Bu gün avqustun 8-də Rusiya prezidenti Vladimir Putin Abxaziyaya gələcək, ilkin məlumata görə cəmi iki saatlıq.
Səfər haqda informasiya çox azdır. Sadəcə görüşün vaxtı və yeri məlumdur, bir də Putinin Abxaziya prezidenti Raul Xajimba ilə kurort şəhəri Pitsundada görüşəcəyi.
Yerli cəmiyyətdə görüş yerinin seçilməsi ilə bağlı müxtəlif yozumlar var:
Putin ötən səfərində artıq Suxumda olub;
Pitsundada təhlükəsizliyi təmin etmək Suxumdan daha asandır;
Görüş uzun olmayacaq, buna görə də Pitsunda seçilib, çünki oradan Putinin uçub gəldiyi Soçiyə çox daha yaxındır.
Tarixin seçilməsi ilə bağlı isə hər şey yetərincə birmənalıdır: doqquz il əvvəl Cənubi Osetiyada yenidən qızışmış hərbi münaqişə Rusiyanın iki həftə sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə nəticələnib.
Raul Xajimbanın prezident administrasiyasına yaxın mənbələrdən gələn məlumata görə, yüksək səviyyədə Rusiya-Abxaziya görüşü heç bir ikitərəfli sənədin imzalanmasını nəzərdə tutmur.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır