Aborta yeni məhdudiyyətlərlə bağlı kütləvi etirazlar. Foto
Polşanın Konstitusiya məhkəməsi artıq bir neçə ildir ki, ölkədə qüvvədə olan aborta qadağanın daha da sərtləşdirilməsi haqda qərar qəbul etdikdən sonra şəhərlərdə etiraz dalğası baş verib.
Məhkəmə qərarı məlum olan kimi oktyabrın 22-si axşam minlərlə nümayişçi Varşavanın küçələrinə çıxıb. Nümayişçilərin əlində “Mənim bədənim – mənim seçimimdir”, “Qadın inkubator deyil” və s. transparantları olub.
• Polşada prezident seçkiləri: mühafizəkarlar daha çox imiş
• Polşa Gürcüstan vətəndaşları üçün iş yerinin olduğu ölkədir
Etiraz edənlər “Qanun və ədalət” hakim partiyasının lideri Yaroslav Kaçinskinin evinə yaxınlaşandan sonra polis onlara qarşı güc tətbiq edib. Polşanın paytaxtı COVİD-19 pandemiyası səbəbindən “qırmızı zona”dadır, müfafiq olaraq çoxlu sayda insanların bir yerə yığışması qadağandır. Onlarla adam saxlanılıb.
Ertəsi gün ölkənin bütün iri şəhərlərində çoxsaylı aksiyalar keçib.
Məhkəmə qərarı nə deməkdir
Polşanın Konstitusiya məhkəməsi qərar verib ki, dölün düzəldilməz şəkildə zədələnməsi halında hamiləyin yarıda kəsilməsi ölkə konstitusiyasının ziddinədir.
İndi uşaq hətta mütləq xəstə doğulacağı halda hamiləliyi yarıda kəsmək olmaz.
İndi Polşada abortlara (ölkə əhalisi 38 milyondur) təkcə zorlama, insest və ya qadının sağlamlığına birbaşa təhlükə halında icazə verilir. Ötən il bu cür hallar yarıda kəsilən hamiləliyin ümumi sayının cəmi iki faizini təşkil edib. Əməliyyatı xaricdə etməyə imkanı olanlar məlum prosesi orada həyata keçirib, yerdə qalanlar qeyri-leqal xidmətlərə üz tutub.
Avropa Şurası bu qərarı dərhal mühakimə edib.
Polşanın sabiq baş naziri Donald Tusk bəyan edib ki, pandemiyanın qızğın dövründə, – insanıar etiraz etmək imkanından məhrum olublar, – bu cür qərarın verilməsi “sinizmdən də betərdir”.
Konstitusiya məhkəməsinin qərarı indi parlamentə abort hüququnu daha da məhdudlaşdıran müvafiq qanun qəbul etməyə imkan verir
Ölkə prezidenti Ancey Duda artıq bəyan edib ki, belə bir qanun parlament tərəfindən qəbul edilən kimi ona qol çəkəcək.
Parlamentdə çoxluq müntəzəm olaraq çoxdan abort hüququna qarşı çıxan “Qanun və ədalət” mühafizəkar partiyasına məxsusdur. Ölkədə böyük nüfuz sahibi olan Polşa katolik kilsəsi də bu mövqeyi bölüşür.