qısa zamanda bu münaqişə sona çatacaq. Amma əgər münaqişə tam həll olmasa, görünən odur ki, buna hələ çox var, amma hər halda mən bir daha bunu demək istəyirəm, biz tərəfləri atəşkəsə çağırırıq. Və bunu mümkün qədər tez etmək lazımdır.
Məlum olduğu kimi Ermənistan KTMT üzvüdür. Bizim Ermənistan qarşısında bu müqavilə əsasənda müəyyən öhdəliklərimiz var. Amma bizim böyük təəssüfümüzə rəğmən hələ də davam edən hərbi əməliyyatlar Ermənistanın ərazisində baş vermir. Rusiyanın öz müqavilə öhdəliklərini yerinə yetirməsinə gəlincə, biz həmişə öhdəliklərimizi yerinə yetrmişik, yetiririk və yetirəcəyik.
Sizin bildiyiniz kimi mən Ermənistanın baş naziri ilə mütəmadi əlaqədəyəm və Ermənistan rəhbərliyinin Rusiyanın öz müttəfiqlik öhdəliklərini yerinə yetirməsinin keyfiyyətilə bağlı heç bir sualı yoxdur”.